Fris Haber

Fris Haber
nid. Fritz Haber
Doğum tarixi
Doğum yeri Breslau, Almaniya
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Bazel, İsveçrə
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Milliyyəti alman[1][2]
Elm sahələri Fiziki kimya
Üzvi kimya
Elmi dərəcəsi
İş yeri Berlin Texniki Universiteti
Təhsili
Elmi rəhbəri Robert Vilhelm Bunzen
Tanınır Fiziki kimya
Üzvlüyü
Mükafatları Dəmir xaç ordeni (1915)
Nobel mükafatı Kimya üzrə Nobel mükafatı (1918)
Vilhelm Eksner medalı (1929)
Rumford medalı (1932)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fris Haber (alm. Fritz Haber‎, 9 dekabr 1868, Breslau — 29 yanvar 1934, Bazel) — yəhudi əsilli alman kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1918).

Fris Haber 1911-ci ilə qədər Karl Boş ilə birlikdə işləyərək,araşdırmaları nəticəsində Haber-Bosch nəzəriyyəsini yaradıb. İnqilab sayılacaq bu kəşf sayəsində onlar birbaşa olaraq hidrogen və azotdan ammonyak sintez etməyi bacardılar. Nəticədə gübrə istehsalının təməl elementlərindən olan ammonium nitrat və potasiumu əldə etməyi həm iqtisadi cəhətdən daha effektiv etdilər, həm də əldə olunma prosesini daha asan formaya saldılar.[5]

Haber, Birinci Dünya müharibəsi,xüsusilə İkinci İpr döyüşü dövründə xlor qazı və digər zəhərli qazların ixtirası və silahlanmada istifadəsi ilə bağlı apardığı ilk illərdəki fəaliyyətinə görə "kimyəvi müharibənin atası" sayılır.

Erkən həyatı və təhsili

Fris Haber Prussiyanın Breslau (indi Polşanın Vrotslav şəhəri) şəhərində maddi imkanları yaxşı olan yəhudi ailəsində anadan olmuşdur.[6]:38 Ailənin övladlarına verdiyi Haber adı bölgədə yayılmış ad idi,ailə məhz bu adı,Haberin Kempnodan olan yun alveri ilə məşğul ulu babası Pinkus Selinq Haberin şərəfinə övladlarına vermişdilər. 13 mart 1812-ci ildə,Pinkus Haber də daxil olmaqla yəhudilər və ailələrinə "yerli vətəndaşlar və Prussiya vətəndaşları kimi davranılmalısı" haqqında tarixi əhəmiyyətli Prussiya fərmanı verildi. Bu cür qaydalara əsasən, Haber ailəsinin üzvləri ticarət, siyasət və hüquq sahələrində hörmətli mövqelər qura bildilər.[7]:3–5

Fris Haber, ailələrinin ciddi müqavimət göstərməsinə baxmayaraq evlənən ilk əmiuşağı Ziqfrid və Paula Haberin oğlu idi.[8] Frisin atası Ziqfrid, boya piqmentleri, boyalar və əczaçılıq sahəsində öz işini qurmuş şəhərdə tanınmış tacir idi.[7]:6 Paula çətin hamiləlik yaşadı və Frisin doğumundan üç həftə sonra öldü,Ziqfrid məyus oldu və Frisi xalalarının himayəsinə verdi.[7]:11 Fris təxminən altı yaşındaykən, Ziqfrid yenidən Hedviq Hamburqer ilə evləndi. Ziqfridin ikinci həyat yoldaşından Els, Helena və Frieda adlı üç qızı var idi. Atası ilə münasibətləri bir o qədər yaxşı olmasa da,amma ögey ana və bacıları ilə münasibətləri yaxın olur.[7]:7

