Ömər Əfəndi məscidi — XVIII-XIX əsrlərə aid tarix-memarlıq abidəsi. Azərbaycanda Şəki şəhərində yerləşir[1].
Sovet işğalından sonra məscidin binasından anbar kimi istifadə olunub. 1986-cı ildə məsciddə yanğın baş verib. 1987-ci ildə Şəki şəhərinin Cümə məscidinin imamı Hacı Səlim Əfəndinin təşəbbüsü və yerli camaatın maddi dəstəyi ilə məscid yanğından sonra yenidən bərpa edilib.
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Hazırda məscid ibadətə açıqdır.
Tarixi
XIX əsrdə tikilmiş Ömər Əfəndi məscidi bu günə qədər öz orijinal görüntüsünü qoruyub saxlayıb[2]. Sovet işğalından sonra məscidin binasından anbar kimi istifadə olunub. 1950-ci ildən sonra binadan yenidən məscid kimi istifadə etməyə başlayıblar. 1986-cı ildə məsciddə yanğın baş verib. 1987-ci ildə Şəki şəhərinin Cümə məscidinin imamı Hacı Səlim Əfəndinin təşəbbüsü və yerli camaatın maddi dəstəyi ilə məscid yanğından sonra yenidən bərpa edilib[1].
"Ömər Əfəndi" məscidi dini icması Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ndə qeydiyyata alınıb[3][4].
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[5]
Memarlığı
Ömər Əfəndi məscdinin binası düzbucaaqlı formasındadır. Məscidin fasadı bişmiş kərpic naxışları ilə diqqəti cəlb edir. Fasaddakı kərpic karniz, divar səthindən qabağa çıxan nazik tağlarla işlənmiş pəncərəüstü, bir-birini əvəz edən kərpic və daş hörgü sıralarından ibarət pəncərəarası divarlar onun memarlıq simasını tamamlayır[2].
Məscidin ərazisi 105 kvadrat metrdir. Həyətyanı sahəsi isə 525 kvadrat metrdir. Məscidin tikintisi zamanı çınqıl və bişmiş kərpic kimi yerli tikinti materiallarından istifadə olunub. Məscidin damı dəmir lövhələrlə örtülüb, döşəmə və tavanı taxtadandır.
Məscidin giriş qapısının qarşısında açıq eyvanı var. Namaz qılmağa gələnlər məscidin həyətində yerləşən hovuzda dəstəmaz aldıqdan sonra geniş və işıqlı zalda namaz qılmağa gedirlər[6]. Əsas ibadət zalında 14 pəncərə var. Əsas ibadət zalının qarşısında ümumi sahəsi 80 kvadrat metr olan daha da böyük ibadət otağı var. Bu ərazisinin 45 kvadrat metri qadınlar üçün ayrılıb. Qalan hissəsindən isə dəhliz kimi istifadə olunur.
Məscidin minbəri ağacdan hazırlanıb və nəfis əl naxışları ilə bəzədilib. Nəbati ornamentlərlə bəzədilmiş mehrabın hündürlüyü üç metrdir.
Məscidin bişmiş kərpicdən tikilmiş minarəsi dairəvi formaya malikdir. Hündürlüyü 14 metrdir[7]. Tikintinin əsas tutumuna daxil edilmiş minarənin üzərində kərpiclə işlənmiş bəzək işləri Şəki sənətkarlarının xüsusi memarlıq üslubunu, bacarıq və qabiliyyətlərini özündə əks etdirir[6].
Şəkilləri
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
|
---|
Qalalar | | |
---|
Saraylar | |
---|
Karvansaralar | |
---|
Məscidlər | |
---|
Hamamlar | |
---|
Ev muzeyləri | |
---|
Tarixi evlər | |
---|
Digər | |
---|