Hacı Baxşı məscidi

Hacı Baxşı məscidi
Şah Abbas məscidi
Məscidin əsas fasadının görünüşü
Xəritə
40°35′14″ şm. e. 49°59′39″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Nardaran
Memar Usta Murad Əli
Tikilmə tarixi 1663
İstinad nöm.134
KateqoriyaMəscid
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Hacı Baxşı məscidi (Bakı)
Hacı Baxşı məscidi
Məscid binasının planı

Hacı Baxşı məscidi və ya Şah Abbas məscidiBakının Nardaran qəsəbəsində yerləşən XVII əsrə aid tarixi məsciddir.

Tarixi

Daş üzərində yonulmuş və binanın fasadına yerləşdirilmiş kitabədə məscidin inşa tarixi və inşaatçıların adı göstərilmişdir. İki sətirlik kitabə bəzi fars söz və formaları istifadə edilməklə ərəb dilində yazılmışdır:

" İnşaatın rəhbəri (və ya bu tikilinin inşa işlərinə rəhbərlik edən) Baxş-Əli oğlu Mirzə Məhəmməd. İl üç və yetmiş və min (hicri 1073). Memar ustad Murad Əlinin işi. [1] "

Kitabəyə əsasən abidə miladi təqvimlə 1662-1663-cü illərdə ustad rütbəsinə malik memar Murad Əli tərəfindən inşa edilmişdir. Kitabədə inşaat işlərinə rəbərlik edən – sərkar vəzifəli şəxsin adının da qeyd edilməsi diqqət çəkən məqamdır.[1] Sərkar termini Azərbaycan ərazisində bir neçə başqa kitabələrdə də qeyd olunsa da, Hacı Baxşı məscidinin kitabəsinin tədqiq olunmasına kimi başqa mütəxəssis rütbələri ilə bir yerdə işlədilməmişdi.[2] Məhz Hacı Baxşı məscidinin kitabəsi “sərkar” terminin mənasını müəyyənləşdirməyə imkan vermişdir: sərkarlar tikinti işlərinə ümumi başçılıq edərək maddi təminatın hazırlanması və təşkilatçılıq funksiyasını həyata keçirirdilər.[3]

Memarlıq xüsusiyyətləri

Mənbə[1]

Hacı Baxşı məscidi Abşeronun dini tikililəri arasında xaraketrik memarlıq xüsusiyyətləri ilə diqqət cəlb edir. Planda məscid iki əsas hissədən ibarətdir: mərkəzində dörd sütun olan kvadrat formalı ibadət zalı və ona birləşən giriş poratl nişi.

Planda xüsusi qeyd edilmiş mərkəzi kvadrat, həcm baxımından həm də günbəz örtüyü ilə vurğulanmışdır. Binanın digər otaqları tağvari tavan örtüyünə malikdir. Əsas girişdən başqa, şərq divarında yerləşən daha kiçik ikinci giriş qapısı da inşa edilmişdir.

Girişin yerləşdirilməsi və əsas zalın günbəzli dam örtüyünün saxlanmasının həlli Hacı Baxşı məscidini Abşeronun digər məscidlərindən fərqləndirir. Mərdəkan (XV əsr) və Keşlə (XVII əsr) məscidləri kimi Nardaran məscidinin kvadrat formalı planı da, şimal tərəfdən giriş yerinin əlavə edilməsi hesabına genişləndirilmişdir. Bunun nəticəsində bina şimaldan cənuba doğru uzadılmış kimi görünür.

Günbəzin dəstəklərini nazik sütunlar şəklində həll edən memarın cəsarəti təəccüb doğurur. Lakin, sütunları onlar arasında inşa edilmiş tağlar vasitəsiylə birləşdirmək və günbəzi aşağıdan dəstəkləyən tağlar sistemi yaratmaqla, memar, etibarlı konstruktiv sistem yaratmağa nail olmuşdur.

Yuxarıda qeyd edilmiş uzadılmış plan forması, bu tipli Abşeron məscidləri ilə müqayisədə Hacı Baxşı məscidininin fasadına da yeni element əlavə edilməsinə imkan vermişdir: binanın ümumi həcminə münasibətdə günbəz əsas fasadda asimmetrik mövqedə yerləşdirilmişdir. Məsacidin fasadları yaxşı yonulmuş yerli aqlay daşı ilə üzlənmişdir.

İstinadlar

  1. 1 2 3 Саламзаде, 1964. səh. 30
  2. Саламзаде, 1964. səh. 31
  3. Л. С. Бретаницкий, А. В. Саламзаде. Зодчие и мастера архитектурного декора средневекового Азербайджана (Изв. Азерб. ССР, 1954 , № 10). (#accessdate_missing_url)

Ədəbiyyat

  • Саламзаде, А. Архитектура Азербайджана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!