1914-cü ilin noyabr ayında Azap və Köprüköyə hücum edən rus qoşunlarını məğlub edən III Ordunun komandanı Həsən İzzət paşa, rus ordusunu təqib etmək yerinə öz ordusunu 15 km geriyə çəkmişdi.
Şərqi qorumaqla vəzifələndirilən ordu III Ordu idi. Bu planı isə III Ordunun IX, X və XI Ordu korpusları və II Süvari tüməni tədbiq etməli idi. III Ordunun qərərgahı və IX Ordu korpusu Ərzurum qalasında, XI Ordu korpusu Elazığ qalasında bə X Ordu korpusu Sivasda yerləşmişdi.
III Ordu
IX Ordu korpusu - Əhməd Fevzi paşa
X Ordu korpusu - polkovnik Hafiz Haqqı paşa
XI Ordu korpusu - Əbdül Kərim paşa
II Süvari tüməni
III Ordunun ümumi gücünün 125.000 nəfər olduğu deyilsə də, bu saya döyüşçü olmayan nəqliyat birlikləri, anbar alayı, hərbi polis də daxil idi. Osmanlı imperiyasının döyüşən heyətinin 75.000 nəfər olduğu düşünülür. Bu hərbi heyətə 72 pulemyot vı 218 ədəd top dəstək verməkdə idi. Rus ordusunun sayı Osmanlı ordusunun sayından az olsa da, aöır silah, topşu və təminat baxımından mütləq üstünlüyə sahib idi. Rus qoşununa 4 ədəd erməni könüllü taborlarından 2-si d də daxil idi. Digər iki tabor isə İran cəbhəsində vuruşmaqda idi.
Tarix
Döyüşdən sonra
Sarıqamışdakı rus ordu generalı Pietroviç xatirələrində bu mənzərədən dəhşətə gəldiyini yazırdı. Tədqiqatçılar yazır ki, rus generalının son illər üzə çıxarılan məktub və xatirələri tük ürpədir, ürək göynədir. Pietroviç Moskvaya göndərdiyi teleqramda yazıb: "Onları təslim ala bilmədim, çünki əsir alınası heç kimsə yoxdur. Onlar bizdən əvvəl öz Allahlarına təslim olmuşdular". Sarıqamışı azad edəcək ordu komandanı Hafiz Hakkı paşa da Ənvər paşaya göndərdiyi teleqramda yazırdı: "Bitti, paşam, ordumuzun küllisi mahvoldu".
Nəticə
Tarixin Sarıqamış uğursuzluğundan sonra Türkiyənin şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi isə ermənilərin hücumuna məruz qaldı. 1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə Trabzon, mayda Xoy və Dilman, iyunda Ərzincan, avqustda isə erməni terrorçu dəstələri tərəfindən işğal edildi. Ruslara arxalanan ermənilər kürd-müsəlman kəndlərinə hücum edərək əhalini qılıncdan keçirdilər.
Sarıqamış məğlubiyyəti Türkiyə ilə bərabər Azərbaycanın da məğlubiyyətinə səbəb oldu. Bu uğursuzluqdan güclənən erməni terrorçuları Azərbaycana üz tutdular, buranı kənd-kənd, oba-oba yandırıb külə döndərdilər. Ən dəhşətlisi isə budur ki, Anadolunun şərqində Ermənistan dövləti yaratdılar.
Sarıqamış savaşında əsir götürülən minlərlə türk əsgərini Rusiya Cənubi Qafqaza gətirərək o vaxt "cəhənnəm adası" adlandırılan Nargində yerləşdirdi.
↑Allen W. E. D., Muratoff P. Caucasian Battlefields: A History of the Wars on the Turco-Caucasian Border 1828–1921. Cambridge University Press. 2011. P. 284
↑Joshua A. Sanborn. Imperial Apocalypse: The Great War and the Destruction of the Russian Empire. Oxford University Press. 2014. P. 88