Qılınc və qələm (roman)

Qılınc və Qələm
Müəllif Məmməd Səid Ordubadi
Janr Tarixi
Orijinalın dili Azərbaycan dili
Orijinalın nəşr ili 1946 (I kitab)
1948 (II kitab)
2005 (III kitab)
2013 (IV və V kitablar)
Nəşriyyat Azərnəşr (I və II kitablar)
Şərq-Qərb (III kitab)
Əli və Nino (IV kitab)
Hədəf (V kitab)
ISBN 9952-418-81-4

"Qılınc və qələm"Məmməd Səid Ordubadinin tarixi romanı

Yazıçının tarixi romanlarından sonuncusu olan "Qılınc və qələm"də böyük Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin yaşadığı dövrün geniş, hərtərəfli mənzərəsi yaradılmışdır. Tarixi sənədliliklə bədii təxəyyülün ustalıqla əlaqələndirildiyi romanda iki qəhrəmana daha geniş yer verilmişdir. Bunlardan biri Nizami, digəri isə Fəxrəddindir. Kitabda Nizaminin fikri-bədii təkamülündə rol oynayan şəxsiyyətlərin bədii surətləri də diqqəti cəlb edir.[1]

Mövzu

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ətrafında Məmməd Səid Ordubadi böyük tədqiqat aparmış, çox qiymətli əsərlər yazmışdır. Hələ 1925-ci ildə "Maarif işçisi" məcmuəsinin 8-ci nömrəsində dərc etdirdiyi "Fars ədəbiyyatında Nizami" məqaləsində Nizaminin yaşadığı mühitdən və şairin əsərlərindən bəhs edən Ordubadi, sonralar Nizaminin 800 illik yubileyinin keçirilməsində olduqca fəal və böyük səy ilə çalışaraq bu sahədəki tədqiqatını daha da genişləndirmişdir. 1939-cu ildən başlayaraq,onun müxtəlif qəzet və jurnallarda,eyni zamanda yubiley münasibətilə buraxılan "Nizami" almanaxlarında "Nizaminin dövrü və həyatı"(məqalələr silsiləsi,1939),"Böyük şairin yaşadığı mühit"(1947), "Nizami dövründə ədəbiyyat" (1947),"XII əsrdə Azərbaycan ədəbiyyatı və onun klassik Şərq ədəbiyyatına təsiri" (1943) və sair kimi dəyərli elmi məqalələri çap olunmuşdur.Bunlardan əlavə,"Nizami" (1939) adlı opera mətnini və "Qılınc və qələm" romanını da yubiley münasibətilə yazmışdır. 1941-ci ildə romandan "Bahar" adı ilə bir parça "Revolyusiya və kultura" jurnalında dərc olnumuş,bundan sonra ayrı-ayrı parçalar çap edilmişdir. Bütövlükdə-"Qılınc və qələm" romanı Azərnəşr tərəfindən ilk dəfə 1946-cı ildə (I kitab) və 1948-ci ildə (II kitab) çapdan çıxarılmışdır. Oxucuların böyük rəğbət və məhəbbətini qazanan roman ilk çapından sonra dəfələrlə nəşr edilmişdir. 1965-ci ildə əsər İ.Peçenevin tərcüməsi ilə rus dilində çapdan çıxmışdı.[2]

Məzmun

"Qılınc və qələm" Nizami dövründə geniş təbəqələrin vəziyyətini ölkənin xarici əlaqələrini, əsrin ədəbiyyat və incəsənətini, sənətkarlarını, dövlət xadimlərini, xalqın azadlıq mübarizələrini əks etdirən bir romandır. Ordubadi əvvəlki romanlarından fərqli olaraq daha uzaq keçmişdən bəhs etdiyindən burada ətraflı tədqiqat işi aparmışdır. Əsər külli miqdarda tarixi, elmi, ədəbi məxəzə istinadən yazılmışdır. Nizami haqqında, xüsusilə, onun həyatı barədə məlumatın azlığı müəllifin bir çox halda öz yazıçı təxəyyülünə qanad verməyə vadar etmişdir. Tarixi sənədliliklə bədii təxəyyül romanda ustalıqla əlaqələndirilmişdir. Buna görə də deyə bilərik ki, digər tarixi romanlarına nisbətən "Qılınc və qələm"də yazıçı surətlərin tərsimində daha sərbəst hərəkət etmişdir.

Əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutur. Lakin müəllif tək bununla kifayətlənməyərək Nizami dövrünün geniş, hərtərəfli mənzərəsini yaratmağa çalışmışdır. Burada Ordubadi romançılığının bir mühüm xüsusiyyəti - genişliyə, əhatəliliyə, çoxplanlılığa meyil özünü daha bariz şəkildə göstərir və bu "Qılınc və qələm" romanının Nizami haqqında bioqrafik roman çərçivəsindən çıxarır.

