Kazım Qarabəkir

Kazım Qarabəkir
türk. Kazım Karabekir
Şəxsi məlumatlar
Doğum tarixi 1882[1][2] və ya 23 iyul 1882(1882-07-23)
Vəfat tarixi 26 yanvar 1948(1948-01-26)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Partiya
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d],
  • Quləli Hərbi Liseyi[d]
Fəaliyyəti hərbi qulluqçu, siyasətçi, müəllif
Dini islam
Hərbi xidmət
Qoşun növü piyada
Döyüşlər
Rütbəsi briqada generalı

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Musa Kazım Qarabəkir (türk. Musa Kâzım Karabekir; 1882[1][2] və ya 23 iyul 188226 yanvar 1948, Ankara) — Türkiyənin görkəmli hərbi və siyasi xadimi, general, "Alçıtəpə Qəhrəmanı" ləqəbiylə tanınır.[3] Türkiyə İstiqlaliyyət müharibəsini başladan komandirlər arasında yer alaraq, Şərq Cəbhəsində göstərdiyi uğurlarlar səbəbiylə İstiqlal medalı ilə təltif olunmuşdur.

Ailəsi

İclal xanımla toyu, 1924-cü il

Kazım 1882-ci ildə Mehməd Əmin Paşa və Hacı Həvva xanımın ailəsində dünyaya gəlmişdir. Onun ata tərəfdən kökləri oğuz türklərinin Əfşar boyuna gedib çıxır. İlk dəfə, 1924-cü ildə, 42 yaşında ikən, Aydınlı Camal bəyin qızı İclal xanım (1900–1954) ilə evləndi. Bu evlilikdən 1927-ci ildə Həyat (1927-) və Əməl (1927–1984) adında əkiz və Timsal (26 yanvar 1941) adlarında 3 qız övladı olmuşdur.[4]

İlk illəri və təhsili

Jandarm Alaybəyi Mehmed Emin bəyin oğlu olaraq, 23 avqust, 1882-ci il tarixində, İstanbulda anadan olmuşdur.[5] 1902-ci ildə Hərbiyyə Məktəbindən, 1905-ci ldə Məktəb-i Erkan-i Hərbiyyədən məzun olub.[5]

Hərbi karyerası

Birinci Dünya müharibəsi illəri

Avropanın ümumi bir savaşa sürükləndiyi bu dövrdə Parisdə çalışmaqda idi. Lakin bu vəziyyəti hiss edərək, 14 avqust, 1914-cü ildə İstanbula geri döndü. Burada Ümumqoşun Rəhbərliyində II Kəşfiyyat şöbəsi müdiri təyin olundu. Müharibə mövzusundakı düşüncələri İstanbulÇanaqqala boğazlarını qüvvətləndirmək, boğazlardakı qüvvələri dəstəkləmək, müharibəyə girməkdən maksimum yayınmaq idi.

XV Ordu Korpusu komandanı Kazım Qarabəkir Ərzurumda qərərgah rəisləriylə birlikdə

Rəhbərlikdəki vəzifəsini davam etdirirkən, Konyaya bir araşdırmaya görə göndərilmişdi. 29 noyabr, 1914-cü il tarixində, "3 il xidmət artırması"na görə 9 dekabr, 1914-cü ildə polkovnik-leytenant rütbəsinə qaldırıldı. 6 yanvar, 1915-ci ildə, Qüvvə-i Səfəriyyə komandiri olaraq İran əməliyyatına göndərildi. Hələbə gəldiyi zaman, III Ordunun Sarıqamışda böyük bir fəlakətə uğradığını, komandirliyinə verildiyi qüvvələrin Şərq Cəbhəsinə, özünün də Süleyman Əsgəri bəyin yerinə İraq Qoşunları komandanlığına və Bəsrə valiliyinə təyin olunduğunu öyrəndi.[6] Beləliklə, Süleyman Əsgəri bəyin yerinə keçmək üçün İstanbula geri döndü.

