Dağ yəhudilərinin sinaqoqu — Bakı şəhərində, Əli Mərdan Topçubaşov küçəsi, 72 ünvanında yerləşən dağ yəhudilərinin sinaqoqu.[1] Sinaqoq 2011-ci ildə inşa edilmişdir.
Tarixi
Bakıdakı dağ yəhudilərinə məxsus sinaqoqun binası 1945-ci ildən fəaliyyət göstərməkdədir. Sovet hakimiyyəti dövründə İkinci Dünya müharibəsi bitdikdən sonra dağ yəhudilərinə şəhərin mərkəzində dini tələbatın ödənilməsi məqsədilə qədim bina ayrılmışdır.[1] Binanın şəraiti çox bərbad idi və buraya ibadətə gələnlər şəraitsizlikdən əziyyət çəkirdilər. Bu cür hal Azərbaycanın müstəqillik qazanmasına kimi davam etmişdir. Müstəqillik dövründə məbəddə təmir-bərpa işlərinə başlanılmış, sinaqoqun ikinci mərtəbəsi tikilmiş, buraya ibadətə gələnlər üçün münasib şərait yaradılmışdır.[1]
2010-cu ildə Bakı şəhərində aparılan yenidənqurma və əsaslı bərpa işləri ilə əlaqədar dağ yəhudiləri üçün yeni sinaqoqun inşasına ehtiyac yaranmışdır. 5 aprel 2011-ci ildə Nəsimi rayonu, Əli Mərdan Topçubaşov küç, 72 ünvanda dağ yəhudiləri üçün inşa edilmiş yeni ibadət ocağının açılış mərasimi keçirilmişdir.[1] Memarlıq xüsusiyyətlərinə və ölçülərinə görə təkcə Azərbaycanda deyil, regionda olan digər yəhudi məbədlərindən də fərqlənən sinaqoqun açılış mərasimində İsrailin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem, ABŞ səfiri Metyu Brayza, ölkədə akkreditə olunmuş xarici ölkə səfirliklərinin rəhbərləri, "Qırmızı Qəsəbə" yəhudi dini icmasının sədri Boris Samanduyev, Bakıdakı Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, Bakıdakı Avropa yəhudiləri icmasının nümayəndəsi Gennadi Zelmanoviç, Avropa Evinin rəhbəri Şaul Davıdov və Azərbaycandakı digər yəhudi təşkilatlarının liderləri iştirak ediblər.[1][2]
İstinadlar
|
---|
İçərişəhər | | |
---|
Saray və malikanələr | |
---|
Məbədlər | Məscidlər | |
---|
Kilsələr | |
---|
Sinaqoqlar | |
---|
|
---|
Muzeylər | |
---|
Heykəllər və memoriallar | |
---|
Əyləncə məkanları | Teatrlar | |
---|
Konsert zalları | |
---|
Kinoteatrlar | |
---|
Stadion və idman mərkəzi | |
---|
|
---|
Bağ və parklar | |
---|
Meydanlar | |
---|