Fris anadan olanda Habers Alman cəmiyyətinə müəyyən dərəcədə assimilyasiya oldu. Fris katolik,protestant,yəhudi tələbələrinin birlikdə təhsil aldığı Cohiyanium məktəbində oxudu.[7]:12 11 yaşında protestant və yəhudi şagirdlərinin bərabər şəkildə oxuduğu sinifdə Müqəddəs Yelizaveta məktəbində təhsil aldı.[7]:14 Ailəsi yəhudi icmasını dəstəkləyib,yəhudi ənənələrini yerinə yetirməyi davam etdirmələrinə baxmayaraq, sinaqoqla güclü əlaqədə deyildilər.[7]:15 Fris Haber yəhudi kimi yox,daha çox alman kimi tanınır.[7]:15

Fris Haber, 1886-cı ilin sentyabrında Breslaudakı Müqəddəs Yelizaveta liseyində imtahanlarını müvəffəqiyyətlə verdi.[7]:16 Atası onun boya şirkətində işləməyini arzulasa da, atasın Frisin kimya təhsili üçün Berlindəki Fridrix Vilhelm Universitetində (bu gün Berlin Humboldt Universiteti adlandırılır) Kimya İnstitutunun direktoru Avqust Vilhelm Hofmannın yanında kimya təhsili almasına icazə verdi.[7]:17 Haber Berlində keçirdiyi ilk qış semestrində (1886–87) uğur qazana bilmədi və 1887-ci ildə təhsilini Heydelberq Universitetində Robert Vilhelm Bunzenin yanında oxuyaraq davam etdirdi.[7]:18 Daha sonra Berlinə, Şarlottenburq Texniki Kollecinə (bu gün Berlin Texniki Universiteti adlanır) qayıtdı.[7]:19

1889-cu ilin yayında Haber, Altıncı Sahə Topçu alayında qanunən tələb olunan bir illik könüllü xidmət etmək üçün universiteti buraxmalı oldu.[7]:20 Hərbi xidməti tamamlandıqdan sonra Şarlottenburqa döndü və burada Karl Teodor Liebermannın tələbəsi oldu. Haber, Liebermannın üzvi kimya mövzusunda mühazirələrindən əlavə Otto Vittin boyaların kimyəvi texnologiyasına dair mühazirələrinə də qatıldı.[7]:21

Liebermann, Haberi 1891-ci ildə Ueber einige Derivate des Piperonals (Bir neçə heliotropin törəmələr) adlı tezis mövzusu üçün heliotropin ilə reaksiyalar üzərində işləməyi tapşırdı.[9] Haber, 1891-ci ilin mayında, Şarlottenburq hələ doktorluq dərəcəsi almaq üçün akkreditasiya olunmadığından,işini Berlin Universitetinin imtahan heyətinə təqdim etdikdən sonra Fridrix Vilhelm Universitetində doktorluq dərəcəsini aldı.[7]:22

Fris diplomunu aldıqdan sonra Breslauya qayıtdı və atasının kimya biznesində çalışmağa başladı. Lakin atası ilə yola getmədi. Ziqfrid əlaqələri sayəsində Frisə müxtəlif kimyəvi şirkətlərdə,təcrübə qazanması üçün praktika keçməsinə köməklik göstərdi. Bunlara Grünwald and Company (Budapeşt distilləri), Avstriyanın bir ammonyak-sodium fabriki və Feldmühle kağız və selüloz şirkətləri daxildir. Haber, bu təcrübələrə əsaslanaraq texniki proseslər haqqında daha çox məlumat əldə etməsi lazım olduğunu başa düşdü və atasını Qeorq Luncın yanında Sürixdəki Politexnik Kollecində (indiki İsveçrə Federal Texnologiya İnstitutu) təhsilini davam etdirməsinə inandıra bildi.[7]:27–29 1892-ci ilin payızında Haber atasının şirkətində işləmək üçün yenidən Breslauya qayıtdı, lakin ata-oğul heç cürə yola gedə bilmirdi və Ziqfrid nəhayət birlikdə yaxşı çalışa bilmədiklərini qəbul etdi.[7]:30–31

