Naxçıvan-Marağa memarlıq məktəbi

Naxçıvan – Marağa memarlıq məktəbiAzərbaycan ərazisində geniş yayılmış memarlıq məktəblərindən biridir.[1] Bu memarlıq məktəbi XI əsrdən formalaşmağa başlamış və orta əsrlər Azərbaycan memarlığının üslub xüsusiyyətlərini müəyyənləşdirmişdir.[2]

Azərbaycan memarlığı tarixinə dair aparılmış olan elmi tədqiqatlar zamanı ilk dəfə bir memarlıq məktəbi kimi tanınan NaxçıvanMarağa memarlıq məktəbi olmuşdur. Bunun əsas səbəbi Naxçıvan memarlıq məktəbinə məxsus olan sənətkarların bir çoxunun adını daşıyan kitabələrin dövrümüzə çatmasıdır. 1162-ci il tarixli Yusif Küseyir oğlu türbəsindəki kitabədə memar Əcəmi Əbubəkr oğlu özünü naxçıvanlı memar adlandırır.[3]

Tarixi

XI əsrdən formalaşmağa başlayan bu memarlıq məktəbi, Naxçıvan şəhərinin Azərbaycan Atabəylərinin (1136 – 1225) iqmətgahına çevirilməsi nəticəsində yüksəliş dövrünə çatmış, Memar Əcəmi Əbubəkr oğlunun fəaliyyəti ilə Yaxın Şərq memarlığında əhəmiyyətli rol oynamışdır.[4] Memar Əcəminin inkişaf etdirdiyi bu məktəb – üslub təkcə Naxçıvanı əhatə etməmiş, Güney Azərbaycanda Marağa şəhərinə, Şimalda Bərdə şəhərinə, eyni zamanda Şərqi Anadolu ərazisinə də yayılmışdır. Ümumilikdə bu memarlıq üslubu Şərq aləminin böyük bir hissəsində davam edib, kompozisiyalı abidələrin yaradılmasına təkan vermişdir.[5]

Naxçıvan – Marağa memarlıq məktəbinin üslub xüsusiyyətlərinin müəyyənləşməsində və nüfuzunun artmasında XII əsrdə Azərbaycanın mədəni həyatındakı ümumi yüksəliş, yerli dövlət hakimiyyətinin möhkəmlənməsi, şəhərlərin iqtisadi vəziyyətinin yaxşılaşması, ölkədə ədəbiyyatın və fəlsəfi fikrin inkişafı, humanizm ideyalarının yayılması mühüm rol oynamışdır.

Təxminən XII əsrdə Naxçıvan şəhərinin əhəmiyyətinin artması ilə əlaqədar olaraq burada sənətkarlıq və inşaat xeyli genişlənir. Yerli ənənələr burada Azərbaycan memarlığı ilə birləşərək özünə xas olan bir siması olan memarlıq — bədii məktəb yaradır. Naxçıvan memarlıq məktəbinin əmələ gəlməsində əsas mənbələrdən biri Arran memarlıq məktəbi daxilində əmələ gələn xüsusiyyətlər idi.[6] Qısa bir müddət ərzində naxçıvanlı sənətkarlar qarşılarında duran memarlıq — inşaat problemlərini müvəffəqiyyətlə həll etmək səviyyəsinə qalxdılar və hətta o dövrdə Azərbaycan memarlığının zirvəsini təşkil edən əsərlər yaratmağa nail oldular.[3][7]

Üslub xüsusiyyətləri

Naxçıvan xan sarayının şərq fasadı

İnşa texnikası

Naxçıvan – Marağa memarlıq məktəbi dövrün ən mükəmməl inşaat quruluşlarının tətbiqi, binanın texniki quruluşu ilə onun bədii həllinin tektonikliyinə nail olunması, baxımından ən yüksək səviyyəyə qalxmışdı.

Marağadakı Göy Günbəd türbəsinin sərdabə hissəsinin atmatağlı tavan konstruksiyası Azərbaycan xatirə memarlığının təkamül prosesində Naxçıvan–Marağa memarlıq məktəbinin, xüsusilə bu məktəbin tanınmış nümayəndləri Əcəmi Əbubəkr oğlu NaxçıvaniƏhməd ibn Əyyub əl – Hafiz Naxçıvaninin böyük xidmətləri olmuşdur.[8]

İkiqatlı quruluşu (yeraltı sərdabə və yerüstü qüllə) olan türbələrin üst bölümü silindr, kub və ya prizma biçimli gövdədən ibarət olub ikiqatlı günbəzlə örtülürdü. Əcəmi Naxçıvaninin dövrümüzə kimi gəlib çatmış iki əsəri prizmatik gövdəli türbələrdir. Əhməd ibn Əyyub əl – Hafiz Naxçıvani isə yuvarlaq (silindrik) gövdəli türbələr yaratmışdır.[9]

Naxçıvan–Marağa memarlıq məktəbinə məxsus tikililər (Yusif Küseyir oğlu türbəsi, Mömünə Xatun türbəsi, Bərdə türbəsi, Qırmızı Günbəd türbəsi, Göy Günbəd türbəsi və sair[10][11][12][13]) ümumi quruluşunun abidəviliyi, ayrıntılarının zərifliyi, memarlıq bölgülərinin nikbinlik doğuran görkəmi, ornament bəzəklərinin oynaqlığı ilə səciyyələnir.

