Azərbaycan ləzgiləri[1][2][3] (ləzg. Azerbayjandin lezgiyar[4]) və ya Quba ləzgiləri[5] (ləzg. Qubapatan lezgiyar) — tarixən Azərbaycanın bəzi şimal bölgələrində yaşayan ləzgi etnik qrupunun bir hissəsi[6]. Say baxımından onlar ikinci (türklərdən sonra) millətdir və ölkənin ən böyük milli azlığıdır. Əksəriyyəti üçün ana dili ləzgi, nisbətən az qismi üçün isə Azərbaycan və rus dilləridir.
1897-ci ildə Rusiya imperiyasında aparılan əhalinin siyahıyaalması zamanı Azərbaycan ərazisində ləzgi dilində danışan əhalinin sayı 63.700 nəfər olmuşdu, bu da ümumi əhalinin 3,5%-ni təşkil edirdi.[7] 1905-1907-ci illərdə erməni quldur dəstələrinin Azərbaycan xalqına qarşı törətdiyi qırğınlar zamanı ən çox itkiyə məruz qalan etnik qruplardan biri də ləzgilər olublar.[8]
2Şin və Şorsu kəndlərində (Şəki rayonu) yaşayırlar 5Yığcam şəkildə Güllük, Gülüzanbinə, Qapıçay, Məlikzadə və Şambulbinə kəndlərində (Balakən rayonu) yaşayırlar 6Sərək kəndində (Astara rayonu) yaşayırlar 7Əsasən Lənkəran rayonunda yaşayırlar