Çanaqqala cəbhəsi

XV Ordu Komandanı Kazım Qarabəkir Paşa Trabzonda, 19 aprel.1919-cu il

6 mart, 1915-ci ildə, İstanbula gələrkən, V Orduya bağlı İstanbul, Qartalda olan 14-cü Tümən komandanlığı təyin olundu. Bu vəzifədə olduğu vaxtda, Mərmərə dəniziQara dəniz sahillərinin gücləndirilməsi ilə məşğul oldu. Komandanı olduğu qoşunun Geliboluya göndərilməsi ilə bu bölgədə Səddülbahir və Kərəvizdərə savaşlarında iştirak etdi. Fransızların hücumu qarşısında durdu. Fransızların məqsədi, Türk ordusunun diqqətini cənub bölgəsinə çəkmək idi. Beləcə avqust ayında, Anafartalara ediləcək hücumun uğurunu qarant altına almaq fikrində idilər. Bu plan sayəsində, Türk qoşunlarının çoxu cənuba sürüşdürüldü. İngilislərin də hücumundan sonra, heç bir tərəf qəti qələbə qazana bilmədi, hər iki tərəfdən xeyli insan tələf oldu, türk itkisi 9700 nəfər idi.

Kərəvizdərə savaşları əsnasında V Ordu komandanlığına bağlı XIV Tümən komandanı olaraq iştirak etməkdə idi. Bu vəzifəsi sırasında 6–13 avqust, 1915-ci il savaşlarında da döyüşdü. Kirt bölgəsinə edilən hücumlar sonrasında müttəfiq qoşunları geri çəkilməyə məcbur oldu. Bundan sonra da bu cəbhədə düşmənin təxliyəsinə qədər mövqe müharibələri davam etdi. Beləcə İttifaq dövlətləri ilk gün almağı planladıqları Alçıtəpəni ala bilmədi. Hər baxımdan üstün olan müttəfiq qoşunları cəmi 5 km irəliləyə bildi. Bu toqquşmalar zamanı düşmənə qarşı 3.5 ay uğurla savaşdı. Hərbi şəxsiyyəti baxımından təqdir alaraq Müharibə Gümüş Ləyaqət Medalı ilə təltif edildi. Polkovnik rütbəsinə qaldırıldı. Bundan əlavə Almaniyadan II rütbədən Kron Dö Braş Qılıncı Nişanı ilə təltif edildi. Osmanlıdan da Gelibolu Şərəf Nişanı medalını aldı. Sentyabr, 1915-ci ildən, 1916-cl il, 9 yanvar, mövqe toqquşmalarında II Bölgə Komandanlığında XIV Tümən komandanı olaraq təyinat aldı. Toqquşmalar davam edərkən, rəhbərlik etdiyi tümən, 1916-cı ilin, 11 yanvarında bölgədən ayrıldı.

Çanaqqala cəbhəsi sonrası

Çanaqqala cəbhəsindəki hücum toqquşmalarının, səngər döyüşünə çevrilməsi ilə birlikdə, Geliboludan alınaraq, 29 oktyabr, 1915-ci i l tarixində, İstanbuldakı I Ordu Qərərgah Rəisliyinə təyin edildi. Daha sonra VI Ordu Qərərəgah Rəisi olaraq İraq Cəbhəsinə göndərildi. Bu arada Geliboludakı uğurları səbəbiylə "3 il xidmət artırması" alaraq, 14 dekabr, 1916-cı ildə General-mayor rütbəsinə qaldırıldı və Paşa oldu. Almaniyadan ikinci dəfə "Alman Dəmir Xaç Nişanı" medalı aldı. 24 aprel, 1916-cı ildə, Kutul Amarayı mühasirəyə almış XVIII Ordu Komandanı olaraq təyinat aldı. Bu cəbhədəki uğurları səbəbiylə 8 fevral, 1917-ci il tarixindən "Qızıl Müharibə Ləyaqət Medalı" ilə təltif edilərək, "iki illik xidmət artırması" verildi.[7][8]

Soldan sağa: VI Korpus komandanı General Əli Hikmət Paşa, ortada I Ordu Komandanı General Kazım Qarabəkir Paşa, sağda IV Tümən komandanı polkovnik Sıtkı Üke

Qafqaz cəbhəsi

Cəfər Təyyar Paşa ilə o illərdə edilə bilən qarşılıqlı yer dəyişdirmə (bəcayiş) üsulu ilə Qafqaz Cəbhəsindəki II Ordu komandanı olaraq təyinat aldı. Bu ordu Van gölünün cənub sahili, Bitlis, Muş, Murad çayı və Palunun şərqinə doğru geniş bir ərazini müdafiə etməkdə idi. Bu dövrdə Osmanlı dövləti ümumi 4 korpusu olan, iki ordusunu Van gölü ilə Qara dəniz arasında saxlamaqda idi. Bu orduların ən cənubda olanı Kazım Qarabəkir Paşanın ordusu idi. Bu korpusda 10 aya qədər çalışdı. Bölgədəki uğurlarından sonra 23 sentyabr, 1917-ci il tarixində, sultan əmrilə "Qılınclı İkinci Məcidiyyə Nişanı" ilə təltif edildi. 2 mart, 1919-cu ildə, Ərzurumdakı XV Korpus komandanlığına təyin edildi.[9]

