Xəmsə əlyazması С-201 — Nizami Gəncəvinin bütün poemalarını özündə birləşdirən və XVII əsrdə yazılmış əlyazma. AMEA Əlyazmalar İnstitutunda saxlanılır.
Xüsusiyyətləri
Əlyazmasında poemalar ənənəvi sıralama ilə verilmişdir. Mətn parlaq və nazik şərq kağızı üzərində dörd sütunla mirvari kalliqrafik nəstəliq xətti ilə yazılmışdır. Başlıqlar qırmızı mürəkkəb ilə yazılmışdır. Orta Asiya mənşəli üzlük yaşıl rəngdə olmaqla lakla örtülmüş və tünd-moruğu rəngli medalyonlarla bəzədilmişdir. Kiçik medalyonlardan biri üzərində üzlükçü ustanın adı – Molla Məhəmməd Tarsun və üzlənmə tarixi – hicri 1027 (1617/1618) – qeyd edilmişdir. 285 səhifəlik əlyazmasının ölçüləri 19 × 30 sm-dir.
İstinadlar
Ədəbiyyat
- Хамсэ // Низами Гянджеви: Краткий справочник / Составитель Дж. В. Каграманов. — Элм, 1979. — С. 92.
|
---|
Əsərləri | | |
---|
Obrazlar | |
---|
Əlyazmaları | |
---|
Musiqi | |
---|
Kinematoqraf | |
---|
Abidələr | |
---|
Nizaminin adını daşıyan yerlər | |
---|
Digər | |
---|
|