Erkən karyerası

Haber daha sonra akademik təyinat istədi, əvvəlcə 1892-1894-cü illər arasında Yena Universitetində Lyudviq Norrun müstəqil assistantı vəzifəsində çalışmışdır.[7]:32 Yenada olduğu müddətdə Haber daha yaxşı akademik və ya hərbi mövqe qazanma şansını artırmaq üçün yəhudilikdən lüteranlığa döndü.[7]:33 Norr, Haberi Karlsrue Texniki İnstitutunun kimya professoru, boyanın kimyəvi texnologiyası və boya sənayesi və tekstil üçün sintetik materialların araşdırılması ilə çox maraqlanan Karl Enqlerə tövsiyə etdi.[7]:33 Enqler Haberi 1894-cü ildə Haberə assistanlıq edən Karlsruedəki iş yoldaşı Hans Bunteyə yönləndirdi.[7]:40[10]

Bunte, Haberə karbohidrogenlərin termal parçalanmasını araşdırmasını təklif etdi. Diqqətli kəmiyyət analizləri edərək, Haber, "karbon-karbon birləşməsinin istilik sabitliyinin aromatik birləşmələrdəki karbon-hidrogen birləşməsindən daha yüksək və alifatik birləşmələrdə daha kiçikdir", deyərək karbohidrogenlərin piroliz tədqiqatında klassik nəticəni təsbit edə bildi. Bu iş, Haberin habilitasiya tezisi oldu.[7]:40

Boyer texnologiyası sahəsi ilə əlaqəli tədris vəzifələrini icra edən və qazların yanması üzərində işlərini davam etdirən Haber,Bunte institutunda privatdosent olaraq təyin edildi. 1896-cı ildə universitet, boya texnologiyasındakı inkişafları öyrənmək üçün Silesiya, SaksoniyaAvstriyaya getməsində ona dəstək oldu.[7]:41

1897-ci ildə Haber elektrokimyadakı inkişafları öyrənmək üçün oxşar səyahət etdi.[7]:41 Bir müddət ərazi ilə maraqlandı,elektrokimyafiziki kimya mövzusunda nəzəri mühazirələr oxuyan başqa bir özəl mütəxəssis Hans Laqqin ilə işlədi. Haberin 1898-ci ildə çıxan kitabı Grundriss der technischen Elektrochemie auf theoretischer Grundlage (nəzəri əsaslara əsaslanan texniki elektrokimyanın xülasəsi) xüsusilə nitrobenzolun azaldılması ilə bağlı işləri diqqət çəkdi. Kitabın ön sözündə Haber 5 dekabr 1899-cu ildə vəfat edən Laqqinə təşəkkürünü bildirir. Haber, Leypsiqdəki Vilhelm Ostvaldın tələbəsi və daha sonra onun assistenti olan Georq Brediq də daxil olmaqla, bölgədəki digərləri ilə əməkdaşlıq etdi.[7]:43

Bunte və Enqler, Haberin tədris fəaliyyətinin daha da təsdiqlənməsi üçün verilən müraciəti dəstəklədilər və 6 dekabr 1898-ci ildə, Haber, Böyük hersoq Fridrix fon Badenin əmri ilə onun Extraordinarius və dosent adına sərmayə qoyuldu.[7]:44

