Alimlər evi (Bakı)

Alimlər evi
Xəritə
40°19′ şm. e. 49°52′ ş. u.HGYO
Ölkə Azərbaycan
Şəhər Bakı
Yerləşir Neftçilər prospekti
Memar Sadıq Dadaşov
Mikayıl Hüseynov
Tikilmə tarixi 1946
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alimlər evi[1]Azərbaycanın paytaxtı Bakı şəhərinin Neftçilər prospektində bina. Memarlığını Sadıq DadaşovMikayıl Hüseynovun[2] etdiyi binanın tikintisi 1946-cı ildə başa çatmışdır. Binanın yaxınlıqlarında Bəhram Gur heykəli yerləşir.[3]

Bina II Dünya müharibəsindən sonrakı dövrdə Sovet Azərbaycanı memarlığının inkişafında mühüm bir mərhələ hesab edilir.[3]

Məşhur sakinləri

Binanın layihəsinin müəllifi, memar, akademik Mikayıl Hüseynov (m. 9), SSRİ xalq artisti Rəşid Behbudov, şair, sənətşünaş, prof. Cəfər Xəndan, Azərbaycan SSR Nazirlər Sovetinin sədri, neft geoloqu, prof. Ənvər Əlixanov, SSRİ-nin əməkdar təyyarəçisi Nurəddin Əliyev, yazıçı Mir Cəlal Paşayev, ADU rektoru Mehdi Əliyev, Azərbaycan SSR EA prezidentləri, akademiklər Zahid Xəlilov, Musa Əliyev; akademiklər, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri İlyas Abdullayev, Şirəli Məmmədov, Feyzulla Qasımzadə; Azərbaycan MEA müxbir-üzvü Abdulla Muxtarov kimi məşhur şəxslər Alimlər evində yaşamışlar. Bundan başqa, akademiklər, Fuad Qasımzadə, MAA rektoru Arif Paşayev, ADA rektoru, XİN müavini, prof. Hafiz Paşayev də müxtəlif illərdə bu binada yaşamışlar.

Binada, onun məşhur sakinləri haqqda memorial lövhələr vurulmuşdur.

İstinadlar

  1. A.V. Ryabuşin. Новые горизонты архитектурного творчества: 1970—1980-е годы. Стройиздат. 1990. səh. 157.
  2. A.V. Ryabuşin. Новые горизонты архитектурного творчества: 1970—1980-е годы. Стройиздат. 1990. səh. 160.
  3. 1 2 Paşayev, N.T. Некоторые вопросы современного этапа индустриализации жилищного строительства Азербайджана (1954-1971 гг.). «Elm» nəşriyyat. 1972. səh. 128.

Ədəbiyyat

  • Məmmədzadə, K.M. Народный архитектор СССР Микаэль Усейнов. «Elm» nəşriyyat. 1989. 396.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!