Xan məscidi (Şəki)

Xan məscidi
Şəki Xan məscidi restavrasiya işlərindən sonra
Xəritə
41°12′09″ şm. e. 47°11′30″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Şəki
Yerləşir Şəki şəhəri, Fətəli xan Xoyski küçəsi, 140
Aidiyyatı Yuxarı-Baş Dövlət Tarix-Memarlıq Qoruğu
Sifarişçi Məhəmmədhüseyn xan Müştaq
Tikilmə tarixi 1769/70
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti 2022-ci ildə bərpa edilib
Rəsmi adı: Historic Centre of Sheki with the Khan’s Palace
TipiMədəni
Kriteriyaii, v
Təyin edilib2019
İstinad nöm.1549
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.329
KateqoriyaMəscid
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Xan məscidi (Azərbaycan)
Xan məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəki Xan məscidi — XVIII əsrə aid tarix-memarlıq abidəsi. Azərbaycanın Şəki şəhərində yerləşir.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Şəki Xan məscidi də Ümumdünya İrsinə daxildir.

Tarixi

İlk dövrlər

Məscid hicri təqvimi ilə 1183-cü ildə Şəki xanı Məhəmmədhüseyn xanın sifarişi ilə tikilib. Məscidin tikintisi başa çatdıqdan sonra bu münasibətlə o dövrdə yaşamış şair Hacı Məhəmməd Çələbi Əfəndi Zari 9 beytdən ibarət bir qəzəl yazıb. Və bu qəzəlin içində qapalı maddeyi-tarixlə məscidin tikilmə tarixini göstərib. Bu qəzəllə yanaşı ədəbiyyatşünas Salman Mümtaz "Riyazül-üləma" sözünün də əbcəd hesabı ilə bu məscidin tikilmə tarixi olduğunu bildirib. Hər iki maddeyi-tarix əbcəd hesabı ilə 1183-ə bərabərdir ki, bu da miladi 1769–1770-ci ilə uyğundur.[1]

Salman Mümtazın qeydlərinə görə, məscid əvvəlcə I Cümə məscidi adlandırılıb, 1780-ci ildə Məhəmmədhüseyn xan Hacı Əbdülqadirlə olan döyüşdə[2] yaralanaraq təslim olmağa məcbur olub. Bir həftə əsirlikdə qaldıqdan sonra isə boğdurmaq yolu ilə edam edilib.[3][1] Onun nəşi isə özünün tikdirdiyi məscidin mehrabının içində dəfn edilib.[4] Bundan sonra məscid Xan məscidi adlanıb.

1853-cü il aprelin 14-də (bir çox mənbələrdə – maddeyi-tarixlərdə: 1842/43) Şəki Xan məscidi Nuxa bazarı ilə birlidə yanıb. Mustafa ağa Şəkixanovnun yazdığına görə o vaxt bazar və Cümə məscidi ilə yanaşı, məscidin ətrafındakı evlər də yanğına məruz qalıblar. Yanğından sonra, Mustafa ağanın atası Kərim ağa Şəkixanov, bu məscidi bərpa etdirməyə başlayıb, lakin dünyasını dəyişdiyinə görə bu işi sona çatdıra bilməyib.[1]

Sovet işğalında

Sovet işğalından sonra rəsmi sürətdə 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[5]

Şəki Xan məscidi də işğaldan sonra barama anbarı, "Ziyalılar evi" kimi istifadə edilib.[1]

1968-ci il martın 6-da Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı ilə Şəkinin tarixi Yuxarı baş məhəlləsində "Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu" yaradılıb.[6][7] Burada yerləşən Şəki Xan məscidi də qoruğun ərazisinə aiddir.[8][9]

Məscidin bərpası layihəsi 1981-ci ildə hazırlansa da, sonrakı illərdə heç bir iş görülməyib.[9]

Müstəqillikdən sonra

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[10]

2001-ci ildən Şəki şəhərinin tarixi hissəsi UNESCO-nun Ümumdünya İrsi siyahısına namizəd seçilib. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.[11] Qərar Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul olunub.[12] Şəki şəhərinin tarixi mərkəzində yerləşən Şəki Xan məscidi də Ümumdünya İrsinə daxildir.

