Şah Sultan Hüseyn məscidi

islam
Şah Sultan Hüseyn məscidi
Xəritə
Yerləşməsi
Ölkə  Azərbaycan
Yeri Novxanı kəndi
Memarlıq
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şah Sultan Hüseyn məscidiAzərbaycanın Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən tarixi-memarlıq abidəsi. Məscid Novxanı kəndindəki nə vaxtsa tarixi yaşayış məskəninin mərkəzi olmuş, indi isə demək olar ki, başlı-başına qalmış qədim bir ərazidə yerləşir. O, cənub tərəfdən kəndin "Aşağıbaş" adlanan hissəsinin yuxarısında, çoxplanlı irihəcmli kompazisiya blokların və gümbəzlərin xarakterik cizgiləri ilə kölgə şəklində qavranılır.

Tərkibindəki ibadət zalına şimaldan xidməti otaq birləşir. Məscidin şərq qanadı tərəfdən isə sonradan xüsusi tipli portal tikilib. Namaz zalı naxışlarla bəzədilmiş kəsişən taqlarla sıx şəkildə tikilmişdir və günbəzin altı (gümbəzin qıraqları ilə) yayvari tağlarla əhatə olunmuşdur. Tağların çoxluğu memarlıq nöqteyi-nəzərincə interyerə yaraşıq və sərbəstlik verir, tavanının möhkəmliyini təmin edir.

Namaz zalının əsas məna daşıyıcılarından biri onun mehrab istiqamətidir. Qeyd edək ki, dərinliyi və yuxarıdan kəsişən tağ elementləri namaz zalının memarlıq elementləri ilə vəhdət təşkil edir. Mehrab divarı mehrabın təkcə qiblə istiqamətinin təyin edilməsi üçün nəzərdə tutulmayıb. Divar, mehrabın sağında və solunda olan memarlıq elementlərinin və naxışların yükünü daşıyır. Bütün bu incəliklərdən əlavə, o, əsasən mehrabın yuxarısında və günbəz ətrafında yerləşən pəncərələri də özündə saxlayır.

Həcmcə o qədər də böyük olmayan məscid divarlarındakı memarlıq elementləri öz incəliyini və həcmlərini qoruyub saxlayır və elə bir element ola bilməz ki, öz yerində olmasın, oradakı elementlərə yad olsun. Günbəz namaz zalında əsas konstruksiyalardan biri kimi qəbul edilir. Onun əsas funksiyası zalın ab-havasını sabit saxlamaq, zalın işıqlandırılması, zalda əks-sədanın yaradılmasıdır. Məscidin xarici baxımı və memarlıq həlli onun əhatəsi ilə vəhdət təşkil edir. Baş fasadın əsas elementi olan portal sağ tərəfinə uyğun olmayaraq həll edilmişdir. Binada memarlıq palitrası qabarıq işlənmiş, həcm baxımdan yumşaqlığı ilə binanı yüngül göstərir.

Ümumiyyətlə arkalı eyvan Abşeron memarlığına xas olmayan bir üsuldur. Qabarıq elementlərin istifadə edilməsi uğurludur. Bu cür naxışlar 1829–1875-ci illərdə Maştağa kəndində tikilmiş Xunxar məscidində və 1880-ci ilin memarlıq abidəsi olan müqəddəs "Bibi-Heybət" ziyarətgahı ətrafında bir çox özünə məxsus tikililəridə də qorunub.

Məscid XX əsrin 30-cu illərində sovet hakimiyyəti tərəfindən bağlanıb. Baxımsızlıq üzündən uçulub. Müvafiq strukturlar məscidin bərpası ilə maraqlanmırlar.[1]

Şəkilləri

İstinadlar

  1. APA TV. "Rəsulzadənin Stalini gizlətdiyi məscid tarixdən silinə bilər - SOS" (az.). Youtube.com. 23.05.2020. İstifadə tarixi: 2020-05-24.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!