Şeyx İbrahim məscidi

Şeyx İbrahim məscidi
Xəritə
40°21′52″ şm. e. 49°50′04″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Yerləşir İçərişəhər, A.Zeynallı küçəsi, 25
Aidiyyatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Sifarişçi Hacı Əmirşah ibn Yaqub
Tikilmə tarixi 1415—1416
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti stabil, Cümə məscidi nəzdində mədrəsə olaraq fəaliyyət göstərir.
TipiMədəni
Kriteriyavi
Təyin edilib2000
İstinad nöm.958
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.87
KateqoriyaMəscid
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Şeyx İbrahim məscidi (İçərişəhər)
Şeyx İbrahim məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şeyx İbrahim məscidi — İçərişəhərdə yerləşən XV əsrə aid tarix-memarlıq abidəsi.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Sovet işğalından sonra məsciddə ibadət dayandırılıb. Hazırda məscidin binasında Cümə məscidi nəzdində olan mədrəsə fəaliyyət göstərir.

Haqqında

Şeyx İbrahim məscidi Hicri-qəməri təqvimlə 818-ci ildə[q 1] İçərişəhərdə indiki Asəf Zeynallı küçəsində tikilib.[1] Üzərindəki kitabədən məscidin sifarişçisinin Hacı Əmirşah Yaqub oğlu olduğu və şirvanşah I İbrahimin dövründə tikildiyi qeyd olunub.[2][3] Məhz buna görə də məscidə Şeyx İbrahim adı verilib.[4][5] Kitabədə yazılıb:

" Sultan oğlu Sultan Şeyx İbrahimin zamanında Hacı Əmir Şahın fəxri başçısı mərhum Hacı Hacı Yaqub səkkiz yüz on səkkizinci ildə bu məscidin tikintisini əmr etdi.[6] "

Məscidin üzərindəki bir başqa kitabədə isə onun Ağa Qafar Hacı Murad oğlu tərəfindən bərpa olunması haqqında məlumat verilib.[4]

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[7] Şeyx İbrahim məscidi də sovet işğalından sonra fəaliyyətini dayandırıb.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[8][9]

Hal-hazırda Cümə məscidi nəzdində mədrəsə olaraq fəaliyyət göstərir.

Memarlığı

Məscid dördbucaq şəklindədir və çatma formalı daş qübbə ilə örtülüb. Mehrab ənənəvi yan divarda deyil, uzunluğuna olan divarda yerləşdirilib.[10] XIX əsrdə məscidin fasad divarının səthi üç dördbucaq çərçivələrə bölünüb və bununla da fasad Avropa memarlıq üslubunu alıb. Hər bir çərçivənin içərisində yarıqla tamamlanan pəncərə yerləşdirilib, giriş isə portal formasında işlənib.[11]

Həmçinin bax

Qeydlər

  1. H. Q. 818 = M. 13 mart 1415 – 29 fevral 1416

İstinadlar

  1. Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 89. ISBN 978-9952-32-020-6.
  2. Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 46. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
  3. "Sheikh Ibrahim Mosque - Azerbaijan's medieval religious monument". Azərbaycan Dövlət İnformasiya Agentliyi (ingilis). 2022-04-05. 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-02.
  4. 1 2 "Içərişəhər :: Ölkə Əhəmiyyətli Abidələr". web.archive.org. 2017-01-19. Archived from the original on 2017-01-19. İstifadə tarixi: 2024-02-02.
  5. Fərhadoğlu, Kamil. İçərişəhər (az.). Bakı: Ş-Q və Çinar-çap. 2006. 138. 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-02.
  6. Azərbaycan Sovet Ensiklopediyası (az.). X. Bakı: Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası. 1987. 487.
  7. Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  8. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  9. İbrahimov, Ramid. "İçəri Şəhərdəki sirli Dördbucaqlı qala haqqında nə bilirik?". www.anl.az. 2014-02-22. səh. 13. 2014-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
  10. Abdullayeva, S. "Azərbaycandakı məscidlər: mənəviyyat və tarixi-memarlıq abidələri (davamı)". 525-ci qəzet. 2013-09-27. İstifadə tarixi: 2024-02-02.
  11. Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 90. ISBN 978-9952-32-020-6.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!