CinemaPlus və ya sponsorluq razılaşmasına əsasən CineMastercard[1] – Azərbaycanda fəaliyyət göstərən kinoteatrlar şəbəkəsi. 2012-ci ildə 28 Cinema adı ilə yaradılmışdır.[2]
Tarixi
Kinoteatr şəbəkəsinin əsası 17 dekabr 2012-ci ildə 28 Cinema adı ilə qoyulmuşdur.[3] 2015-ci ildə adını CinemaPlus olaraq dəyişdirmişdir. 2020-ci ildə Azərbaycanca başlamış COVİD-19 pandemiyası səbəbilə 2021-ci ilin oktyabrına qədər fəaliyyətinə fasilə verməli olmuşdu.[4] 2024-cü ildə Mastercard ilə əldə olunmuş razılaşmaya əsasən adını CineMastercard olaraq dəyişdirmişdir.[1]
Haqqında
Kinoteatrlar şəbəkəsinə 9 kinoteatr, 50-dən çox ekran və 5000-dən çox oturacaq daxildir. 3D-kontentini nümayiş etdirmək imkanı olan rəqəmsal proyeksiya sistemi və kinoekranlar ilə təchiz olunub. Həmçinin gücləndirilmiş parlaqlıq və Enhanced 4K Barco təsvirinə malikdir.[5]
Kinoteatrlar şəbəkəsində Platinum Movie Suites konsepsiyası əsasında tamaşaçılara dəridən hazırlanmış, söykənəcəyi arxaya açılan italyan kreslolarda film izləmək və kinoseans zamanı qida və içkilərin sifariş etmək imkanı yaradılmışdır.[5] Azərbaycanda Dolby Atmos texnologiyası ilk dəfə CinemaPlus tərəfindən tətbiq edilmişdir.[5]
CinemaPlus Azərbaycanda yerli dublyajın inkişafı ilə məşğul olur və gündəlik olaraq bu filmlərə bir neçə seans ayırır. Dublaj Cinemazadeh studiyası tərəfindən hazırlanır.[5] Bundan əlavə, açıq havada kino nümayişləri,[6] kino həftələri,[7] filmlər üçün xüsusi nümayişlər[8] keçirilir.
Kinoteatrlar
İstinadlar
Xarici keçidlər
|
---|
İçərişəhər | | |
---|
Saray və malikanələr | |
---|
Məbədlər | Məscidlər | |
---|
Kilsələr | |
---|
Sinaqoqlar | |
---|
|
---|
Muzeylər | |
---|
Heykəllər və memoriallar | |
---|
Əyləncə məkanları | Teatrlar | |
---|
Konsert zalları | |
---|
Kinoteatrlar | |
---|
Stadion və idman mərkəzi | |
---|
|
---|
Bağ və parklar | |
---|
Meydanlar | |
---|