Ümumiyyətlə, M.S.Ordubadi romanda bir şəxsin taleyi, bir hadisə, bir qısa dövrün konkret mənzərəsini verməklə kifayətlənmir, onun ilhamı bir qayda olaraq geniş meydan axtarır, əngin səmada qanad çalmağı sevir, məzmun dolğunluğu şərtilə genişlik, ənginlik də verir. "Qılınc və qələm"də də belədir. Müəllif Nizaminin həyat və fəaliyyətini müxtəlif dövrlə, xalq həyatı və məişəti ilə sıx əlaqədə təsvir etmiş, xalq həyatının geniş lövhələrini yaratmışdır. Buna görədir ki, roman baş qəhrəmanının adı ilə adlandırmır, əsər həyat materialında mühüm yer tutan ilk amilin-xalqın mənəvi və fiziki qüvvəsinin rəmzi olan "Qılınc və qələm" adlandırmışdır.

Ən qədim zamanlardan Azərbaycan xalqının azadlıq və istiqlaliyyət uğrunda mübarizələrdə ad çıxarması, Azərbaycan qoşunlarının bütün Şərqdə şöhrət qazanması romanda iftixar hissi ilə qeyd olunur. İgid xalq qəhrəmanı Fəxrəddinin başçılığı ilə işğalçılara qarşı vətəni müdafiəyə qalxan Azərbaycan oğulları dar gündə qonşu xalqların da köməyinə gedir, həmişə müzəffər qayıdırlar.

Mübarizə, müharibə, üsyan səhnələri hər yerdə Fəxrəddinin adı ilə bağlıdırsa, onun əsas məsləhətçisi Nizamidir.

Nizami ilə birlikdə şairə Məhsəti Gəncəvinin surəti də əsərdə böyük yer tutur. Məhsəti əsərin mükəmməl işlənmiş surətlərindəndir. Ədəbiyyatımızda ilk dəfə "Qılınc və qələm" romanında XII əsr Azərbaycanının ədəbi mühiti, sənətkarların bədii surətləri yaradılmışdır. Xaqani Şirvani, Mücirəddin Beyləqani, Əbül-Üla Gəncəvi və digər sənətkarlar vasitəsi ilə ədib dövrün şeir və sənət məsələlərini işıqlandırmışdır.

Romanda zəngin surətlər qalereyası diqqəti cəlb edir. Azərbaycan atabəyləri - Atabəy Məhəmməd, Qızıl Arslan, Toğrul, Əbubəkr,Atabəy Özbək surətləri baş qəhrəmanın siyasi-ictimai görüşlərinin,dövrün təsvirinə kömək edirsə, Səba xanım, Hüsaməddin və başqaları münaqişə xəttinin davamını təmin edir. Qətibə, Əmir İnanc, Toxtamış və digər saray adamlarının surətləri də dolğun təsir bağışlayır. Mənfi planda verilmiş saray ədəbiyyatı nümayəndələri Zəhir Bəlxi, Kəmaləddin Nizaminin fəlsəfi-estetik görüşlərində tənqid hədəfləri kimi verilmişlər.

Bütün əhvalat və şəxsiyyətləri, mürəkkəb hadisələri gərgin süjet xətti ətrafında birləşdirən müxtəlif cəlbedici, maraqlı, axıradək oxucunu ardınca apara bilən quruluş tapmışdır.Romanın sonunda məlum olur ki, Xarəzmşah Cəlaləddin Azərbaycanı işğal etdikdən sonra son Eldəniz hökmdarı Özbəyi Ələnciq qalasına saldırır, qalada iki əsir qoca bir-birinə öz sərgüzəştlərini danışır. Qocalardan biri Atabəy Məhəmmədin böyük oğlu Qutluq İnanc, digəri kəndli qızı Gözəldən olan kiçik oğlu Özbəkdir.

İctimai hadisələrin son dərəcə maraqlı təsvir olunduğu "Qılınc və qələm" Ordubadi yaradıcılığına xas macəraçılıq romanı üslubunda yazılmışdır. Maraqlı və yığcam quruluşlu bu əsər Ordubadinin zəngin ədəbi irsində, şübhəsiz, mühüm yer tutan, oxucularda Nizami və onun dövrünü öyrənməyə böyük həvəs oyadan romandır.

Xarici dillərdə nəşrləri

Roman 2024-cü ildə özbək dilində nəşr olunmuşdur.[3] Tarixi romanı özbək dilinə alimlər Nəzirə Əliyeva, Möhsün Həmidov və Rüstəm Kamilov tərcümə ediblər.

Həmçinin bax

Romanı oxu:

(I hissə)

(II hissə)

İstinadlar

  1. "Qanun Nəşriyyatı."Qılınc və qələm"". 2017-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
  2. "Arxivlənmiş surət" (PDF). 2017-04-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-29.
  3. Real TV. ""Qılınc və qələm" özbək dilində nəşr edilib" (az.). Youtube.com. 04.02.2024. 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.