Haber Karlsruedə olarkən müxtəlif sahələrdə çalışmış və bir çox sahələrə əhəmiyyətli töhfələr vermişdir. Boya və tekstil sahəsində,o və Fridrix Bran, Adolf Holz tərəfindən hazırlanan tekstil çap proseslərindəki addımları nəzəri olaraq izah edə bildilər. Karl Enqler ilə apardığı müzakirələr Haberi,quru və nəm otoksidləşmə arasındakı fərq, elektrokimyəvi baxımdan otoksidləşməni izah etməyə məcbur etdi. Haberin sərt cisimlərin reaksiya termodinamikasını araşdırması Faradey qanunlarının kristal duzların elektrolizinə uyğun olduğunu təsdiqlədi. Bu iş şüşə elektrod və elektrolitik potensialın ölçülməsi üçün nəzəri əsaslara gətirib çıxardı. Haberin elektrokimyəvi reduksiyanın geri dönməz və bərpa olunan formaları üzərində işi elektrokimya sahəsində klassik hesab olunur. Həm də nadir metalların passivliyini və elektrik cərəyanının metalların korroziyasına təsirlərini öyrənmişdir.[7]:55 Bundan əlavə, Haber ikinci Thermodynamik technischer Gasreaktionen: sieben Vorlesungen (1905) trans adlı kitabını çıxarır. Texniki qaz reaksiyalarının termodinamikası: yeddi mühazirə (1908), daha sonra kimyəvi termodinamika sahəsində "dəqiqlik və kritik fikir modeli" olaraq qəbul edildi.[7]:56–58

1906-cı ildə Karlsrue İnstitutunun fiziki kimya kafedrasının müdiri Maks Le Blank, Leypsiq Universitetində vəzifəyə təyin olundu. Axtarış komitəsindən tövsiyələr alındıqdan sonra Badendəki Təhsil Nazirliyi, təklifi qəbul edən Fris Haberə Karlsruedə fiziki kimya üzrə tam professorluğu təklif etdi.[7]:61

Nobel mükafatı

1894-1911-ci illərdə Karlsrue Texniki İnstitutunda işlədiyi müddətdə Haber və köməkçisi Robert Le Rossiqnol, yüksək temperatur və təzyiq şəraitində hidrogen və atmosfer azotundan ammonyakın katalitik əmələ gəlməsi olan Haber-Boş nəzəriyyəsini icad etdilər.[11] Nəticədə gübrə istehsalının təməl elementlərindən olan ammonium nitrat və potasiumu əldə etməyi həm iqtisadi cəhətdən daha effektiv etdilər, həm də əldə olunma prosesini daha asan formaya saldılar.[5] Bu kəşf, sistem tarazlıqda olduqda və ona təsir edən amillərdən biri dəyişdirildikdə sistemin dəyişmənin təsirini minimuma endirərək cavab verəcəyini bildirən 1884-cü ildə elan edilmiş Le Châtelier nəzəriyyəsinin birbaşa nəticəsidir. Nikel üzərində əsaslı katalizatorda ammonyakın necə ayrılacağı məlum olduğundan, Le Châtelier-in yüksək temperatur və təzyiqdə ammonyak istehsal etmək üçün reaksiyanın geri çevrilə biləcəyi nəzəriyyəsindən qaynaqlana bilər (Anri Lui Le Şatelyenin özünü sınamış olduğu, lakin texniki işçisinin oksigen qəbul etməsi ilə əlaqəli partlayış səbəbiylə özünü öldürməsindən sonra imtina etdiyi müddət).

Geniş miqyaslı ammonyak istehsalı prosesini daha da inkişaf etdirmək üçün Haber sənayeyə müraciət etdi.[11] BASF-da Karl Boş ilə komanda halında, ticari miqdarda ammonyak istehsal etmək üçün proses uğurla genişləndirildi. Haber-Boş nəzəriyyəsi kimya sənayesində yeni mərhələ oldu. Əvvəllər məhdud təbii yataqlardan ammonyak alınmasından asılı olan gübrə və kimyəvi xammal kimi azot əsaslı məhsulların istehsalı,indi asanlıqla əldə edilə bilən, bol bir baza - atmosfer azotundan istifadə etməklə mümkün oldu.[12] Çox az miqdarda azot əsaslı gübrə istehsal etmək bacarığı, daha çox kənd təsərrüfatı məhsullarının həcmcə böyüməsinin və milyardlarla insanın acından ölməsinin qarşısını aldı.[13]