1992-ci ildə məscid "Yeni Azəri İslam Cəmiyyəti" dini icmasının sərəncamına verilib. Onlar məscidi daim bağlı saxladıqlarına görə və eləcə də icmalarına üzv olmayan digər dindarları ibadətə qoymadıqlarına görə məscid ətrafında mübahisələr baş verib. Bundan başqa icma rəsmi dövlət qeydiyyatından keçməkdən də boyun qaçırıb. 2010-cu ildə Şəki məhkəməsi "Xan məscidi"nin boşaldılaraq mədəniyyət şöbəsinə verilməsi barədə qətnamə çıxarıb.[13] Bir neçə il davam etmiş məhkəmə çəkişmələrindən sonra məscid geri alınaraq Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin balansına daxil edilib.[1]

Bərpası

Şəki Xan məscidində 2021-ci ilin may ayından etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlayıblar.[14] Bərpadan əvvəl burada AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən tədqiqat işləri aparılıb. Arxeoloji Ekspedisiyaya Zaur Həsənov başçılıq edib.[15] 2021-ci il iyunun 3-də mehrabın altı qazılarkən oradan böyük ölçülü sal daşlar aşkar edilib. Burada bərpa işləri dayandırılıb və Şəki arxeoloji ekspedisiyası tərəfindən yoxlamalar aparıldıqdan sonra həmin hissədə qəbir aşkar olunub. Qəbirdən 52 muncuq və tunc təsbeh başlığının tapılması dəfn olunanın yüksək dini və ya dövlət statuslu şəxs olması ehtimalını təsdiqləyirdi.[16] Salman Mümtazın öz əsərində Şəki xanı Məhəmmədhüseyn xan Müştağın Xan məscidinin mehrabının altında dəfn edilməsini qeyd etməsi eləcə də digər faktlar aşkarlanan qalıqların üzərində yoxlamaların aparılmasına səbəb oldu. Aşkar olunan skeletdən nümunələr götürülüb, radiokarbon və genetik analizlər aparmaq üçün Oksford Universitetinin laboratoriyasına göndərilib. Aşkar olunan skelet nümunələri və məscid ərazisindəki xan nəslinə aid digər qəbirlərdən götürülən nümunələr əsasında Böyük Britaniya ilə yanaşı, Avstriya, EstoniyaTürkiyədə də tədqiqatlar, genetik analizlər aparılıb. Laborator analizlərin nəticəsinə və AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi rəyinə əsasən, aşkar edilən qəbirin Şəki xanı Məhəmmədhüseyn xana aid olduğu təsdiqlənib.[17]

Məscid kompleksi ərazisindəki bərpa işləri Dövlət Turizm Agentliyinin sifarişi ilə Memarlıq və İnşaat Universiteti tərəfindən hazırlanan layihə əsasında aparılıb. Məscid kompleksinin ilkin görüntüsünü əldə etmək üçün kompleksdə 3D ölçmə işləri aparılıb. Bərpa işləri zamanı iqlim təsirinə görə yararsız hala düşən kərpiclər yeniləri ilə əvəzlənib, yeri bişmiş kərpiclə yenidən döşənib. Minarədə olan kərpicləri eroziyadan mühafizə etmək üçün xüsusi materiallarla izolyasiya qatı yaradılıb. Məscidin ilkin tikintisi zamanı olan pəncərələr və Məhəmmədhüseyn xanın istifadə etdiyi qapı bərpa edilib. Memarların rəyi əsasında şəbəkədən istifadə edilməklə pəncərələrdən ikisinin əvvəlki görüntüsü bərpa edilib.[18]

Məscid tavanının fotosu olmadığından Dövlət Turizm Agentliyinin və layihəçilərin birgə qərarı əsasında Gödək minarə məscidi və Şəki Xan Sarayının tavanında olan şəbəkə quruluşunda yeni tavan yığılıb. Binanın daxili və xarici divarları 1961-ci ilin fotoları əsas götürülərək bərpa olunub.[19]

Məscidin həyətindəki köhnə su hovuzunun əvəzinə yeni hovuz inşa olunub, xeyir-şər evi, dəstəmazxana, inzibati otaqlar tikilib. Həyətdəki Xan çinarları və digər ağaclar ətrafında mühafizə zonası yaradılıb. Məscidin qədim giriş darvazası və pilləkənləri, cənubunda yerləşən Xan qəbiristanlığındakı qəbir daşları bərpa edilib.[18]

Məscidlə yanaşı ətrafdakı bir neçə bina da təmir edilib və burada muzey yaradılıb. Burada Şəki xanlığı dövrünə aid fərqli eksponatlar, müxtəlif mənbələrdən toplanan maddi-mədəniyyət nümunələri təqdim olunur. Muzeyin birinci mərtəbəsində Şəki xanlığı dövrünə aid mis qablar, milli geyimlər, zərgərlik məmulatları, XVIII əsr Şəki tacirlərinin evlərini bəzəyən divar güzgüləri, adət-ənənəyə uyğun olaraq onların qarşısına qoyulan mücrülər, kəlağayı sənətinə aid nümunələr sərgilənir. İkinci mərtəbədə isə Şəki xalçası, müxtəlif xalçaçılıq ləvazimatları, Əbdüllətif Əfəndinin "Şəki xanlarının tarixi" kitabı və Şəki xanlığı dövrünə aid yazılı ədəbiyyatlar, şəbəkə nümunəsi, XVIII əsr Şəki xanlarının dövründə istifadə edilmiş sikkələr, XVIII–XIX əsrə aid silah nümunələri nümayiş olunur.[18]

İkinci mərtəbədə xan otağı yerləşir. Bu hissədə Şəki xanı Məhəmmədhüseyn xan Müştağın təşkil etdiyi ədəbi məclislərdə istifadə olunan ud musiqi aləti, Məhəmmədhüseyn xanın şahmat taxtası, Şəki xanı Məhəmmədhüseyn xanın taxtının tarixi mənbələrdə olan təsvirləri əsasında 2014–2015-ci illərdə hazırlanmış replikası, Şəki Xan Sarayındakı miniatür təsvirlər əsasında hazırlanmış xanın geyimi, XVIII əsrdə istifadə olunmuş Şəki xanlığının və Şəki xanı Səlim xanın döyüş bayrağı təqdim olunur.[18]

2022-ci il dekabrın 2-də Şəki Xan məscidi kompleksinin bərpadan sonra açılışı olub.[18] Elə həmin gün məscid həm də dindarlar üçün ibadətə açılıb.[20]

Memarlığı

Məscidin uzunluğu 45, eni 10 metrdir.[1] Məscidin 21 metrlik minarəsi bişmiş kərpic və əhəng məhlulundan istifadə edilməklə inşa olunub. Tikintisində çay daşı, bişmiş kərpic, əhəng, kirəmit, palıd, fıstıq, qovaq ağacları kimi yerli inşaat materillarından istifadə olunub. Məscidin xarici tağlı qalereyası və minarəsi var.[21] Məscidin yanında Xan qəbiristanlığı yerləşir. Burada Şəki xanları, onların ailə üzvləri və yaxın adamları dəfn olunub.[22]

Şəkilləri

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 4 5 6 Aydın Məmmədov. "Şəki Xan məscidində Məhəmmədhüseyn xanın qəbri aşkar edilib" (az.). medeniyyet.az. 2021-09-07. 2022-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-14.
  2. Ədalət Tahirzadə. Şəkinin tarixi qaynaqlarda. Bakı: Master. 2005. səh. 192. 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-14.
  3. Murad Səmədov. "Тайна убийства и захоронения азербайджанского Хана" (rus). haqqin.az. 2022-12-11. 2022-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-14.
  4. "Tapılan qəbrin Şəki xanına məxsus olduğu təsdiqləndi" (az.). qafqazinfo.az. 2022-12-02. 2022-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-15.
  5. Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  6. Əbdülvahab Salamzadə, A. İsmayılov, K. Məmmədzadə. Şəki. Tarixi memarlıq oçerki. Bakı: Elm . 1988. səh. 200.
  7. Əbdülvahab Salamzadə, Elturan Avalov, R.Salayev. Проблемы сохранения и реконструкции исторических городов Азербайджана. Bakı: Elm . 1979. səh. 64.
  8. "Historic Centre of Sheki with the Khan's Palace" (ingilis). whc.unesco.org. 2020-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-14.
  9. 1 2 "Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub" (az.). tourism.gov.az. 2022-12-02. 2022-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-14.
  10. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  11. "Historic Centre of Sheki with the Khan's Palace" (ingilis). unesco.org. 2019. 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-14.
  12. "Şəki Xan Sarayı Dünya İrsinin siyahısında" (az.). Amerikanın Səsi. 2019-07-07. 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-14.
  13. "«Xan məscidi» ətrafında çəkişmə" (az.). Azadlıq Radiosu. 2011-06-09. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-14.
  14. "Şəki Xan məscidi kompleksi əvvəl və indi" (az.). İki sahil. 2022-12-02. 2022-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-14.
  15. Aygün Məmmədova. "Şəkinin Xan məscidi ərazisində yeni arxeoloji tapıntılar aşkarlanıb" (az.). arazmedia.az. 2021-07-19. Archived from the original on 2022-12-14. İstifadə tarixi: 2022-12-14.
  16. "Shaki Khan's Mosque Complex was restored by Heydar Aliyev Foundation" (ingilis). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2022-12-02. 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-14.
  17. "Şəki xan məscidində tapılan qəbrin Şəki xanına məxsus olması təsdiqlənib" (az.). pressklub.az. 2022-12-02. 2022-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-14.
  18. 1 2 3 4 5 "Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub" (az.). president.az. 2022-12-02. 2022-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-14.
  19. "Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub" (az.). medeniyyet.az. 2022-12-07. 2022-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-14.
  20. "Şəki Xan məscidində bərpa işlərindən sonra ilk namaz qılındı" (az.). qafqazinfo.az. 2022-12-02. 2022-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-14.
  21. "Xan məscidi və Xan qəbiristanlığı" (az.). sheki.heritage.org.az. 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-14.
  22. Mustafayev, Elşad. "Şəki Xan qəbiristanlığı". Şəkinin səsi. Şəki. 2009-06-15. 4.

Xarici keçidlər

Read other articles:

Alfa Romeo Junior ZagatoDescrizione generaleCostruttore  Alfa Romeo Produzionedal 1969 al 1975 Esemplari prodotti1.510[senza fonte] Altre caratteristicheDimensioni e massaLunghezza3900 mm Larghezza1550 mm Altezza1280 mm Passo2250 mm Massa920 kg AltroStileErcole Spada per Zagato Auto similiLancia Fulvia SportOpel GTFord Capri L'Alfa Romeo Junior Zagato è una autovettura costruita dalla casa automobilistica italiana Alfa Romeo dal 1969 al 1975. I...

 

Raden AdipatiWira Tanu Datar IV[[Bupati Cianjur]] 4Masa jabatan1727–1761Wakil PresidenWira NataPendahuluR.A. Wira Tanu IIIPenggantiR.A. Wira Tanu Datar V Informasi pribadiLahirCianjurMeninggalCianjurProfesiBangsawan, UlamaSunting kotak info • L • B Raden Adipati Wira Tanu Datar IV adalah bupati Cianjur keempat yang memerintah pada tahun 1727 s.d. 1761 Kehidupan Awal Raden Adipati Wira Tanu Datar IV nama aslinya adalah Raden Sabirudin. Penetapan Raden Sabirudin sebagai rege...

 

Moss Beach Plaats in de Verenigde Staten Vlag van Verenigde Staten Locatie van Moss Beach in Californië Locatie van Californië in de VS Situering County San Mateo County Type plaats Census-designated place Staat Californië Coördinaten 37° 32′ NB, 122° 31′ WL Algemeen Oppervlakte 4,6 km² - land 4,6 km² - water 0,0 km² Inwoners (2000) 1.953 Hoogte 20 m Overig ZIP-code(s) 94038 FIPS-code 49446 Portaal    Verenigde Staten Moss Beach is een plaats (census-designated ...

C5b到C9形成的膜攻擊複合物 膜攻擊複合物(MAC),是一種通常生成於致病細菌表面的結構。人體補體系統的替代補體途徑、經典補體途徑、凝集素途徑均可產生這種複合物。該複合物是免疫系統的效應蛋白之一,它可以在靶細胞的細胞膜上形成能破壞後者雙層磷脂質的穿膜通路,從而使得靶細胞裂解死亡[1]。 有多種蛋白質參與膜攻擊複合物的組裝。具有高活性的C5b會...

 

Byzantine aristocrat George Palaiologos Doukas Komnenossebastos megas hetaireiarchesSeal of George Palaiologos, featuring Saint George on the obverse[1][2]Native nameΓεώργιος Παλαιολόγος Δούκας ΚομνηνόςBornc. 1125Died1167 or 1168Noble familyPalaiologosIssueAlexios PalaiologosFatherAlexios PalaiologosMother(Anna?) KomneneOccupationDiplomat George Palaiologos Doukas Komnenos (Greek: Γεώργιος Παλαιολόγος Δούκας Κο...

 

Map of Cape Verde This is a list of municipalities in Cape Verde having standing links to local communities in other countries. In most cases, the association, especially when formalised by local government, is known as town twinning (though other terms, such as partner towns (geminações) or sister cities are sometimes used instead). B Boa Vista Aljezur, Portugal[1] Anadia, Portugal[2] Cabeceiras de Basto, Portugal[3] Felgueiras, Portugal[4] Loulé, Portugal&...

This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Democratic Constituent Congress – news · newspapers · books · scholar · JSTOR (July 2021) (Learn how and when to remove this template message) Democratic Constituent Congress Congreso Constituyente DemocráticoRepublic of PeruTypeTypeUnicameral HistoryEstablish...

 

Temple de ConfuciusPrésentationType Temple de ConfuciusFondation 1684Dédicataire ConfuciusReligion ConfucianismeLocalisationLocalisation district de Zuoying, Kaohsiung TaïwanCoordonnées 22° 41′ 22″ N, 120° 17′ 57″ ELocalisation sur la carte de TaïwanLocalisation sur la carte de Chinemodifier - modifier le code - modifier Wikidata Le temple de Confucius de Kaohsiung (chinois traditionnel : 高雄孔子廟 ; pinyin : Gāoxión...

 

American pioneer, trapper, fur trader, and explorer (1788–1837) David Edward JacksonBorn1788 (1788)Randolph County, Virginia, USDiedDecember 24, 1837 (aged 49)Paris, Tennessee, USOther namesDavey JacksonOccupationsClerktrapperfur traderexplorerEmployerRocky Mountain Fur CompanySpouseJuliet T. NorrisChildren4RelativesStonewall Jackson (nephew), Andrew Jackson (cousin) David Edward “Davey” Jackson (1788 – December 24, 1837) was an American pioneer, trapper, fur trader, and exp...

Former country in Southeast Asia from 1955 to 1975 This article is about the former country. For its geographical region, see Southern Vietnam. Republic of Vietnam redirects here. For the successor state, see Provisional Revolutionary Government of the Republic of South Vietnam. You can help expand this article with text translated from the corresponding article in Vietnamese. Click [show] for important translation instructions. Machine translation, like DeepL or Google Translate, is a useful...

 

2nd Bagmati Provincial Assembly ←1st Assembly OverviewLegislative bodyBagmati Provincial AssemblyJurisdictionBagmati Province, NepalMeeting placeRegional Educational Directorate,Hetauda, Makwanpur DistrictTerm2 January 2023 – 2027 Government (65)   Congress: 37   CPN (MC): 20   CPN (US): 7   NSP: 1 Confidence & supply (2)   HNP: 2 Opposition (43)   CPN (UML): 27   RPP: 13   NMKP: 3 Election2022 provincial electionsGovernmentJanmkattel c...

 

Brazilian fashion model (born 1983) Not to be confused with Flávia Oliveira. This biography of a living person needs additional citations for verification. Please help by adding reliable sources. Contentious material about living persons that is unsourced or poorly sourced must be removed immediately from the article and its talk page, especially if potentially libelous.Find sources: Flávia de Oliveira – news · newspapers · books · scholar · JSTOR (J...

