Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir.
Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz.
Azərbaycan xalq qəhrəmanı Koroğlunun Bakı şəhərində abidəsi — ucaldılması nəzərdə tutulan heykəl kompleksi. Müvafiq sərəncam 3 dekabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanıb.
2010-cu il yanvarın 21-də İlham Əliyev heykəltaraş Tokay Məmmədovun emalatxanasına baş çəkərək heykəlin maketi ilə tanış olub. Maket Bakı Şəhər İcra Hakimiyyətinə də təqdim olunub.
T. Məmmədov xalq dastanımızın qəhrəmanı Koroğlunun obrazı üzərində on ildən çox işləyib. O, görkəmli, baxımlı, dinamik formada olmaqla bərabər, xalq qəhrəmanımızın milli koloritini tərənnüm etməli, həmçinin at belindəki qəhrəman əsl cəngavər, sərkərdə, bahadur təsviri bağışlamalıdır.
24 dekabr 2010-cu ildə Prezident İlham Əliyev Bakıda xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat məbləğində vəsait ayrılması haqda sərəncam imzalayıb. Vəsait Bakı Şəhər İcra Hakimiyyətinə ayrılacaq.[1]