Əylis məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Yuxarı Əylis kəndində orta əsrlərə aid tarixi-memarlıq abidəsi[1].
Tarixi
Tədqiqatçılara görə Əylis məscidi XVI əsrdə Səfəvi şahı I Şah Abbas tərəfindən inşa edilmişdir (el arasında Şah Abbas məscidi də adlanır). Məscidin əvvəllər mövcud olmuş mədrəsəsi son zamanlara qədər qalmışdı. Sonralar dağılmış, hazırda bərpa edilmişdir[1].
Mənbə
- ↑ 1 2 "ŞAH ABBAS (YUXARI ƏYLİS) MƏSCİDİ". anl.az. 2024-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-12.