Sumqayıt şəhər "Cümə" məscidi — Sumqayıt şəhərində Cümə məscidi.[2]
Sumqayıt şəhər "Cümə" məscidi 1991-ci ildə şəhər sakinlərinin vəsaiti hesabına inşa olunmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyəti 2005-ci ildə məscidi yüksək səviyyədə əsaslı təmir etmişdir.
Məscidin sahəsi 30000 kvadrat metr, tutumu isə 450-500 nəfərdir.
2013-ci ildə yenidən təmir olunan məsciddə hündürlüyü 34 metr olan minarə tikilmişdir.[1] Məscidin fəsadı, qübbəsi isə Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənmişdir. Gündəlik 300-350 nəfərin ibadətə gəldiyi məsciddə dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir.