Kazım Qarabəkir Paşa məscidi

Kazım Qarabəkir Paşa məscidi
Xəritə
Yerləşməsi
Ölkə  Azərbaycan
Bölgə Naxçıvan MR
Şəhər Naxçıvan
Memarlıq
Üslubu İslam memarlığı

Kazım Qarabəkir Paşa Məscidi — Naxçıvan şəhərində yerləşən ibadətgah və memarlıq abidəsi. 1918-1919-cu illərdə Naxçıvanın erməni təcavüzündən xilas edilməsində böyük şücaət və mərdlik göstərmiş, 1921-ci ildə Qars müqaviləsini imzalamış, Mustafa Kamal Atatürkün silahdaşı, Türkiyə ordusunun Şərq cəbhəsinin komandanı Kazım Qarabəkir paşanın şərəfinə Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Vəqfinin dəstəyi ilə inşa edilmişdir.

Tarixi

Kazım Qarabəkir Paşa

Məscidin açılışı 13 oktyabr 1999-cu ildə olmuşdur. Məscidin açılışında Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev və Kazım Qarabəkir Paşanın qızı Timsal Qarabəkir iştirak etmişlər.

1995-ci ilin 20 sentyabr tarixində tikintisinə başlanan binanın xərclərini Belçikalı türklərin vəsaiti ilə ödənilmişdir. Məscidin memarı Çingiz Seçkin, layihə mühəndisi isə Həmid Turac olmuşlar[1].

Memarlıq xüsusiyyətləri

Qoşaminarəli məscid binasının giriş qapısı (portal) şimal tərəfdəndir. Bina üç mərtəbəli qurularaq, özülü, divarları, kümbəzlə minarələri dəmir betondan tökülmüşdür. Divarlara xaricdən Qaradağ mişar daşından üzlük pilitələri hörülmüşdür.

Məscid binasının sahəsi 550, həyəti ilə birlikdə 13 min kvadrat metrdir. Minarələrin hündürlüyü 38 m, əsas gümbəz 19 m, yanlarındakı gümbəzlər isə 4 metr ucalığındadır. Binanın birinci mərtəbəsində böyük dəhlizlə yardımçı otaqlar, ikinci mərtəbəsində isə kişilərin ibadət salonu, cənub divarda da mehrab vardır.

Mehrabın ətrafında mərmər üzərində ərəbcə Quranın "Bəqərə" surəsindən "Ayətəl-kürsü" ayələri həkk edilmişdir. Məscidin üçüncü mərtəbəsinə minarələrdən pillələrlə yol gedərək yan divarlardakı eyvanı xatırladan qadınların ibadəti üçündür.

Məscidin pəncərələri rəngli şüşələrlə vitraj işlənmiş, daxili divarlar naxışlarla bəzədilərək, minarə ilə künbəzlərin üst örtüklərinə qurğuşun təbəqəsi çəkilmişdir. Məsciddə eyni vaxtda 1000 nəfərin ibadəti nəzərdə tutulmuşdur. Salonun içərisində günbəzdən çilçıraq asılmış, əzan vermək üçün müasir avadanlıqlar quraşdırılmışdır[2].

İstinadlar

  1. Kazım Qarabəkir Paşa məscidi (Türk məscidi)[ölü keçid]
  2. "Naxçıvan məscidləri I hissə". 2021-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-07.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!