Ammonyak istehsalının yeni yolunun kəşfi digər iqtisadi sahələrə də təsir göstərmişdir. Çili, natrium nitrit (kaliçe) kimi təbii yataqların əsas (və demək olar ki, unikal) istehsalçısı olmuşdur. Haber prosesinin tətbiqindən sonra Çilidə təbii olaraq çıxarılan nitrit istehsalı, 1925-ci ildə 14,133 işçi tərəfindən istehsal edilən 2,5 milyon tondan 800 milyon tona düşdü və 1934-cü ildə 19 dollar / tondan satıldı.[14]

Sintetik azot gübrəsinin illik dünya istehsalı hazırda 100 milyon tondan çoxdur. Mövcud dünya əhalisinin yarısının qida bazası Haber-Boş prosesinə əsaslanır.[13]

Haber bu işinə görə 1918-ci ildə Kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (1919-cu ildə isə mükafatı almışdır).[15] Nobel mükafatını alarkən Haber çıxışında; "Bəlkə də bu həll son deyil. Azot bakteriyaları bizə,hələ necə təqlid edəcəyimizi bilmədiyimiz təbiətin, canlı maddə kimyasının öz inkişaf etmiş formaları ilə başa düşdüyünü və istifadə etdiyini öyrədir."[16]

Haber yanma reaksiyaları, qızılın dəniz suyundan ayrılması, adsorbsiya effektləri, elektrokimya və sərbəst radikal tədqiqatları ilə bağlı araşdırmalarda da fəal idi. 1911-1933-cü illərdəki işlərinin böyük bir hissəsi Berlin-Dahlemdəki Kayser Vilhelm Fiziki kimya və Elektrokimya İnstitutunda edildi. 1953-cü ildə institutun adı ona görə dəyişdirildi. Bəzən səhvən, əvvəlcə MDMA-nı sintez etdiyi deyilir (ilk dəfə 1912-ci ildə dünyanın ən qədim dərman, kimyəvi və bioloji şirkəti Merck KGaA-nın kimyaçısı Anton Kölliş tərəfindən sintez edilmişdir).[17]

I Dünya müharibəsi

Haber I Dünya Müharibəsini sevinclə qarşıladı, 92 digər Alman ziyalı ilə birlikdə 1914-cü ilin oktyabrında 93 manifestini imzaladı.[18] Haber, 1907-ci il Haaqa Konvensiyasında (Almaniyanın da imzaladığı) toplardan istifadə edilməsinə dair qərar verilməsinə baxmayaraq, I Dünya müharibəsində ballistik olmayan kimyəvi silahların yaradılması və inkişaf etdirilməsində böyük rol oynadı. Kapitan rütbəsinə yüksəldi və müharibə başladıqdan dərhal sonra Hərbi Nazirlikdə Kimya bölməsinin müdiri oldu.[7]:133 Mövqe müharibəsində istifadə üçün xlor qazı və digər ölümcül qazlar hazırlayan qruplara rəhbərlik etməklə yanaşı, Haber,[19] Belçikadakı İkinci İpr döyüşündə (22 aprel - 25 may 1915) ilk dəfə Alman ordusu tərəfindən sərbəst buraxıldığı zaman bu qruplar şəxsən onun əlində idi.[7]:138 Haber, bu cür silahlardan qorunmaq üçün adsorban filtrləri olan qaz maskalarının inkişafına da köməklik göstərdi.

