Hazırda 12 məktəbdə saxur dilində dərslər keçirilir. Həmin məktəblərdə ümumilikdə 105 sinif var və 2500-ə yaxın şagird təhsil alır.
Saxurların yaşadığı ərazi Şəki-Zaqatala iqtisadi rayonuna daxildir. Son onillikdə orta illik əhali artımı 1,5 % olmuşdur ki, bu da orta respublika səviyyəsindən azdır.
Saxur mətbəxi müxtəlif yeməklərlə zəngindir. Xəmir xörəkləri isə onların ən çox sevdikləri yeməklərdən sayılır. Saxurların mətbəxində bir çox yemək növləri qaxalca hazırlanır. Bundan başqa, onların mətbəxində "sürhüllü", "xikeyi", "xingili" adlı yemək növləri də məşhurdur. Saxur mətbəxinin şah yeməyi sürhüllüdür. Sürhüllü əsasən qaxac ətlə hazırlanır. Lakin toyuq əti və təzə ətlə də hazırlanır. Daha sonra "tələ", "qomba", "cint", "bircəh" də saxur mətbəxinə aiddir.[11]
Tarixi
Saxurlara Qafqazın aborigen etnosudur. Saxurlar Qafqaz Albaniyasının 26 tayfasından biridir. Onlar Alban tayfalarından olan "çiqbi" tayfasına uyğun gəlir.[12] Özlərini "yıxiy" adlandırırlar. "Yıxiy" sözünün etimaloji mənası "dağlı" deməkdir. Alban tayfalarının tərkibi barədə məlumat verən Strabondan başlayaraq müasir tədqiqatçılara kimi hamı bu fikirdədir. Hətta Qəmərşah Cavadovanın konkret misallar əsasında yazdığı kimi "saxurların Qafqazın qədim xalqlarından olmasını qədim gürcü və erməni mənbələri də təsdiq edir."[13]
Ulu tarixçi Strabon öz məşhur "Coğrafiya"-sında Alban ərazisindəkiQanıx çayı barədə bilgi verir və "xьan" adının saxur dilindəki su (çay) sözündən yarandığını söyləyir.[12][14] Strabonun məlumatına əsaslanan Q. Qeybullayev "Azərbaycanlıların etnogenizminə dair" adlı kitabında (Bakı 1991) belə bir qənaətə gəlir ki, "saxurların əcdadı Alazan (Qanıx) çayının, adı onların dilində olan qolunun (yəni Qanıxın) vadisində yaşayırdılar".[14]
Tədqiqatçı Elvira Lətifova yazır ki, saxurların hər hansı dövrdə Qafqaz Albaniyasının şimal-qərb ərazisinə kütləvi köçü, yaxud basqını haqqında heç bir mənbə yoxdur.[15] Bu da, saxurların həmin ərazilərdə daha öncədən yaşamasını göstərir.