Bəzi mənbələrdə Təpəbaşı məscidinin inşa tarixinin 1687-ci il olduğu qeyd edilsə də, onun dəqiq tikilmə tarixi məlum deyildir. Bizə çatan məlumatlara əsasən onun ən azı XIX əsrin qırxıncı illərində mövcud olduğu bildirilir. Çox güman ki, məscid daha qədimdir və XVII–XVIII əsrlərə aiddir. Bəzi məlumatlara görə məscid İrəvan şəhər upravasının üzvü, xan nəslindən olan Abbasqulu xan İrəvanskinin göstərişi ilə tikilmişdir. Onun evi də həmin məhəllədə olmuşdur.[1]
Haqqında
Təpəbaşı məscidi eyniadlı Təpəbaşı yaşayış massivində yaşayış massivində yerləşir. Məscidin minarəsi isə 1960-cı illərdə uçmuşdur. Sonralar isə məscidin həyətində və ətrafında gecəqondular inşa edilmişdir. Hazırda dağılmış vəziyyətdə olan bu məsciddə, eləcə də imam otağında erməni ailələri məskunlaşmışdırlar. Bəzən erməni ailələrinin yaşadığı Abbasqulu xanın evini hələ də ermənilər "Xanın evi" adlandırırlar.[2]Məscidin ətrafında bir çayxana da var idi ki, müsəlmanlar yığışıb çay içərdilər. İndi həmin çayxana da yoxdur. Məscidin həyətində və ətrafında ermənilər gecəqondular inşa etmişlər.[3]
Memarlıq xüsusiyyətləri
Məscid tamamilə kərpicdən tikilmişdir. Fotoşəkillərdən göründüyü kimi İrəvandakı bir sıra digər məscidlərdən nümunə götürərək təkrarlanan rombvari naxışlı şirli mozaika plitələrlə üzlənmiş əsas günbəz qorunub saxlanmamışdır. Divarlarının qalınlığı 1,5 metrdir. Məscidin içərisindəki imamın otağında hazırda bir erməni ailəsi yaşayır.[4]