Əhməd İsayev

Əhməd İsayev
Əhməd Məmməd oğlu İsayev
Doğum tarixi 30 avqust 1940(1940-08-30)
Doğum yeri
Vəfat tarixi 26 dekabr 2021(2021-12-26) (81 yaşında)
Vəfat yeri
Milliyyəti saxur
Fəaliyyəti yazıçı, jurnalist
Mükafatları "Tərəqqi" medalı

İsayev Əhməd Məmməd oğlu (30 avqust 1940, Suvagil, Zaqatala rayonu26 dekabr 2021, Zaqatala) — yazıçı-publisist, 1964-cü ildən Azərbaycan Jurnalistlər İttifaqının, 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar jurnalisti (1987), "Qızıl qələm" (1974), "Ustad" ali jurnalistika (1995), "Həsən bəy Zərdabi" (1996) və "Araz" (1999) ali ədəbi mükafatları laureatı, 2003-cü ildən AKTA-nın fəxri doktoru, 1992-ci ildən "Gəncə və gəncəlilər" Xeyriyyə Cəmiyyətinin sədri.

Həyatı

Əhməd İsayev 30 avqust 1940-cı ildə Zaqatala rayonunun Suvagil kəndində anadan olub. Orta məktəbi bitirən kimi təsərrüfatda əmək fəaliyyətinə başlayıb. Suvagil kənd klubunda müdir işləyib. 1959–1965-ci illərdə Azərbaycan Dövlət Universitetində əvvəl qiyabi, sonra əyani oxuyub. Hələ tələbə ikən – 1963-cü ildən "Kommunist" qəzeti redaksiyasında işə başlayıb: kiçik ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri olub. 1970–1990-cı illərdə Gəncə-Qazax bölgəsi üzrə xüsusi müxbir vəzifəsində çalışıb. 1990–1991-ci illərdə "Respublika" qəzetinin təşkilatçısı və ilk baş redaktoru olub. Bir müddət "Həyat" və "Səhər" qəzetlərində işləyib. 1995-ci ildən "Azərbaycan" qəzetinin bölgə müxbiridir.

1957-ci ildən mətbuatda çıxış edir. Tarixi mövzulara, sənədli publisistikaya daha çox üstünlük verir. İki minədək qəzet və jurnal məqaləsinin, otuzdan çox kitabın müəllifidir. Jurnalist axtarışlarına əsasən 1985-ci ildə Leninqrad Sənədli Filmlər Studiyasında "Cəbhədən məktublar" adlı qısametrajlı film çəkilib, "Boş barılar" pyesi (1988) Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub.

Hökumət nümayəndə heyəti və jurnalist qrupları ilə Türkiyədə (1974, 1992), Yunanıstanda (1977), Fransada (1985), Bolqarıstanda (1987), İngiltərədə (1994) olub. İtaliyada (1981) "Unita" qəzetinin festivalında və Misirdə (1995) beynəlxalq informatika kurslarında Azərbaycanı təmsil edib. 1999-cu ildə Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gedib.

Nailiyyətlər

Dəfələrlə yaradıcılıq müsabiqələrinin qalibi olub. 1986-cı ildə ona SSRİ Jurnalistlər İttifaqı tərəfindən "İlin ən yaxşı jurnalisti" adı verilib. Moskvada çıxan "Jurnalist" jurnalının üç dəfə (1977, 1981, 1982) xüsusi diplomunu alıb. Respublika Ziyalılar Cəmiyyəti İdarə heyətinin qərarı ilə (1999) "XX əsrin fəxri ziyalısı" diplomu, Qafqaz-Mediya ictimai birliyi tərəfindən "Peşəkar jurnalist" (2008) mükafatı verilib. 1970-ci ildə "Rəşadətli əməyə görə" və 2005-ci ildə isə "Tərəqqi" medalı ilə təltif edilib.

"Azərbaycan Respublikasının ictimai və mədəni həyatındakı böyük xidmətlərə görə" Azərbaycan prezidenti İlham Əliyevin 11 dekabr 2006-cı il tarixli sərəncamı ilə ölkə prezidentinin fərdi təqaüdünə layiq görülüb. Dəfələrlə Azərbaycan jurnalistlərinin, 1982-ci ildə isə SSRİ Jurnalistlər İttifaqının beşinci qurultayının nümayəndəsi olub. On altı il dalbadal Azərbaycan Jurnalistlər İttifaqının idarə heyətinə üzv seçilib.

Əsərləri

  1. Yeniliyin sorağında. 1967
  2. Biz yanmasaq. 1971
  3. Dağlar da baş əyir. 1979
  4. Göyərçin pərvazlanır. 1980
  5. Sevgi saxladı bizi. 1982
  6. Nə yaxşı ki, sən varsan. 1983
  7. Эхо дальных боев. 1985
  8. Bir bulaq çağlayırdı. 1987
  9. Üsyan. 1989
  10. Gəncədən ucalan yol. 1992
  11. Əli bulağı. 1996
  12. Səni kim unudar? 1999
  13. Nigaran qalma ana. 2001
  14. El ağsaqqalı. 2003
  15. Vaxtsız sönən üç ulduz. 2004
  16. İlisu Sultanı Daniyal bəy. 2005
  17. Gəncə şəhidləri. 2006
  18. Gəncə və gəncəlilər. 1991, 1998, 2002, 2008
  19. Saxurların gözü Suvagil. 2008

İstinadlar

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!