Kimyəvi müharibə üçün Otto Petersonun rəhbərliyi altında Haber və Fridrix Kersçbaumun müşaviri olduğu xüsusi birlik, komanda (Pioneer Regiments 35 and 36) yaradıldı. Haber bu birliyə fizikləri, kimyaçıları və digər elm adamlarını aktiv şəkildə cəlb etdi. Gələcəyin Nobel mükafatçıları Ceyms Frank, Qustav Lyudviq Hers və Otto Han Haberin kimyəvi silahlılar dəstəsində xidmət edirdilər.[7]:136–138 1914 və 1915-ci illərdə, İkinci İpr döyüşündən əvvəl,Haberin bölməsi, Fransızların Alman əsgərlərinə qarşı kimyəvi silah olduğu güman edilən turpinit barədə xəbərləri araşdıramağa başladı.[20]

Birinci Dünya müharibəsindəki kimyəvi müharibə, müəyyən mənada, Haberin Fransız Nobel mükafatı laureatışısı kimyaçı Viktor Qrinayara qarşı çıxması ilə kimyaçıların müharibəsi idi. Müharibə və sülhlə əlaqədar olaraq, Haber bir dəfə "barış dövründə bir alim dünyaya aiddir, ancaq müharibə dövründə ölkəsinə aiddir" dedi. Bu, o zaman kimyaçıların üzləşdiyi etik problemlərin bir nümunəsi idi.[21]

Haber, Birinci Dünya müharibəsi dövründəki xidmətindən qürur duyan vətənpərvər bir Alman idi. Ona Haberin, 25 il əvvəl məcburi hərbi xidmət zamanı rədd edildiyi Kayzer tərəfindən kapitan rütbəsi verildi.[22]

Zəhərli qazın təsirlərinin araşdırmalarında, Haber uzun müddət zəhərli qazın aşağı konsentrasiyasına məruz qalmağın çox vaxt qısa müddət ərzində yüksək konsentrasiyaya məruz qalma ilə eyni təsiri (ölüm) olduğunu qeyd etdi. Qaz konsentrasiyası ilə lazımi məruz qalma müddəti arasında sadə riyazi əlaqə qurdu. Bu yanaşma Haber qaydası olaraq bilinir.[23][24]

Haber, ölümün onsuzda ölüm olduğunu,hər şəkildə vurularaq və tarixə istinad edildiyini söyləyərək,kimyəvi müharibəni insanlığa sığmadığı iddialarına qarşı müdafiə etdi: "Cəngavərin odlu silahı olan adama göstərdiyi rədd cavabı, polad güllə ilə ona atəş açan əsgərdə kimyəvi silahlarla qarşılaşan adama qarşı təkrarlanır. Kimyəvi silahlar uçan dəmir parçalarından daha qəddar deyil; əksinə, ölümcül kimyəvi xəstəliklər nisbətən daha azdır, kəsiklər,yaralar yoxdur".[25] 1920-ci illərdə onun institutunda çalışan elm adamları, xüsusilə taxıl anbarlarında fumiqant kimi böcək dərmanı kimi istifadə olunan sianid turşusu formulalı,antifidantlar kimi istifadə olunanan Siklon A hazırladılar.[26]

Haber, II Dünya müharibəsindən əvvəl Almaniyada kimyəvi silahların hazırlanmasında iştirakına görə həm müasirlərindən, xüsusilə Albert Eynşteyndən çox tənqid aldı.[27][28]

Şəxsi həyatı və ailəsi

Klara Immervar

Haber, Klara Immervarla 1889-cu ildə Breslauda hərbi xidmətdə olarkən tanış oldu. Klara şəkər fabrikinə sahib kimyaçının qızı idi və Breslau Universitetində kimya üzrə fəlsəfə doktorluğu alan ilk qadın idi.[7]:20 1897-ci ildə,o, Haberlə nişanlanmadan bir neçə il əvvəl,iudaizimlikdən imtina edərək xristianlığı qəbul etdi. Onlar 3 avqust 1901-ci ildə evləndilər;[7]:46 oğulları Hermann 1 iyun 1902-ci ildə anadan oldu.[7]:173