Qurtuluş savaşı illəri

Türk Qurtuluş Savaşını başladan komandanlar arasında Anadoluya ilk keçən komandir oldu. 19 aprel, 1919-cu ildə, Trabzona gəldi. 19 may, 1919-cu ildə, Samsuna çıxaraq, Qurtuluş Savaşını başlatmış olan IX Ordu müfəttişi, general-mayor Mustafa Kamal Paşanın İstanbuldakı osmanlı sultanı Mehmed Vəhdəddin ilə xəbərləşməsi nəticəsində vəzifəsindən istefa verməsindən sonra, İstanbuldan bilavasitə göndərilən və Mustafa Kamal Atatürkü tutmasını əmr edən telegrafa baxmayaraq, "Mən və ordum əmrinizdədir, Paşam" demişdir. Ardınca Ərzurum konqresini təşkil edilməsində çox çalışmış və hərbi təhlükəsizliyi təmin etmişdir.

Fəxrəddin Altay, Fevzi Çaxmaq, Mustafa Kamal Atatürk və Kazım Qarabəkir

1877–1878 Rus-Türk müharibəsi zamanı itirilən Sarıqamış, Qars, Ərdəhan, ArtvinBatumu 1920-ci il, sentyabrda azad etmiş, Türkiyənin şərq sərhədlərində Misak-i Milli reallaşdırdıqdan sonra, 31 oktyabr, 1920-ci ildə TBMM tərəfindən General-leytenant rütbəsinə qaldırıldı.

Mustafa Kamal Paşa, Nutukda, "Kazım Qarabəkir Paşa və adamları Qurtuluş Savaşında canları hesabına savaşaraq qalib gəldilər. Bu qalibiyyət sadəcə onların deyil, bütün Türk millətinin qalibiyyətidir." deyərək onun uğurlarını təqdir etmişdir.[10]

Müharibədən sonra Şərq Cəbhəsində göstərdiyi uğurlara görə TBMM tərəfidnən Qırmızı-Yaşıl İstiqlal Medalı ilə təltif edildi.

Sovet Rusiyası ilə əlaqələri

Qarabəkirin zəfərdən sonra çıxarılan bir posteri: Ermənistan fatehi və yetimlər atası, müzəffər Şərq ordularımızın komandanı Kazım Qarabəkir Paşa

Sovet Rusiyası ilə imzalanacaq dostluq müqaviləsi üçün Bəkir Sami bəy başqanlığında bir nümayəndə heyəti, 11 may, 1920-ci ildə, Ankaradan yola çıxaraq, 1920-ci il, 19 avqustda Moskvaya çatdı. Dostluq müqaviləsinin əsasları 24 avqust, 1920-ci ildə hazır olmaqla bərabər, Bəkir Sami bəyin bu müqaviləni imzalaması münkün olmadı, çünki Rusiya Bitlis, VanMuş bölgələrini Ermənistana verilməsini istədi.

Lakin, Kazım Qarabəkir Paşa komandanlığındakı Türk qüvvələri, 1920-ci il, sentyabr tarixində hücuma keçib, Brest-Litovsk müqaviləsi ilə Türkiyəyə verilən və Misak-i Milli hüdudları daxilində olan Sariqamış, Qars, Ərdahan, ArtvinBatumu aldıqdan sonra Gümrünü də elə keçirincə, menşevik iqtidarı altındakı erməni hökuməti sülhə meyil etməyə məcbur oldu. 34 dekabr, 1920-ci ildə, Ermənistan ilə Gümrü müqaviləsi imzalandı. Bu arada, bolşeviklərErmənistanda iqtidarı ələ keçirdilər. Bu formada Ermənistan məsələsi özlüyündən həll edilmiş oldu. Qazanılan bu zəfərlərə görə Sovet Rusiyası, Milli Mübarizəyə daha çox əhəmiyyət verməyə başladı.

