Saatlı məscidi — Şuşa şəhərinin Saatlı məhəlləsində yerləşən tarixi məsciddir. Məcid 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında Pənah Əli xanın 1759-cu ildə Şuşada tikdirdiyi məscid və mədrəsənin yerində tikilib. Abidə memarın son əsərlərindən biri hesab edilir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Saatlı məscidini Şuşanın digər məhəllə məscidlərindən fərqləndirən əsas xüsusiyyət onun minarəyə malik olmasıdır.[2]
Məscidin inşa ediliyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olmuşdur.[5]
1980-ci illərdə məsciddə restavrasiya işləri aparılmışdır. Məscidin interyerlərinin işlənməsində qabartma və yapma bəzəklərdən bol istifadə olunmuşdurŞuşanın işğalından sonra məscid xarabalığa çevirilmiş, onun zəngin interyerləri tamamilə, minarəsi isə qismən dağıdılmışdır. Araşdırmalara görə, Saatlı məscidinin yerində 1759-cu ildə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi məscid və mədrəsə olub, məhz bu mədrəsədə böyük Azərbaycan şairi Molla Pənah Vaqif dərs deyib.
Saatlı məscidində sonuncu dəfə XX əsrin 80-ci illərində təmir-bərpa işləri aparılıb. 1992-ci il mayın 8-də Şuşanın Ermənistan Silahlı Qüvvələrinin nəzarətində keçməsindən sonra Saatlı məscidi talan edilmiş, minarəsi dağıdılmışdı.[6] 2020-ci ildə Şuşanın azad edilməsindən sonra, 2021-2023-cü illərdə məsciddə əsaslı bərpa işlər aparılıb, 2023-cü ildə Azərbaycan Prezidentiİlham Əliyevin iştirakı ilə məscidin əsaslı bərpa işlərindən sonra açılışı baş tutmuşdur.[1]
Memarlıq xüsusiyyətləri
Məscidin minarələrinin ümumi quruluşu Yuxarı Gövhərağa və Ağdam cümə məscidinin minarələrinə bənzəyir. Şuşanın məhəllə məscidləri sırasında kompozisiya həllinə və xüsusilə minarəsinin olması ilə seçilən Saatlı məscidi Kərbəlayı Səfixanın Qarabağda tikdiyi minarəli məscidlərin sonuncusu hesab olunur. Şuşanın düz fasadlı məcidlərindən olan Saatlı məscidi əsas fasadında assimetrik girişə malikdir.[7]
Saatlı məscidini Şuşanın digər məhəllə məscidlərindən fərqləndirən əsas xüsusiyyət onun minarəyə malik olmasıdır. Belə ki, şəhərdəki bu tipli digər məscidlərin damında müəzzin üçün kiçik köşk yerləşdirilsə də, Saatlı məscidi üçün rəngarəng kərpiclərdən istifadə ilə zəngin naxışlarla bəzədilmiş minarə inşa edilmişdir.[4]
Aşağı və Yuxarı Gövhər ağa məscidlərindən fərqli olaraq Saatlı məscidinin minarəsi məscid binası ilə birləşik deyil və minarəyə giriş məscidin daxilindən yox həyətindən həyata keçirilir.[4] Saatlı məscidinin Divanxana meydanından effektiv görünən, ifadəli rəngarəng vertikalı ilə özünəməxsus kompozisiya silueti yaradan minarəsi yerləşdiyi küçənin memarlıq ansamblında tamamlayıcı rol oynayır.[4] Minarənin üstü çadır formalı gümbəzlə tamamlanır.[4] Məscidin interyerlərinin işlənməsində qabartma və yapma bəzəklərdən bol istifadə olunmuşdur.[4]
Məscidin interyer həlli bədii kamillik nümunəsi də hesab oluna bilər. Tavana dayaq olan dörd səkkizbucaqlı daş sütunlara sahib olan ibadət zalı üçnefli məkana malikdir. Bunun nəticəsində zalda sanki sonsuz sayda tağ keçidlər yaranır. Divarların səthi həndəsi fiqurlar və nəbati naxışlarla tərtib olunub. Məscidin tək minarəsi binanın arxa tərəfində inşa olunub. Belə güman edilir ki, minarə məscidlə eyni vaxtda deyil, bir qədər sonrakı illərdə ucaldılıb.[8]Şuşanın düz fasadlı məcidlərindən olan Saatlı məscidi əsas fasadında assimetrik girişə malikdir. Saatlı məscidini Şuşanın digər məhəllə məscidlərindən fərqləndirən əsas xüsusiyyət onun minarəyə malik olmasıdır. Saatlı məscidi üçün rəngarəng kərpiclərdən istifadə ilə zəngin naxışlarla bəzədilmiş minarə inşa edilmişdir.[9]
↑Саламзаде, А. В. Проблемы сохранения и реконструкции исторических городов Азербайджана. Баку: Элм. 1979. səh. 37.
Архитектурно-композиционная трактовка главных фасадов мечетей Шуши в основном включает два типа: объемно-пространственный и плоскостной. Объемно-пространственный тип представлен эйваном с широкими арками разнообразных очертаний, составляющим органическое целое с молитвенным залом. В пример можно привести мечети кварталов Мердинли, Гуюлуг, Ходжа Мирджанлы, Кечарли. Второй тип — плоское решение фасада с асимметричным входом. Например, мечети Чёл гала, Сеидли, Джульфалар, Саатлы, Мамаи.