Malıbəyli hamamı — Malıbəyli kəndinin şimal-şərqində yaşı 300 ili çoxdan adlamış Səfəvi dövründən qalan səkkizguşəli, çatma tağlı, iki günbəzdən və su hovuzundan ibarət olan hamam tikilisidir.[1]
Hamamın ayrıca kanalizasiya xətti, isti və soyuq suyu vardı. Bu hamam tikilisi Şərq memarlığı üslubunda inşa edilmiş, sal daşlardan - dağ və çaylaq daşlarından tikilmişdir. Qədim memarlıq sənətinin milli xüsusiyyətlərini özündə əks etdirən və qoruyub saxlayan Malıbəyli hamamından 1960-cı ilə qədər istifadədə olmuşdur.[2] Yerli əhalinin dediklərinə görə, hamamda həftənin cümə günlərində qadınlar, qalan günlərində isə kişilər çimərdilər. Hətta, indiki Xankəndində və vaxtilə onun yaxınlığında mövcud olmuş yaşayış məntəqələrindən, eləcə də, Xanbağından və qonşu Quşçular kəndindən olan adamlar bu hamama gəlib burada çimərmişlər.[2]
Əsl mənada gözəl istirahət guşələri olan Şuşa hamamları Azərbaycanda bu sahədə olan memarlıq ənənələri əsasmda tikilmişdi. Onların əksəriyyəti 5 hissədən - «tulanbar» adlandırılan qızdırılan yerdən, yuyunma və kisələnmə otaqlarından, ilıq su hovuzundan və daş arakəsmələrlə ayrılan soyunub-geyinmə otaqlarından ibarət olurdu.[3]
Həmçinin bax
İstinadlar
|
---|
Şuşa qalası | |
---|
Meydan və məhəllələr | |
---|
Küçələr | |
---|
Saraylar və malikanələr | |
---|
Karvansaralar | |
---|
Məbədlər | |
---|
Hamamlar | |
---|
Bulaqlar | |
---|
Muzeylər | |
---|
Heykəllər | |
---|
Digər | |
---|