Ornamentasiya

Naxçıvan–Marağa memarlıq məktəbi dəqiq riyazi hesablama metodlarına əsaslanırdı. Abidələr dəqiq hesablama və ölçmələr, planlaşma, yerləşmə, ornamentlərinin və kitabələrinin dəqiq düzülməsi əsasında inşa edilirdi. Marağa şəhərindəki Qırmızı Günbəd türbəsinin ornamental fasad sütunlarından biri Abidələrin modul sistemi, mütənnasiblik sxemləri tağların və günbəzlərin quruluşu, səkkizkünc səthlərin dəqiq ölçüsü riyazi hesablamalarsız mümkün deyildi. Bu memarlıq məktəbinin nümayəndələri dərin riyazi bilik sayəsində abidələrin mütənnasibliyi, tağ, günbəz, ornament və bəzəklərin mürəkkəb strukturu problemlərini zərgər dəqiqliyi ilə həll etmişlər.[3]

Naxçıvan-Marağa memarlıq məktəbi üçün kərpic hörgüsü, kərpicdən quraşdırılmış inşaat strukturları, müxtəlif formalı kərpicin məharətlə tətbiqi və kərpicin birrəngli yeknəsəngliyindən uzaqlaşmaq üçün rəngi kaşı və gəc ünsürlərinin memarlıq bəzəyinə daxil edilməsi səciyyəvidir.[3]

Binaların kompozisiya və həcm quruluşunda da Naxçıvan memarları ümumşərq memarlığında görkəmli yer tuta bilən üsullar yaradır və tətbiq edirlər. Naxçıvan memarlıq kompozisiyaları üçün monumentallıqla bərabər zəriflik də diqqəti cəlb edən xüsusiyyətdir. Naxçıvan sənətkarlarının həndəsi ornament quruluşu yaratmaq məharətləri və inşaatda ondan çox səmərəli yolla istifadə edilməsi də bu məktəbin daxilində yaradılan memarlıq-inşaat üsullarına daxildir.[3]

Həmçinin bax

İstinadlar

  1. Леонид Семенович Бретаницкий — Зодчество Азербайджана XII–XV вв. и его место в архитектуре Переднего Востока, Наука, Глав. ред. восточной лит-ры, 1966
  2. Микаэль Алескерович Усейнов — История архитектуры Азербайджана, Гос. изд-во литры по строительству, архитектуре и строит. материалам, 1963
  3. 1 2 3 4 5 C. Qiyasi – Azərbaycan xatirə memarlığının təkamül prosesində Naxçıvan memarlığının rolu, Naxçıvan Dövlət Universitetinin "Elmi əsərləri", 1999, ;4
  4. "Encyclopædia Iranica. ʿAjamī". 2016-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-08.
  5. Л.С. Бретаницкий. Архитектура и изобразительное искусство. Российские универсальные энциклопедии. Брокгауз-Ефрон и Большая советская энциклопедия объединенный словник. 2012-04-11 tarixində arxivləşdirilib.
  6. К. М. Мамед-заде. Строительное искусство Азербайджана
  7. [Исследования по истории культуры народов Востока: сборник в честь академика И. А. Орбели, Изд-во Академин наук СССР, Ленинградское отд-ние, 1960]
  8. Ə. V. Salamzadə — Əcəmi Naxçıvani, Bakı, 1976
  9. "Нахичеванская архитектурная школа". 2011-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-08.
  10. Саламзаде А.В., Мамедзаде К.М. Памятники нахчыванской школы азербайджанского зодчества. Баку,1985
  11. К. Н. СМИРНОВ. МАТЕРИАЛЫ ПО ИСТОРИИ И ЭТНОГРАФИИ НАХИЧЕВАНСКОГО КРАЯ (PDF). Тифлис. 1934. 2012-05-26 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  12. Роза Салаева. НАСЛЕДИЕ АРХИТЕКТУРЫ (PDF). БАКУ. 2002. 2012-12-09 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  13. "Нахичеванская Автономная Советская Социалистическая республика". 2019-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-08.

