Sen-Jermen sülh müqaviləsi (1919)

San-Jermen sülh müqaviləsi

Sen-Jermen müqaviləsi - I dünya müharibəsinin yekunlarına dair Paris sülh konfransının gedişində Antanta ölkələri ilə Avstriya arasında imzalanmış sülh müqaviləsi.

Haqqında

Avstriya-Macarıstanın hər iki hissəsi ilə aparılan sülh danışıqları onların hər biri ilə ayrı-ayrılıqda müqavilələrin imzalanması ilə nəticələndi.Bu sülh müqaviləsi hazırlanarkən ən mübahisəli məsələ Balkan yarımadası və və Dunay hövzəsi idi. Bu müqaviləyə əsasən Avstriya öz tərkibində olan malikanələrin hamısından əl çəkirdi. Avstriya ilə razılaşma 1919-cu il 10 sentyabrda Paris ətrafındakı Sen-Jermendə imzalandı. Bu razılaşmaya əsasən Avstriya Cənubi Tirolu və İstriyanı, Yuliyevsk-Kraynı,triyest əraziləri İtaliyaya verirdi. Avstriya ərazilərinin böyük hissəsi yeni qurulan üç dövlət - Çexoslovakiya, Polşa və Serb, Xorvat, Sloven Krallığı (sonralar Yuqoslaviya) arasında bölüşdürüldü. Sloveniya, Dolmasiya, Bosniya və Herseqovina Serb, Xorvat, Sloven Krallığına verldi.

Avstriya Çexoslovakiyanın müstəqilliyini tanıyır. Çexoslovakiyaya verilən ərazilərdə əsasən avstriyalılar məskunlaşmışdı. Ümumilikdə, xüsusilə, Sudet vilayətində yaşayan əhali də daxil olmaqla Çexoslovakiya ərazində 3 milyondan çox alman dilli əhali oldu. Çexiya, eləcə də, keçmiş Avstriya əyalətləri olan Bogemiya və Moraviyaya bütünlüklə, Sileziyaya isə qismən sahib çıxdı.

Avstriyaya gələcəkdə Almaniya ilə birləşmək (anşülüs) qadağan olundu. Sen-Jermen müqaviləsinin 88-ci bəndi nə vaxtsa anşlüsün mümkünlüyünü istisna edirdi.

Avstriya ordusunun sayı 30 min nəfər əsgərlə məhdudlaşdırıldı. O, Adriatik dənizində və Dunay çayında donanma saxlamaq hüququndan məhrum edilirdi. Bundan başqa, Avstriya Respublikasına ağır silahlar və aviasiya saxlamaq qadağan olundu, dəniz və Dunay donanması onun əlindən alınıb müttəfiqlərə verildi.

Avstriya I Dünya müharibəsinə görə cavabdeh sayılsa da, dəyən ziyanın dəqiq həcmini ölçmək mümkün olmadığına görə o təzminat ödəməkdən faktiki azad edildi. 1922-ci ildə isə Avstriyanın təzminat ödəməsi məsələsi birdəfəlik təxirə salındı.

Bu müqavilədən sonra Avstriya əhalisinin sayı 6 420 000 nəfər, ərazisi əsasən dağlıq olan kiçik dövlətə çevrildi. Ölkə əhalisinin 1/3-i Avstriya paytaxtı Vyanada yaşayırdı.

Mənbə

  • S.Mustafayeva. Avropa və Amerika ölkələrinin ən yeni tarixi. I hissə. Bakı,2010
  • Киган Д. Первая мировая война. — Москва., 2004

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!