Nizami Gəncəvinin heykəli — XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəviyə 1949-cu ildə Bakı şəhərində qoyulmuş abidə.
Müəllifləri
Heykəl Bakı şəhərində, Nizami meydanında , İstiqlaliyyət, Əhməd Cavad, Azərbaycan və İslam Səfərli küçələrinin kəsişməsində qoyulmuşdur. Heykəlin açılışı 1949-cu ilin[1] aprelində olmuşdur. Heykəlin müəllifi Azərbaycanın xalq rəssamı Fuad Əbdürəhmanov, memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovdur.
Texniki xarakteristikası
Heykəl 9 metrlik, səkkiz bucaqlı postament üzərində qoyulmuş 6 metrlik bürünc abidədir.Tuncdan tökülmüş Nizami Gəncəvinin fiquru ayaq üstə durmuş vəziyyətdə ucaldılmışdır. Nizaminin əlində lülə halında bükülmüş kagız vardı, onun nəzərləri Nizami muzeyinin Azərbaycan ədəbiyyatı klassiklərinin heykəlləri qoyulmuş eyvanına yönəlmişdi.
[2]
Şairin obrazının bitkin açılması üçün heykəltaraş qədim Azərbaycan libasından — əbadan və çalmadan böyük məharətlə istifadə etmişdir. Əbanın iri, ağır bükükləri qalın, kip parça təsəvvürü yaradırdı. Başına dolanmış çalmanın bir tərəfi onun çiyninə düşmüşdür. Abidədədəki Nizaminin üzündən və simasından, onun bütün görkəmindən müdriklik və böyüklük oxunur.
Estetik təsviri
Dahi Nizaminin tunc heykəli səkkiz üzlü qırmızı qranit özül-pyedestal üzərində yüksəlir. Onun üzərində Nizami Gəncəvi dövrünün azərbaycan memarlıq elementlərindən istifadə edilibdir. Abidə aşağıdan, postamentin üzlərinin sayına görə səkkiz tunc barelyefdən ibarətdir və eni bir metrə qədər olan qurşaqla dövrələnmişdir.
[3]
Bunların yeddisinin üzərində Nizaminin "Xəmsə"sinin sujetlərinə aid şəkillər verilmişdir. Burada biz dağları yaran Fərhadın və at belində Şirinin, sevgililər – Leyli və Məcnunun, hökümdar Nüşabə ilə söhbət edən Makedoniyalı İsgəndərin, əjdaha ilə vuruşan Bəhramın, bayquşların söhbətinə qulaq asan şahla onun vəzirinin və Nizaminin poemalarındakı başqa unudulmaz obrazların təsvirlərini görə bilərik.[4]
-
İskəndərin Nüşabə ilə görüşü
(İskəndərnamə)
-
Nuşirəvan və bayquşların söhbəti
(Sirlər Xəzinəsi)
-
Leyli və Məcnun mədrəsədə
(Leyli və Məcnun)
-
-
Fərhad və Xosrovun görüşü
(Xosrov və Şirin)
-
Fərhadın Bisitun dağını yarması
(Xosrov və Şirin)
-
Bəhram Gurun əjdahanı öldürməsi
(Yeddi Gözəl)
İstinadlar
Həmçinin bax
|
---|
Görkəmli insanlara aid abidələr | |
---|
Büst-abidələr | |
---|
Barelyef-abidələr | |
---|
Monument və memoriallar | |
---|
Stelalar və obelisklər | |
---|
|
---|
Əsərləri | | |
---|
Obrazlar | |
---|
Əlyazmaları | |
---|
Musiqi | |
---|
Kinematoqraf | |
---|
Abidələr | |
---|
Nizaminin adını daşıyan yerlər | |
---|
Digər | |
---|
|
|
---|
Binalar | | |
---|
Metro stansiyaları | |
---|
Heykəllər | |
---|
|
---|
Heykəllər | | |
---|
Qəbirüstü abidələr | |
---|