American violinist, conductor and concert promoter Nahan Franko (July 23, 1861 – June 7, 1930) was an American violinist, conductor and concert promoter. His brother was violinist and conductor Sam Franko. Biography Franko was born in New Orleans on July 23, 1861. He studied the violin in Europe with Joseph Joachim and August Wilhelmj. He became an orchestral violinist, playing with leading American and European orchestras; he later became the first American-born conductor to work at th...

 

American pornographic actress (born 1981) Not to be confused with Dylan Ryan. Dylan RyderRyder at the 2011 AVN Awards showBornShannon Marie Lybarger[1] (1981-02-23) February 23, 1981 (age 42)[2]Fresno, California, U.S.[3]Other namesLanna, Dylan Rider[3]Height5 ft 8.5 in (1.74 m)[4]Websitedylanryder.com Dylan Ryder (born February 23, 1981)[2] is a former American pornographic film actress. Early life Ryder was born in Fre...

 

Esta página cita fontes, mas que não cobrem todo o conteúdo. Ajude a inserir referências. Conteúdo não verificável pode ser removido.—Encontre fontes: ABW  • CAPES  • Google (N • L • A) (Fevereiro de 2013) Counter-Strike: Condition Zero Counter-Strike: Condition ZeroTela de abertura do jogo Desenvolvedora(s) Valve CorporationGearbox SoftwareRitual EntertainmentTurtle Rock Studios[1] Publicadora(s) Valve Corporation Distrib...

Marathi-language drama series 36 Guni JodiGenreDramaDirected byAbhijeet PatilStarringSee belowCountry of originIndiaOriginal languageMarathiNo. of episodes281ProductionProducerShashank SolankiProduction locationsMumbai, Maharashtra, IndiaCamera setupMulti-cameraRunning time22 minutesProduction companySeventh Sense MediaOriginal releaseNetworkZee MarathiRelease23 January 2023 (2023-01-23) –presentRelatedGattimela 36 Guni Jodi (transl. 36 Qualities Pair) is an Indian Marathi l...

 

12th century castle in Westmeath, Ireland For the ship, see RMMV Athlone Castle. Athlone Castle Part of the Town of AthloneAthlone, Westmeath in IrelandAthlone CastleLocation in IrelandCoordinates53°25′24″N 7°56′33″W / 53.42333°N 7.94250°W / 53.42333; -7.94250TypeCastleSite informationOwnerCity of Athlone, IrelandOperatorAthlone Arts and TourismOpen tothe publicYesConditionRestoredWebsiteathlonecastle.ieSite historyBuilt1129 (Wooden fort), 12...

 

Елена Греческая и Датскаягреч. Ελένη της Ελλάδας και της Δανίαςрум. Elena a Elenilor și de Danemarca Елена Греческая. Герб Румынского королевства. Кронпринцесса Румынии 10 марта 1921 — 20 июля 1927 (под именем Елены Греческой) Рождение 3 (15) мая 1896Афины, Греция Смерть 28 ноября 1982(1982-11-28)[1]...

この記事は検証可能な参考文献や出典が全く示されていないか、不十分です。出典を追加して記事の信頼性向上にご協力ください。(このテンプレートの使い方)出典検索?: ウクレレえいじ – ニュース · 書籍 · スカラー · CiNii · J-STAGE · NDL · dlib.jp · ジャパンサーチ · TWL(2022年10月) ウクレレえいじ 2016年、第29回東京国際映...

 

Masentine Osnovni podaci Država  Italija Regija Piemonte Provincija Cuneo Stanovništvo Stanovništvo (2011) 12 Geografija Koordinate 44°22′36″N 7°56′44″E / 44.37656°N 7.94549°E / 44.37656; 7.94549 Nadmorska visina 419 m MasentineMasentine (Italije) Masentine je naselje u Italiji u provinciji Cuneo, u regiji Piemonte. Prema proceni iz 2011. u naselju je živelo 12 stanovnika.[1][2] Naselje se nalazi na nadmorskoj visini od 419 m. Sadr...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!