İndiki dövrdə Axısqa türkləri İkinci Dünya müharibəsi zamanı məcburi deportasiyalara görə keçmiş Sovet İttifaqının hər yerində (həmçinin Türkiyə və ABŞ-də) geniş yayılmışdır. O zaman Sovet İttifaqı Türkiyəyə qarşı təzyiq kampaniyası başlatmağa hazırlaşırdı və İosif Stalin Mesxetiyada sovet niyyətlərinə düşmən ola biləcək strateji türk əhalisini təmizləmək istəyirdi.[8] 1944-cü ildə Axısqa türkləri Türkiyə sərhədindən türkiyəlilər ilə əməkdaşlıq edərək qaçaqmalçılıq, quldurluq və casusluqda ittiham olunurdular. 1944-cü ildə İosif Stalin tərəfindən Gürcüstandan qovulmuş Axısqa türkləri deportasiyadan əvvəl və sonra diskriminasiya, insan hüquqlarının pozuntuları ilə üzləşmişlər.[9] Təxminən 115,000 Axısqa türkü Mərkəzi Asiyaya deportasiya edilmişdir. Sonradan Gürcüstanın repatriasiyasına icazə vermədiyi üçün yalnız bir neçə yüz nəfər Gürcüstana qayıda bilmişdir. 1990-cı ildə Ukraynaya köçənlər mövsümi işçilərin məskunlaşdığı gecəqondularda yaşayırlar.[9]
Axısqa türklərinin əksəriyyəti özlərini Osmanlı köçkünlərinin nəslindən olduqlarını bildirirlər.[11]Gürcüstanameylli tarixşünaslıq ənənəvi olaraq türk dilininQars dialektində danışan və sünniislamınhənəfi məzhəbinə mənsub olan Axısqa türklərinin sadəcə olaraq XVI əsr və 1829-cu ildə Samtsxe-Cavaxeti regionu Osmanlı imperiyasının hakimiyyəti altında olduğu dövrdə türkləşmişmesxetiyalılar (gürcülərin etnoqrafik alt qrupu) olduğunu iddia etmişdir. Gürcüstan tarixçilərinin nəzəriyyəsi Axısqa türklərinin genetik olaraq gürcülərlə yaxın qohum olması faktı ilə dəstəklənir.[12][13]
Antropoloq Ketrin Tomlinson 1944-cü ildə Axısqa türklərinin deportasiyası ilə bağlı sovet sənədlərində icmanın sadəcə olaraq "türklər" adlandırıldığına diqqət çəkmişdir. Bunun səbəbi islam dininə inandıqlarına görədir, çünki, təkcə onlar yox, Gürcüstanın hər bir müsəlmanı türk adlandırılırdı və onlar Özbəkistandan ikinci dəfə deportasiya olunandan sonra "Mesxeti türkləri" termini icad edilmişdir.[14] Ronald Viksmanın sözlərinə görə, "mesxetili" termini yalnız 1950-ci illərin sonlarında istifadəyə verilmişdir.[15] Həqiqətən də Axısqa türklərinin əksəriyyəti özlərini sadəcə olaraq "türk" və ya regiona istinad edərək "Axısqa türkləri" adlandırırlar. Axısqalılar bəzən orta əsrlərdə Gürcüstanda yaşamış kuman-qıpçaqlarının onların mümkün əcdadlarından biri olduğunu iddia edirlər.[16]
31 iyul 1944-cü ildə SSRİ Dövlət Müdafiə Komitəsinin "№ 6279" qərarı ilə (14 noyabr 1944-cü ildə icra edildi) 90 538 Axısqa türkü məcburi şəkildə Gürcüstandan Qazaxıstan (40 min nəfər), Özbəkistan (30 min nəfər) və Qırğızıstanın (20 min nəfərdən çox) çöllərinə köçürülmüşdür.[20][21]
1989-cu ildə Özbəkistanda məskunlaşan Axısqa türkləri ilə yerli özbəklər arasında iğtişaşlar baş tutmuşdur.[22] Həddindən artıq əhalisi olan Fərqanə vadisində özbəklərlə sərvətlər uğrunda yarışan axısqalılara qarşı milliyətçi narazılıqlar qaynayırdı. Yüzlərlə Axıska türkü öldürülmüş və ya yaralanmış, 1,000-ə yaxın mülk məhv edilmiş və minlərlə Axıska türkü sürgünə qaçmışdır.[22] Axıska türklərinin əksəriyyəti, təxminən 70,000 nəfəri Azərbaycana, qalan hissəsi isə Rusiyanın müxtəlif regionlarına (xüsusən Krasnodar diyarı), Qazaxıstan, Qırğızıstan[22][23] və Ukraynaya getmişdir.
Rusiyalı jurnalist Viktoriya İvleva Xocalı sakinlərinin, o cümlədən qadınların və uşaqların meyitləri ilə səpələnmiş küçələrin fotolarını çəkmişdir.[25] O, erməni silahlıları tərəfindən əsir götürülən Xocalıdan olan Axısqa türklərini təsvir etmişdir. İvleva biri yaralı, digəri isə yeni doğulmuş 4 uşaqla izdihamın arxasına düşən Axısqa türkü qadına kömək edən zaman onu əsirlərdən biri ilə səhv salan erməni əsgəri tərəfindən vurulmuşdur.[26]
Diaspor
1999-cu idə aparılmış siyahıya almaya əsasən Azərbaycanda 43.454 nəfər[27][28] , eyni ildə aparılmış siyahıya almaya əsasən isə Qırğızıstanda 33.327 nəfər[29] , Qazaxıstanda 2.761 nəfər[30] Axısqa türkü yaşayır.
2002-ci ildə aparılmış siyahıya almaya əsasən Rusiya Federasiyasında 3.257 nəfər[31][32] , Ukraynada 2001-ci ildə aparılmış siyahıya almaya əsasən isə 336 nəfər[33] Axısqa türkü yaşayır .