Xarici keçidlər

Read other articles:

EgyptAirBerkas:Egypt Air.svg IATA ICAO Kode panggil MS MSR EGYPTAIR Didirikan1932 (dengan nama Misr Airwork)PenghubungBandar Udara Internasional KairoKota fokusBandar Udara El NouzhaBandar Udara Internasional HurghadaBandar Udara Internasional Sharm el-SheikhBandar Udara Internasional LuxorProgram penumpang setiaEgyptAir PlusAliansiArabesk (Arab Air Carriers Organization)Star Alliance (Anggota Berpotensi)Armada47 (+15 dalam pesanan)Tujuan70Perusahaan indukEgyptAir Holding CompanyKantor pusatC...

 

تريسي مورغان   معلومات شخصية اسم الولادة (بالإنجليزية: Tracy Jamal Morgan)‏  الميلاد 10 نوفمبر 1968 (55 سنة)[1]  البرونكس  مواطنة الولايات المتحدة  الحياة العملية المدرسة الأم ثانوية ديوايت كلينتون  [لغات أخرى]‏  المهنة فنان كوميدي،  وكاتب سير ذاتية،  وممث...

 

Pemberontakan dalam negeri terhadap apartheidNelson Mandela membakar buku izin masuk miliknya pada tahun 1960 sebagai bagian dari kampanye pembangkangan sipilTanggal17 Desember 1950 – 27 April 1994(43 tahun, 4 bulan, 1 minggu dan 3 hari)[note 1]LokasiAfrika SelatanHasil Kebuntuan militer antara MK and satuan pengamanan Afrika Selatan [3][4] Negosiasi bilateral untuk mengakhiri apartheid[1] Penghapusan apartheid pada tahun 1991 Pembubaran b...

Village in the Metropolitan Borough of Bury, in Greater Manchester, England This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Affetside – news · newspapers · books · scholar · JSTOR (July 2007) (Learn how and when to remove this template message) Human settlement in EnglandAffetsideTerraced cottages at Affetsi...

 

Indian government term for non-disadvantaged castes Forward caste (or General caste)[1] is a term used in India to denote castes which are not listed in SC, ST or OBC reservation lists. They are on average considered ahead of other castes economically and educationally. They account for about 30.8% of the population based on Schedule 10 of available data from the National Sample Survey Organisation 55th (1999–2000) and National Sample Survey Organisation 61st Rounds (2004–05) Roun...

 

American actress Shannyn SossamonSossamon at the 2013 Milan Film FestivalBornShannon Marie Kahololani Sossamon (1978-10-03) October 3, 1978 (age 45)Hawaii, U.S.Occupation(s)Actress, director, musicianYears active1997–presentChildren2RelativesJenny Lee Lindberg (sister)Musical careerInstrument(s)Vocals, drums Musical artist Shannon Marie Kahololani Shannyn Sossamon (born October 3, 1978)[1] is an American actress. She has appeared in the films A Knight's Tale (2001), 40 Day...

エマニュエル Emmanuelle 4監督 フランシス・ルロワ脚本 フランシス・ルロワアイリス・ルタン原作 エマニュエル・アルサン『エマニュエル夫人』製作 フランシス・ジャコベッティアラン・シルッキー出演者 シルビア・クリステルミア・ニグレンパトリック・ボーショー音楽 ミシェル・マーニュ撮影 ジャン=フランシス・ゴンドレ編集 ヘレン・プレミアニコフフランク...

 

Japanese motorcycle This article may rely excessively on sources too closely associated with the subject, potentially preventing the article from being verifiable and neutral. Please help improve it by replacing them with more appropriate citations to reliable, independent, third-party sources. (September 2015) (Learn how and when to remove this template message) Type of motorcycle Honda CB400 Super FourManufacturerHondaProduction1992–October 2022PredecessorHonda CB400FClassStandardEngine39...

 

Suku Dayak BahauFoto suku Dayak Bahau sekitar tahun 1898-1900.Daerah dengan populasi signifikanKalimantan Timur, Kalimantan UtaraBahasaBahasa Bahau, Bahasa IndonesiaAgamaKristen Protestan, Kristen Katolik, BunganKelompok etnik terkaitDayak Kenyah, Dayak Kayan Suku Kayan Bahau adalah sebuah sub-suku dari suku Dayak Kayan yang sebagian besar mendiami kawasan Kabupaten Mahakam Ulu [1] dan sebagian kecil berada di Kabupaten Kutai Barat, Kalimantan Timur.Suku ini mendiami Kecamatan Long Pa...

American comic book series by Marvel Jungle Action is the name of two American comic book series published by Marvel Comics and its 1950s precursor, Atlas Comics. The Marvel version contained the first series starring the Black Panther, the first black superhero in mainstream comics, created by the writer/artist team of Stan Lee and Jack Kirby in Fantastic Four #52 (July 1966). Atlas Comics Publication history Jungle ActionJungle Action #2 (Dec. 1954), cover art by Joe Maneely.Publication inf...

