Səlim məscidi və ya Möhsin Səlim məscidi — Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsində yerləşən tarixi-memarlıq abidəsi.
Tarixi
Möhsin Səlimov ad və soyadlı şəxs (Əmircanın neft milyonçuları olan Səlimovlar ailəsinin üzvü) Zabrat qəsəbəsində yerləşən Xanım Zeynəb məscidini yenidən bərpa etmək istəyir. Lakin Zabrat camaatı bildirir ki, işi dayandırsın və onlar özləri məscidi abadlaşdıracaqlar. Bu hadisədən sonra Möhsin Səlimov 1916-cı ildə eynilə həmin məscidin layihəsi əsasında Binə kəndində indi Möhsin Səlim adlanan məscidi inşa etdirir. Sovet hakimiyyəti dövründə məscidin fəaliyyəti dayandırılır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da yararsız olduğundan uzun müddət fəaliyyət göstərmir. Yenidən əhalinin istifadəsi üçün Heydər Əliyev Fondu 2006-ci ildə məscidi əsaslı bərpa etmişdir[1].
Məsciddə dövlət qeydiyyatından keçmiş icma fəaliyyət göstərir[2]
İstinadlar