Siyasi karyerası

Bir görüşmədə

15 oktyabr, 1922-ci ildə Ankaraya gəldi, Ədirnə Millətvəkili kimi 30 oktyabrdan etibarən məclisdə işləməyə başladı. 17 Fevral, 1923-cü il tarixində, Türkiyədə ilk dəfə toplanan İzmir İqtisad konqresinə sədrlik etdi. 29 iyun, 1923-cü il tarixində, TBMM-nin İkinci Dövr mərhələsində İstanbul Millətvəkili seçildiyi dövrdə, Şərq cəbhəsi komandanlığını da rəsmi olaraq davam etdirməkdə idi. 21 noyabr, 1923-cü ildə, "Milli Mübarizəmizdə siyasi və savaş yararlılığı" adı ilə qırmızı və yaşıl zolaqlı İstiqlal Medalı ilə mükafatlandırıldı. 21 oktyabr, 1923-cü ildə, General-polkovnik rütbəsinə yüksəldildi və son hərbi vəzifəsi olan I Ordu Müfəttişliyinə göndərildi. 1924-cü il, 26 oktyabrda bu vəzifəsindən istefa verərək, yalnız siyasi sahədə fəaliyyətini davam etdirdi.

9 noyabr, 1924-cü ildə, CXP-dən istefa verdi. 17 noyabr, 1924-cü ildə Tərəqqipərvər Cumhuriyyət Firqəsi qurucuları arasında yer aldı və bir müddət sonra da bu partiyanın rəhbəri oldu. İsmət Paşa hökumətinin Takrir-i Sükün Qanunu çıxarmasından sonra şərqdə Şeyx Səid üsyanı çıxdı və bu üsanda TCF-nin də rolunun olduğu iddia edildi. İsmət İnönü rəhbərliyindəki hökumət tərəfindən bu hadisə bəhanə edilərək, 5 iyun, 1925-ci ildə Nazirlər Kabineti qərarı ilə bütün müxalif qəzetlər və partiyalarla birlikdə TCF də qapadıldı. Ayrıca Kazım Qarabəkir Paşa, 1926-cı ilin, iyununda Mustafa Kamal Atatürkə qarşı təşkil edilən İzmir sui-qəsd cəhdi ilə əlaqəli olaraq həbs edildi və İstiqlal Məhkəməsində edam hökmünə məhkum edilsə də, sonda bəraət aldı.[11]

1927-ci ildə, TBMM-də millətvəkilliyi dönəmi sona yetdi. Orduda 5 dekabr, 1927-ci ildə artıq Ordu Generalı rütbəsinə hazir ikən, pensiyaya göndərildi. Bu dövrdən sonra uzun bir dövr siyasətdən uzaqlaşdırılaraq, təklikdə qaldı. Xüsusi nəzarətdə qalması istənilən "84 müxalif" siyahısına əlavə edildi.[12] 10 il təqib və gözaltında yaşadı və xatirələrini yazdığı "İstiqlal Savaşımız" kitabnı "Takrir-i Sükun" qanunu tələbi kimi toplandı. Bəlkə də, ən çətin günlərini bu dövrdə yaşamışdır. Mustafa Kamal Atatürkün vəfatından sonra, 26 yanvar, 1939-cu ildə, İstanbul Millətvəkili seçildi. 1943-cü ildə, təkrar millətvəkili seçildi və 5 avqust, 1946-cı ildə edilən TBMM sədrlik seçkilərində Məclis Sədri seçildi.

I Ordu komandanı Kazım Qarabəkir qərərgah rəisləri ilə birlikdə, İstanbul, 1924-cü il.

Bolqarca, Fransızca, AlmancaRusca bilirdi.

Ölümü

26 yanvar, 1948-ci ildə, 66 yaşında ikən infarkt nəticəsində, Ankarada vəfat etdi. Mərasimlə Cəbəçi Hərbi Şəhidliyində dəfn edilən cənazəsi, sonrakı illərdə Dövlət Məzarlığına köçürüldü.