 

Not to be confused with Kinner R-540. R-540 Whirlwind Wright R-540 Whirlwind installed in a Travel Air 16E at the Historic Aircraft Restoration Museum Type Air-cooled 5-cylinder radial piston engine National origin United States Manufacturer Wright Aeronautical Corporation Major applications Various light aircraft Produced 1929-1937 Number built around 500 The Wright R-540 Whirlwind was a series of five-cylinder air-cooled radial aircraft engines built by the Wright Aeronautical division of C...

 

Chinese translator This article is an orphan, as no other articles link to it. Please introduce links to this page from related articles; try the Find link tool for suggestions. (January 2022) In this Chinese name, the family name is Sun. Sun ZhiliNative name孙致礼Born1942 (age 80–81)ChinaOccupationTranslatorLanguageChinese, EnglishPeriod1979–presentGenreNovelNotable worksPride and PrejudiceSense and SensibilityMansfield ParkEmma Sun Zhili (simplified Chinese: 孙致礼; t...

Германские языки Таксон ветвь Ареал Северная Европа и весь мир Число носителей 450 млн[1] Классификация Категория Языки Евразии Индоевропейская семья Состав скандинавская, западногерманская, восточногерманская группы Время разделения III век до н. э. Процент совпаден...

 

село Городище Країна  Україна Область Київська область Район Бориспільський Громада Бориспільська міська громада Код КАТОТТГ UA32040010070063469 Основні дані Засноване 1926 Населення 311 Площа 0,947 км² Густота населення 328,41 осіб/км² Поштовий індекс 08300 Телефонний код +380 4595 Г...

 

В Википедии есть статьи о других людях с фамилией Свитен. Герард ван Свитен Дата рождения 7 мая 1700(1700-05-07)[1][2][…] Место рождения Лейден, графство Голландия, Республика Соединённых провинций Дата смерти 18 июня 1772(1772-06-18)[1][2][…] (72 года) Место смерти Вена, Габсбу...

Malaysian politician In this Chinese name, the family name is Sng (孙). Yang Berhormat DatukLarry SngDPSM MP孙伟瑄Sng in 20221st President of the Parti Bangsa MalaysiaIncumbentAssumed office 8 January 2022DeputyHaniza Mohamed Talha (2022) Wong Judat (since 2022) Steven Choong Shiau Yoon (since 2023)Preceded byPosition establishedState Chairman of the People's Justice Party of SarawakIn office13 March 2020 – 27 February 2021PresidentAnwar IbrahimPreceded byBaru BianSucceeded...

 

BNP Paribas Masters 2010 Sport Tennis Data 6 novembre – 14 novembre Edizione 39ª Superficie Cemento indoor Campioni Singolare Robin Söderling Doppio Mahesh Bhupathi / Maks Mirny 2009 2011 Il BNP Paribas Masters 2010 era un torneo di tennis giocato sul cemento indoor. È stata la 39ª edizione del BNP Paribas Masters, che faceva parte della categoria ATP World Tour Masters 1000 nell'ambito dell'ATP World Tour 2010. Il torneo si è giocato al Palais omnisports de Paris-Bercy di Parigi, in F...

 

For other uses, see Robert Douglas (disambiguation). English actor (1909–1999) Robert DouglasDouglas in Buccaneer's Girl (1950)BornRobert Douglas Finlayson(1909-11-09)9 November 1909Fenny Stratford, Buckinghamshire, EnglandDied11 January 1999(1999-01-11) (aged 89)Encinitas, California, U.S.Occupation(s)Actor, director, producerYears active1927–1982Spouses Dorothy Hyson ​ ​(m. 1935; div. 1945)​ Suzanne Weldon ​ ​(...

Eurovision Song Contest 2004Country IcelandNational selectionSelection processInternal selectionSelection date(s)Artist: 9 February 2004Song: 20 March 2004Selected entrantJónsiSelected songHeavenSelected songwriter(s)Sveinn Rúnar SigurðssonMagnús Þór SigmundssonFinals performanceFinal result19th, 16 pointsIceland in the Eurovision Song Contest ◄2003 • 2004 • 2005► Iceland participated in the Eurovision Song Contest 2004 with the song Heaven wri...

 

Hospital in Edinburgh, ScotlandBruntsfield HospitalNHS LothianFormer Bruntsfield HospitalShown in EdinburghGeographyLocationEdinburgh, ScotlandCoordinates55°56′08″N 3°12′09″W / 55.9355°N 3.2024°W / 55.9355; -3.2024OrganisationCare systemNHS ScotlandServicesEmergency departmentNoHistoryOpened1878Closed1989LinksListsHospitals in Scotland Bruntsfield Hospital was a women's hospital based in the Bruntsfield area of Edinburgh, Scotland. History Plaque and tablet...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!