Burçunlu məscidi

Burçunlu məscidiNaxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kəndinin Burçunlu məhəlləsində tarixi-memarlıq abidəsi.

Məscid kəndin cənub tərəfindədir. Girişi cənubdandır. Məscidin cənub tərəfdəki çatma tağlı qapısından kiçik otağa, oradan şərq divardakı qapı ilə böyük salona giriş qapısı vardır. Uzunluğu 9,5 m, eni 9,6 m, hündürlüyü 4,2 m, divarın qalınlığı 1,2 metrdir. Tavan 2x2=4 sütun üstə oturub. Şimal divarın önündə qadınların oturması üçün 2 mərtəbəli balkon düzəldilib. Sütun başlıqları gözəl düzəldilib. Memarlıq abidəsini konstruktiv quruluşuna görə XVII əsrə aid etmək olar.

Mənbə

  • Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 49.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!