Xatirəsi

2010-cu ilin əvvəlində, dövrün Ümumqoşun Komandanı İlkər Başbuğ, Kazım Qarabəkir Paşanın ölüm ildönümü ilk dəfə anıldı.[13]

1968-ci ildə, Ərzurumda inşa edilən Camal Gürsəl stadionunun adı, 10 avqust, 2012-ci ildə verilən qərarla Kazım Qarabəkir Stadionu olaraq dəyişdirildi.[14]

İstanbul, Ərənköydəki evinin əsasında, Kazım Qarabəkir Vəqfi tərəfindən, 2005-ci ildə Kazım Qarabəkir Muzeyi yaradılmışdır. 4 mərtəbəli muzeydə, 3500-ə qədər, sağlığında Kazım Qarabəkir Paşaya məxsus olmuş kitablar, Kazım Qarabəkir portreti, özünün kamanı, medalları, cəbhədə geydiyi qar ayaqqabıları, silahları, fotoları, çadırına düşən mərmi qəlpəsi, hərbi forması sərgilənir.

Naxçıvanda gördüyü işlərə hörmət əlaməti olaraq, 1999-cu ildə, Naxçıvanda adına məscid istifadəyə verilmiş, açılışında qızı da iştirak etmişdir.

Kazım Qarabəkir Paşa və Azərbaycan

Brest-Litovsk danışıqlarınnı getməsi və nəticənin əldə edilməməsi Azərbaycanın tarixi qərb torpaqlarında yaşayan soydaşlarımızın vəziyyətini günü-gündən ağırlaşdırırdı. Ərzincan barışığından sonra Şərqi Anadoludan geri çəkilən rus qoşunlarının öz silahlarının və idarələrində olan torpaqların bir qismini ermənigürcü hərbi birləşmələrinə verdikləri aydın oldu.[15]

Ermənilərin müsəlman Türklərə qarşı qırğınlar törətməsinə cavab olaraq, 1918-ci ilin, fevral ayında, Polkovnik Kazım Qarabəkir Paşanın I Qafqaz ordusu hücuma keçdi: 13 fevralda Ərzincan və Tərcan, 13 martda Həsənqala, 5 apreldə Sarıqamış və 25 apreldə Qars geri alındı. Zaqafqaziya hökuməti ilə danışıqlar nəticəsində, Axalkələk, Gümrü, Sürməli, Naxçıvan, Culfa boşaldılmalı və bütün Qafqaz dəmir yolları Osmanlının ixtiyarına verilməli idi. Ermənilərin bu müqaviləyə tabe olmamasından sonra, Kazım Qarabəkir Paşanın ordusu, 15 may, 1918-ci ildə, Gümrüyə girdilər. May ayının sonlarında Qafqaz dövlətləri öz müstəqilliklərini elan etdilər. Osmanlı dövləti yeni yaranmış dövlətlərin hər biri ilə, ayr-ayrı müqavilələr imzaladı. AzərbaycanDağlılar Respublikasını qoruma altına aldığını elan edən Osmanlı imperiyası, həmçinin də Batum, Axiska, Axalkələk, Sürməli, ŞərurNaxçıvanın türk idarəsinə girdiyini bir daha təstiqlətdi. Bu ərazilər 655 minlik əhalisi olan torpaqlar idi. Belə vəziyyətdə Ermənistan Respublikası iki qəzadan- İrəvanÜçmüədzindən ibarət olurdu.[16]

14 iyul, 1918-ci ildə, IV Ordu korpusu komandanlığına, erməni Andronikin Naxçıvana gələrək hücum hazırlığına başladığı və bölgədəki müsəlman kəndlərinin bəzilərinin toplu qətliama məruz qaldığı bildirildi. 3 min piyada və 500–600 erməni süvarinin işğalında olan Naxçıvanın azad edilməsi vəzifəsi XI Qafqaz Tüməninə verildi. Türk qüvvələri 20 iyulda Naxçıvanı azad etdi. Kazım Qarabəkir Paşa qərərgahını bura köçürdü.[16]

Osmanlı ordu sistemində edilən dəyişikliklər nəticəsində, Naxçıvanİran məsələləri, Kazım Qarabəkir Paşanın I Qafqaz Ordusuna verildi. Paşanın, şərqə hücum edərək, Naxçıvan-Ordubad-Zəngəzur-Bakı xəttini yaradmaq planı rəhbərlik tərəfindən qəbul edilmədi və Təbrizə göndərilən Kazım Qarabəkir Paşa, burada Qacarların vəliəhd-şahzadəsi tərəfindən qəbul edildi. Kazım Qarabəkir Paşa ingilislərlə döyüşdə uğur qazanaraq, Kaplan dağlarına qədər çatdı.

