Köçərli məscidi 8 may 1992-ci ildə Şuşanın işğalından bəri erməni qüvvələrinin nəzarəti altında olan paytaxt Bakıdan təqribən 350 km məsafədə, AzərbaycanınQarabağ bölgəsi Şuşada yerləşən bir azərbaycanlı məscidi olmuşdur. Məscid Şuşanın Köçərli məhəlləsinin 20 Yanvar küçəsində yerləşirdi. Köçərli məhəlləsi Şuşanın 9 aşağı məhəlləsindən biridir. Ümumilikdə 17 məhəllə var. Köçərli məscidi 19-cu əsrin sonlarında Şuşada fəaliyyət göstərən on yeddi məsciddən biridir. Mardinli məscidi Şuşa Dövlət Tarix-Memarlıq QoruğununÜmumdünya İrs Saytında yerləşir. XIX əsrin memarlıq abidəsidir. Şuşa şəhərinin 1992-ci ilin may ayının 08-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində Məscid yandırılmışdır. Hazırda məscid dağıdılmışdır və ümumiyyətlə yer üzündən silinmək təhlükəsindədir.