Əbu Müslim məscidi və ya Əbu Müslüm məscidi — Azərbaycanın Quba rayonunun Cek kəndində yerləşən məscid.[1] Regionun islam dininə möhkəm bağlılığından soraq verən Əbu Müslim məscidinin inşa olunma dövrü, çox güman ki, VIII əsrdə Şirvanı və Dağıstanı işğal edərək islamı yayan xəlifə Validin qardaşı Əbu Müslimin hakimiyyəti illərinə və yaxud bir qədər ondan sonraya təsadüf edir.[2]
Sovet hakimiyyəti illərində dağıdılaraq daşından məktəb binası, ağaclarından isə taxıl anbarı tikilən məscid, 1988-ci ildə kənd ağsaqqallarından biri Şıxəli Muradovun təşəbbüsü və kənd sakinlərinin köməkliyi ilə qismən bərpa edilmişdir. Maddi çətinliklər üzündən Əbu Müslim məscidinin inşası hələ ki, lazımi səviyyədə tamamlanmamışdır.[3][4]
16 m2 həcmi var və 16 nəfərlikdir.[2]