Xarici keçidlər

Read other articles:

Municipality in Southern, BrazilSanta Terezinha de ItaipuMunicipality FlagCountry BrazilRegionSouthernStateParanáMesoregionOeste ParanaensePopulation (2020 [1]) • Total23,699Time zoneUTC−3 (BRT) Santa Terezinha de Itaipu is a municipality in the state of Paraná in the Southern Region of Brazil.[2][3][4][5] According to the IBGE Santa Teresinha de Itaipu has approximately 24,000 inhabitants. The municipality contains part of...

 

Про інших людей, відомих за таким же прізвиськом, див. Маноло Це іберійські ім'я та прізвище. Перше (батькове) прізвище цієї особи Санчес, а друге (материне) прізвище Дельгадо. Маноло Маноло Особисті дані Народження 17 січня 1965(1965-01-17) (58 років)   Касерес, Естремадура, Іспанія

 

ParasitaxusParasitaxus usta Classificação científica Reino: Plantae Divisão: Pinophyta Classe: Pinopsida Ordem: Pinales Família: Podocarpaceae Género: Parasitaxus Espécie: P. usta Nome binomial Parasitaxus usta(Vieill.) de Laub. Sinónimos Dacrydium ustum Vieill. Nageia usta (Vieill.) Kuntze Parasitaxus ustus Podocarpus ustus (Vieill.) Brogn. & Gris Parasitaxus usta (às vezes escreve-se da forma incorreta Parasitaxus ustus) é uma espécie de conífera pertencente à família Podo...

This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Louis VII, Duke of Bavaria – news · newspapers · books · scholar · JSTOR (January 2021) (Learn how and when to remove this template message) Louis VIIBornc. 1368Died(1447-05-01)1 May 1447BurghausenNoble familyHouse of WittelsbachSpouse(s)Anne de Bourbon-L...

 

Game reserve in South Africa Krugersdorp Game ReserveBlesbok in the game reserveTypeNature reserveNearest cityKrugersdorpCoordinates26°6.36′S 27°43.44′E / 26.10600°S 27.72400°E / -26.10600; 27.72400Area1,500 hectares (3,700 acres)Open08h00 - 18h00Camp sitesNgonyama Lion LodgeSpecies30 mammal types200 bird speciesWebsitekrugersdorpgamereserve.co.za Krugersdorp Game Reserve is a 1500 Ha Game Reserve, located near the town of Krugersdorp, South Africa, approx...

 

Biografi ini memerlukan lebih banyak catatan kaki untuk pemastian. Bantulah untuk menambahkan referensi atau sumber tepercaya. Materi kontroversial atau trivial yang sumbernya tidak memadai atau tidak bisa dipercaya harus segera dihapus, khususnya jika berpotensi memfitnah.Cari sumber: Abdul Hamid II – berita · surat kabar · buku · cendekiawan · JSTOR (Pelajari cara dan kapan saatnya untuk menghapus pesan templat ini) Untuk kegunaan lain, lihat Abdul H...

This is a list of U.S. state representatives. This list contains the names of U.S. state representatives in the 25 states, listed alphabetically, from Montana to Wyoming. For the remaining 25 states, please see List of U.S. state representatives (Alabama to Missouri). Summary This article is part of a series on theState governments of the United States State constitution Comparison Statehouse Executive State executives Governor (List) Other common officials: Attorney general Auditor/Comptroll...

 

1927 film Ten Modern CommandmentsDirected byDorothy ArznerWritten byDorothy ArznerPaul GangelinGeorge Marion, Jr. (titles)Story byJack LaitStarringEsther RalstonNeil HamiltonCinematographyAlfred GilksEdited byLouis D. LightonDistributed byParamount PicturesRelease date July 27, 1927 (1927-07-27) (United States) Running time70 minutesCountryUnited StatesLanguagesSilentEnglish intertitles Ten Modern Commandments is a 1927 American silent romantic comedy-drama film that starre...

 

American college football season 2014 Nebraska Cornhuskers footballHoliday Bowl vs. USC, L 42–45ConferenceBig Ten ConferenceDivisionWest DivisionRecord9–4 (5–3 Big Ten)Head coachBo Pelini (regular season; 7th season)Barney Cotton (bowl game)Offensive coordinatorTim Beck (4th season)Offensive schemeSpreadDefensive coordinatorJohn Papuchis (3rd season)Base defense4–3 defenseHome stadiumMemorial Stadium(Capacity: 87,091)Seasons← 20132015 U...