Lakin Mudros andlaşması imzalandıqdan sonra 31 oktyabr, 1918-ci ildə. Kazım Qarabəkir Paşaya, omum ordu korpusunun ləğv olunduğunu və IX VƏ XI Qafqaz tümənlərinin birbaşa IX Ordu komandanlığına verildiyinivə özünü isə İstanbula getməsinin əmr olunduğunu öyrənir. Türk ordusunun geri çəkilməsi ilə, bu regiondakı türklər yenidən erməni hücumlarına məruz qalmağa başlayırlar.

Geri çəkilməyə məcbur olan Kazım Qarabəkir Paşa, Naxçıvan və ətrafında yaşayan türklərin təhlükəsizliyini təmin etmək üçün Araz Türk Cümhuriyyətini yaradılmasına nail olur.[15] Yeni yaradılmış cümhuriyyətə xeyli sayda silah-sursat və özünümüdafiə dəstələrinin formalaşdırılmasına lazım olacaq qədər zabit buraxaraq, qoşunların buranı tərk etməsi əmrini verir. Onun gördüyü bu tədbirlər nəticəsində, buradakı türklərin qırğınının bir daha qarşısı alınır.[16]

Naxçıvan Kazım Qarabəkir Paşanın idarəsi altında

Kazım Qarabəkir Paşa Naxçıvana girdiyi zamanorada olan məktəbləri təftiş edir. Özünü yazdığı şeri gündəlik məktəblərdə oxunması əmrini verir:[17]

Ya istiqlal ya ölüm,

Ya istiqlal, ya ölüm !

Vətənim, millətim, bayrağım, evim,

İstiqlalsız yoxdur yerim !

Zəncir vurdurur mu Türklər boynuna,

Varlığı fədadır vətən yoluna.

Biz tarixin Türk dediyi millətiz,

Hür yaşar, hür ölür, nurlu ümmətiz !

Naxçıvan orta məktəbini ziyarət edən, Kazım Qarabəkir Paşa, məktəbin adını Rüşdiyyə olaraq dəyişdirir, sonradan isə yürli əhali tərəfindən məktəbin adı Naxçıvan Kazım Qarabəkir Paşa Rüşdiyyə Məktəbi olaraq dəyişdirilir. Kazım Qarabəkir Paşa özü isə, məktəbin fəxri müəllimi olaraq qəbul edilir. Bu məktəbdə müəllim olan Hüseyn Cavid, Kazım Qarabəkir Paşanın ünvanına bir şeri də bu hadisələr zamanı yazmışdır:

İkimiz də 1882-də doğulmuşuz,

İkimiz də şair olduq,

Qələm ilə qılınc, müəllim ilə əsgər,

Sən həm qələm, həm xəncər,

Vətən üçün qanlı bir əsgər !

Erməni dəstələrindən qorunmaq üçün, yerli əhalidən dəstələr hazırlanır və onların təliminə başladılır. Osmanlı ordusu geri çəkilən zaman artıq demək olar ki, yerli əhalidən 20 tabur əsgər təşkil edilmişdi. Vergi sistemi Osmanlı vergi sistemi əsasında qaydaya salındı. Gömrük rüsumları müəyyən edildi.[16]

Naxçıvanda xatirəsi

Naxçıvanlı şair Vəli Qaraxanın sözlərinə, konservatoriya üzvü dos. Əqidə Əkbərli tərəfindən "Kazım Qarabəkir Paşa — Qəhrəman Paşa" adlı mahnı yazılmışdır.[17]

Naxçıvan qarşısnda böyük xidmətləri olmuş Kazım Qarabəkir Paşaya minnətdarlıq əlaməti olaraq tikilən məscidin açılışı 1999-cu ilin, 13 oktyabrında olmuşdur. Məscidin açılışında dövrün prezidenti Heydər Əliyev, Kazım Qarabəkirin qızı Timsal Qarabəkir iştirak etmişdir. Məscidin memarı Çingiz Seçkin, layihə mühəndisi isə Həmid Turac olmuşlar.[18][19]

Əsərləri

[20]

