Buzovna "Cümə" məscidi — Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində məscid.
Tarixi
İnşasına 1896-cı ildə başlanmış Buzovna Cümə məscidinin tikintisi 1900-cü ildə yarımçıq qalmışdır.[1] 1918-ci ildə tikinti işlərinə yenidən başlansa da, tam yekunlaşmamışdır.[2] Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bu məscidin binasından anbar və dükan kimi istifadə olunmuşdur. 2007-ci ildə Buzovna sakinlərinin Cümə məscidində bərpa işlərinin başa çatdırılması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciəti tez bir zamanda öz həllini tapmışdır. Həmin ilin fevralında başlanan yenidənqurma işləri qısa vaxtda başa çatdırılmış, məscid dekabrın 19-da 2009-cu ildə istifadəyə verilmişdir. Məscidin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər[3].
Məsciddə qeydiyyata alınmış dini icma fəaliyyət göstərir.[4]
İstinadlar