Human settlement in EnglandBightonThe village of BightonBightonLocation within HampshirePopulation341 (2011 Census including Gundleton)[1]OS grid referenceSU6134034261DistrictCity of WinchesterShire countyHampshireRegionSouth EastCountryEnglandSovereign stateUnited KingdomPost townAlresfordPostcode districtSO24Dialling code01962PoliceHampshire and Isle of WightFireHampshire and Isle of WightAmbulanceSouth Central UK ParliamentWinchester List of ...

 

місто Мікашевичібіл. Мікашэвічы Транслітерація назви Mikaševičy Герб Мікашевичів Прапор Мікашевичів Основні дані 52°13′ пн. ш. 27°28′ сх. д. / 52.217° пн. ш. 27.467° сх. д. / 52.217; 27.467Координати: 52°13′ пн. ш. 27°28′ сх. д. / 52.217° пн. ш....

 

ÁoBiệt danhDas Team (Đội tuyển)Burschen (Các chàng trai)Unsere Burschen (Các chàng trai của chúng tôi)Hiệp hộiHiệp hội bóng đá Áo (ÖFB)Liên đoàn châu lụcUEFA (châu Âu)Huấn luyện viên trưởngRalf RangnickĐội trưởngDavid AlabaThi đấu nhiều nhấtAndi Herzog (103)Ghi bàn nhiều nhấtToni Polster (44)Sân nhàSân vận động Ernst HappelMã FIFAAUT Áo màu chính Áo màu phụ Hạng FIFAHiện tại 29 (20 tháng 7 nă...

Berikut ini merupakan sabuah daftar pesawat penumpang regional jarak pendek yang dibangun dalam jumlah signifikan dan juga pesawat jet regional selain pesawat yang lebih kecil. Termasuk pesawat yang dibangun dengan jumlah terbatas namun dengan pengembangan teknologi yang signifikan Pesawat tersebut dibedakan dari pesawat lain karena tugas yang signifikan dalam mengisi jalur penerbangan jarak pendek dalam sistem hub and spoke penumpang dan kargo. Pesawat Turboprop Embraer EMB 120ER OM-FLY SkyE...

 

This article has multiple issues. Please help improve it or discuss these issues on the talk page. (Learn how and when to remove these template messages) This article contains content that is written like an advertisement. Please help improve it by removing promotional content and inappropriate external links, and by adding encyclopedic content written from a neutral point of view. (July 2011) (Learn how and when to remove this template message) This article contains wording that promotes the...

 

У этого термина существуют и другие значения, см. Тенге (значения). Туркме́нский тенге́ (туркм. teňňe) — разменная монета, 1/100 туркменского маната. Монеты введены в обращение с 1 ноября 1993 года и обменивались, по курсу 1 тенге = 5 рублей (то есть 1 манат = 500 рублей)[1][2]. ...

Pedagogía del Oprimido de Paulo Freire Género Ensayo y pedagogía Tema(s) Pedagogía crítica Idioma Portugués Fecha de publicación 1970 [editar datos en Wikidata] Pedagogía del oprimido es uno de los trabajos más conocidos del educador, pedagogo y filósofo brasileño Paulo Freire. El libro, de orientación marxista, propone una pedagogía con una nueva forma de relación entre educador/ educando y entre sujetos sociales. El libro está dedicado a los oprimidos, y está ...

 

Sub-discipline of mechanical engineering Lift trucks provisioning a navy ship Loading and removing cargo from a Lufthansa Airbus A380 at Frankfurt Airport. Material handling involves short-distance movement within the confines of a building or between a building and a transportation vehicle.[1] It uses a wide range of manual, semi-automated, and automated equipment and includes consideration of the protection, storage, and control of materials throughout their manufacturing, warehousi...

 

French fraternal organization associated with a literary hoax This article has an unclear citation style. The references used may be made clearer with a different or consistent style of citation and footnoting. (October 2020) (Learn how and when to remove this template message) The official emblem of the Priory of Sion is partly based on the fleur-de-lis, which was a symbol particularly associated with the French monarchy.[1] The Prieuré de Sion ([pʁi.jœ.ʁe də sjɔ̃]), t...

This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Indian Mexicans – news · newspapers · books · scholar · JSTOR (August 2017) (Learn how and when to remove this template message) This article is about people originating from India. For native ethnic groups of Mexico, also sometimes called Indians, see Indigeno...

 

Endangered Japonic languages of Okinawa prefecture, Japan Southern RyukyuanGeographicdistributionSakishima Islands, Okinawa PrefectureLinguistic classificationJaponicRyukyuanSouthern RyukyuanProto-languageProto-SakishimaSubdivisions Miyako Macro-Yaeyama Glottologryuk1244 The Southern Ryukyuan languages (南琉球語群, Minami Ryūkyū gogun) form one of two branches of the Ryukyuan languages. They are spoken on the Sakishima Islands in Okinawa Prefecture. The three languages are Miyako (on t...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!