Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi — Bakıda yerləşən elmi tədqiqat müəssisəsi. 1945-ci ildə təşkil olunmuşdur. "Nizami Gənvəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi" Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Muzey 1959 və 1967-ci illərdə xeyli genişləndirilmiş və yenidən qurulmuşdur[2]. Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur.
Muzeyin binası 1860-cı illərdə ikimərtəbəli karvansara kimi tikilmişdi. Binanın memarı Qasım bəy Hacıbababəyov idi. 1915-ci ildə bina "Metropol" mehmanxanası kimi fəaliyyət göstərirdi. Sonralar 1918–1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının Nazirlər Kabinetinin əməkdaşları burada yaşamışlar və işləmişlər, 1920–1930-cu illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurası burada yerləşdirilmişdi.
Muzeyin yaradılması XX əsrin 40-cı illərindən əvvəllərində başlanmışdı. Azərbaycanın ən seçmə sənətkarları milli söz ocağının yaradılmasına cəlb edilmişdi. O zaman — 1941-ci ildə Nizami Gəncəvinin təntənəli yubiley mərasimi məlum səbəb üzündən — o vaxtkı blokadada olan Leninqradda, Ermitajda keçirildi və bu, böyük bir tarixi hadisə idi.[3]
1959 və 1967-ci illərdə muzey hərtərəfli bərpa edilmiş, genişlənmişdir. 2004–2009-cu illərdə təmir və restovrasiya olunmuşdur. Sərginin sahəsi 2500 kv. metrədək artmışdır.
Muzeyin ekspozisiyası
Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan ədəbiyyatının ən qədim dövrlərdən müasir dövrə qədər keçmiş olduğu yol işıqlandırılır. Muzeydə müxtəlif sənədlər, əlyazmalar, kitablar və s. ilə yanaşı, qədim və orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri nümayiş etdirilir. Ədəbiyyat tarixi muzeyi 30 ekspozisiya zalından, 10 əsas şöbə, 2 regional filial, elmi fond və s. ibarətdir.
Nizami muzeyində ardıcıl olaraq Nizami lektoriyaları, elmi seminarlar, mühazirələr, tanınmış ictimai, elm və mədəniyyət xadimləri ilə görüşlər təşkil edilir.
Üzərində Nizami Gəncəvi adına Milli Azərbaycan ədəbiyyatı muzeyinin əksi olan poçt markası. Bakı-2012
Muzeyin fasadında olan kaşı bəzəkləri
Bəhram yeddi gözəlin rəsmlərinə baxarkən, Nizami Gəncəvinin Xəmsəsindən "Yeddi Gözəl" poemasına çəkilmiş miniatür, Behzad məktəbi, 1479, eni 11 sm, hündürlüyü 18,5 sm, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı, Nr. 1161
Çeçmə başında Şirin, Nizami Gəncəvi, Xəmsə, "Xosrov və Şirin", Behzad minyatur məktəbi, 1479, eni 11 sm, hündürlüyü 18,5 sm, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı, Nr. 1161/J
Bəhramın iki şir arasından tacını götürməsi, Nizami GəncəvininXəmsəsindən "Yeddi Gözəl" poemasına çəkilmiş miniatür, Behzad məktəbi, 1479, eni 10,5 sm, hündürlüyü 20 sm, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı, Nr. 1161/31