20 Yanvar abidə-kompleksi

20 Yanvar abidə-kompleksi
Xəritə
40°24′13″ şm. e. 49°48′24″ ş. u.HGYO
Ölkə
Yerləşir Bakı
Hündürlüyü 8 m
Material tunc, qranit

20 Yanvar abidə-kompleksiBakıda 1990-cı il 20 yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış kompleks.

1990-cı il 20 yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış bu kompleks Bakı şəhərinin Yasamal rayonundakı "20 Yanvar" dairəsində yerləşir. Kompleksin tikintisinə 2009-cu ilin oktyabrında başlanıb. Azərbaycan paytaxtında "20 Yanvar abidə-kompleksi"nin açılışı 20 yanvar 2010-cu ildə olmuşdur. Abidənin açılışını Azərbaycan prezidenti İlham Əliyev edib[1].

Kompleksin ümumi sahəsi 1500 kvadratmetrdir. Xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb. Memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir DadaşovAzad Əliyev olan kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, habelə mərhum prezident Heydər Əliyevin "1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur" sözləri qızılı hərflərlə həkk edilib[2]. 20 yanvar abidəsinin yerləşdiyi ərazinin yaxınlığında bir vaxtlar 11-ci sovet ordusunun şərəfinə ucaldılmış abidə var idi. Bakıda kütləvi qırğından sonra bu abidə kompleksi götürülüb.Sitat səhvi: <ref> teqində yanlış parametr

İstinadlar

  1. ""20 Yanvar abidə-kompleksi" açıldı". 2018-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-12.
  2. "Şəhidlərin xatirəsinə ucaldılmış memorial abidə kompleksi açıldı". 2014-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-21.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!