Mikayıl Müşfiqin heykəli - Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti və Nəriman Nərimanov küçələrinin kəsişməsində yerləşən şəhər heykəlidir. 1968-ci ildən heykəltaraş Münəvvər Rzayeva və memar Şəfiqə Zeynalova tərəfindən işlənmiş abidənin açılışı 9 iyun 1970-ci ildə baş tutmuşdur.
Heykəlin hündüryülü 1.5 metr, postamentlə birikdə abidənin hündürlüyü isə 3.2 metrdir. Postament güzgü kimi cilalanmış çəhrayı qranitlə üzlənmişdir. Abidə yüksək emosional ifadəliyə malikdir.
Təsviri
Heykəlin hündüryülü 1.5 metr, postamentlə birikdə abidənin hündürlüyü isə 3.2 metrdir. İlkin olaraq abidə daha sadə postamentə malik idi. Sonradan yenidənqurma işləri zamanı abidənin postamenti dəyişdirilmiş, bədii və memarlıq baxımından daha maraqlı olan pilləli və stella-pyedastal formalı postament yaradılmışdır. Postament güzgü kimi cilalanmış çəhrayı qranitlə üzlənmişdir.
Horizontal postamentin hündürlüyü 60 sm-dir. Müasir pyedastalın hündürlüyü 1.53 m, eni 1.02 m-dir. Pyedastal üzərində qızılı hərflərlə latın qrafikalı Azərbaycan əlifbası ilə şairin adı yazılmışdır.
Abidə yüksək emosional ifadəliyə malikdir. Heykəltəraş şairi dərin düşüncədə təsvir edib. Kompozisiyada möhtəşəm dinamika aydın görünür, heykəltaraş bədii vasitələrdən istifadə etməklə, böyük inandırıcılıqla Müşfiqin daxili dünyasını göstərə bilmişdir. Heykəlin relyefdən ayrılan detalları, düşüncəli üzü və sanki kitabı sinəsinə sıxan əli sanki izləyicini ovsunlayır.
Tarixi
Mikayıl Müşfiqin heykəli üzərində işə heykəltaraş Münəvvər Rzayeva və memar Şəfiqə Rzayeva 1968-ci ildə, şairin altmış ilik yubileyi ərəfəsində başlamışlar. Münəvvər Rzayeva heykəl üzərində işləməsini xatırlayarkən qeyd edir:
|
Qarşımda, Müşfiqin şəxsiyyətini psixoloji olaraq heykəldə açmaq kimi məsuliyyətli bir vəzifə dururdu. Müşfiqi şəxsən tanımaq qismət olmadığından yalnız fotosənədlər və onu şəxsən tanımış insanların xatirələri mənə kömək etdi. Bu işdə mənə Müşfiqin xanımı Dilbər Axundzadə, həmçinin onu yaxından tanımış Rəsul Rza, Əkrəm Cəfər və başqaları kömək etdilər.
|
|
Mikayıl Müşfiqin adını daşıyan bağda, Yasamal rayonu İnşaatçılar prospekti və Nəriman Nərimanov küçələrinin kəsişməsində ucaldılmış abidənin açılışı 9 iyun 1970-ci ildə baş tutmuşdur. Açılış mərasimində Azərbaycanın Xalq Şairi Rəsul Rza və Süleyman Rüstəm (Müşfiqə həsr etdiyi şeiri oxumuşdur), həmçinin Azərbaycanın Xalq Yazıçısı Mirzə İbrahimov, Mikayıl Müşfiq irsinin tədqiqatçısı Gülhüseyn Gülhüseynoğlu çıxış etmişdir. Şairlər Məmməd İbrahim, Hikmət Ziya və Ələkbər Ziyatay Müşfiqə həsr etdikləri şeirlərini səsləndirmişlər.
Demontaj və bərpası
27 fevral 2017-ci ildə abidə “Azəravtoyol” ASC tərəfindən Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan dağıdılmışdır.[1] Mədəniyyət və Turizm Nazirliyi yanında mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəhbəri Zakir Sultanov bildirib ki, "vandalizm aktı Mədəniyyət Nazirliyi tərəfindən qadağalara baxmayaraq törədilib".[1] “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli hadisəylə bağlı qeyd edir ki, "...aparılan yenidənqurma işləri zamanı görkəmli şairimiz Mikayıl Müşfiqin büstünə zərər dəyməsin deyə uyğun texnologiya əsasında əsərin görünüşündə heç bir dəyişiklik edilmədən ərazidən tam və sağlam şəkildə götürülüb. ... quruculuq-abadlıq işləri tam başa çatdıqdan sonra büstün hazırda yerləşdiyi ərazidə böyük və gözəl yaşıllıq parkı salınacaq. Mikayıl Müşfiqin büstü də əvvəlki şəkildə həmin əraziyə qoyulacaq."[2][3]
27 mart 2017-ci ildə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbəy Qasımzadə heykəlin əvvəlki yerində bərpa edilməsi haqqında məlumat yayıb.[4]
İstinadlar
|
---|
Görkəmli insanlara aid abidələr | |
---|
Büst-abidələr | |
---|
Barelyef-abidələr | |
---|
Monument və memoriallar | |
---|
Stelalar və obelisklər | |
---|