  • Ankarada savaş rüzgarları
  • Bir duel və bir sui-qəsd
  • Birinci Dünya müharibəsi
  • Birinci Dünya müharibəsinə necə girdik ? (I cild)
  • Birinci Dünya müharibəsinə necə girdik ? (II cild)
  • Birinci Dünya müharibəsinİ necə idarə etdik ? (I cild)
  • Birinci Dünya müharibəsini necə idarə etdik ? (II cild)
  • Cümhuriyyət tarixi (I cild)
  • Cumhuriyyət tarixi (II cild)
  • İstiqlal müharibəmiz
  • Paşaların davası
  • Paşaların hesablaşması
  • Cəhənnəm dəyirmanı
  • İzmir sui-qəsdi
  • Uşaqlara nəsihətlər
  • Həyatım
  • İttihad və Tərəqqi Cəmiyyəti (1896–1909)
  • Erməni dosyesi
  • İngiltərə, İtaliya və Həbəş müharibəsi
  • Kürd məsələsi
  • Uşaq, mübarizəmiş (I–II cild)
  • İstiqlala Müharibəmizin əsasları
  • Yunan süngüsü
  • Sənaye layihələrimiz
  • İqtisadi əsaslarımız
  • Tarixdə almanlar və alman ordusu
  • Türkiyədə və Türk ordusunda almanlar
  • Tarix boyunca Türk-Alman münasibətləri
  • İstiqlal müharibəmizdə İttihad və Tərəqqi, Ənvər Paşa
  • İstiqlal Müharibəmizin əsasları niyə yazıldı ?
  • Milli Mübarizədə Bursa
  • İtaliya və Həbəş
  • Erməni zülmü
  • Serbiya-Bolqarıstan səfəri
  • Osmanlı ordusunda hücum təfəkkürü
  • Erkan-i Hərbiyyə vəzaifindən kəşfiyyat
  • Sarıqamış-Qars və sonrası
  • Ərzincan və Ərzurumun qurtuluşu
  • Bolqarıstan əsarəti- xatirələr, qeydlər
  • Nutuk və Qarabəkirdən cavablar

İstinadlar

  1. 1 2 Beynəlxalq standart ad identifikatoru. 2012.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. İnsan ve Asker Kazım Karabekir (türk). Yapı Kredi Yayınları. 2015-04-13. 2014-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-27.
  4. "Kâzım Karabekir Vakfı". 2010-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-29.
  5. 1 2 Kocahanoğlu, Osman Selim; s. 338
  6. Orhan Avcı, Irak'ta Türk ordusu (1914–1918), Vadi Yayınları, 2004, ISBN 978-975-6768-51-8, s. 30.
  7. T. C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 31.
  8. Edward J. Erickson, Ottoman Army Effectiveness in World War I: A comparative study, Routledge, New York, 2007, ISBN 978-0-415-77099-6, s. 75
  9. Edward J. Erickson, Ordered to Die: A history of the Ottoman Army in the First World War, s. 150.
  10. Atatürk, Nutuk, səh 57
  11. Andrew Mango, Atatürk, s. 436.
  12. ^ Taha Akyol (14 mart 2008). "Bir de Karabekir’i okumak". Milliyet. 15 Nisan 2016 tarihinde kaynağından Arxivləşdirilib 2008-05-15 at the Wayback Machine arşivlendi.
  13. "Genelkurmay, Kazım Karabekir'i tarihten bugüne taşırken" Arxivləşdirilib 2014-05-29 at the Wayback Machine. Haber7.com. 31 Ocak 2010. 15 Nisan 2016 tarihinde kaynağından Arxivləşdirilib 2014-05-29 at the Wayback Machine arşivlendi.
  14. İpek, Turgay (10 Ağustos 2012). "Derbi öncesi sürpriz karar" Arxivləşdirilib 2013-04-18 at Archive.today. Doğan Haber Ajansı. Erzurum: Milliyet. Erişim tarihi: 22 Ağustos 2013.
  15. 1 2 "Kazım Karabekir - Istiklal Harbimiz PDF". 2022-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-29.
  16. 1 2 3 4 "I. Dünya Savaşı Sonunda Nahçıvan'da Yapılan Millî Mücadele ve Bugünkü Nahçıvan'ın Statüsünün Oluşumu". 2018-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-29.
  17. 1 2 "Arxivlənmiş surət". 2018-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-29.
  18. Kazım Qarabəkir Paşa məscidi (Türk məscidi) [ölü keçid]
  19. "Naxçıvan məscidləri I hissə". 2021-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-29.
  20. Karabekir, Kâzım. İttihat ve Terakki Cemiyeti: neden kuruldu, nasıl kuruldu, nasıl idare olundu (türk). TÜRDAV. 1982-01-01. 2024-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-27.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!