Klara qadın hüquqları müdafiəçisi və bəzi məlumatlara görə pasifist idi. Ağıllı və idealist insan olan Klara,evləndikdən və karyerasını itirdikdən sonra getdikcə depressiyaya halları ilə üzləşdi.[29][30][31] 2 may 1915-ci ildə,Haber ilə olan mübahisədən sonra Klara, xidmət tapançası ilə ürəyindən vuraraq intihar edir. Dərhal ölməyir və səsləri eşidən 12 yaşlı oğlu Hermann tərəfindən tapılır.[7]:176

Onun intiharı bir çox söz-söhbətlərə səbəb oldu. Evliliyi stresli davam edirdi[29][30][31] və onun Haberin kimyəvi müharibədə işinə qarşı çıxdığı iddia edildi. Bu fikrə görə,onun intiharı, qismən Haberin İkinci İpr döyüşü zamanı xlor qazının ilk uğurlu istifadəsini şəxsən nəzarət etməsinə və 67.000-dən çox itki ilə nəticələnməsinə cavab ola bilər.[32][33] Haber,Rusiya Ordusuna qarşı qazın buraxılmasına nəzarət etmək üçün,bir neçə gün ərzində Şərq cəbhəsinə yola düşdü.[34][35] Dalemdə dəfn olunan Klaranın cəsədi,sonradan ərinin xahişi ilə Baselə köçürüldü və orada dəfn edildi.[7]:176

Haber, ikinci həyat yoldaşı Şarlotte Natan ilə 25 oktyabr 1917-də Berlində evləndi.[7]:183 Şarlotte də, Klara kimi, Haberlə evlənmədən əvvəl iudaizmlikdən imtina edərək xristianlığı qəbul etdi.[7]:183 Cütlüyün Eva-Şarlotte və Lüdviq-Fris ("Lutz") adlı iki övladı olur.[7]:186 Bu ailəsində də problemlər yaşayan Haber 1927-ci il 6 dekabr tarixində boşanır.[7]:188

Hermann Haber 1941-ci ilə qədər Fransada yaşadı, lakin Fransa vətəndaşlığını ala bilmədi. Almaniya II Dünya müharibəsi zamanı Fransanı işğal edəndə, Hermann, həyat yoldaşı və üç qızı ilə,islah əmək düşərgəsindən Marseldən Karib hövzəsinə gedən Fransız gəmisində qaçdılar. Oradan ABŞ-yə köçməyə imkan verən vizalar aldılar. Hermanın həyat yoldaşı Marqarette müharibə bitdikdən sonra öldü və Hermann 1946-cı ildə intihar etdi.[7]:182–183 Kimyaçı olan ən böyük qızı Kleyr, 1949-cu ildə intihar etdi; o, atom bombası üzərində işə üstünlük verdiyi üçün, xlor qazının təsirləri azaldan panzəhər araşdırmasını kənara qoymuşdu.[36]

Fris Haberin digər oğlu Lüdviq Fris Haber (1921-2004), görkəmli İngilis iqtisadçısı oldu və Birinci Dünya müharibəsində, The Poisonous Cloud (1986) kimyəvi müharibə tarixini yazdı.[37]

1950-ci illərdə İngiltərə qayıdan qızı Eva,uzun müdddət Keniyada yaşamışdı. Üç övladı, beş nəvəsi və səkkiz nəticəsi olan Eva 2015-ci ildə vəfat etdi.

Haber ailəsinin bir neçə üzvü Nasist həbs düşərgələrində öldü,aralarında bacısı Friedanın qızı Hild Qlaksksmann,əri və iki uşağı da var idi.[7]:235

Dünya müharibələri arasında

1919-1923-cü illərdə Haber, Hüqo Stoltzenberq ilə işləmək və kimyəvi qazların inkişafında həm İspaniyaya, həm də Rusiyaya kömək etməklə Almaniyanın kimyəvi silahlarının gizli hazırlanmasında iştirak edirdi.[7]:169

1919-1925-ci illərdə Almaniyanın Yaponiyadakı səfiri Vilhelm Henrix Zolfun maddi sıxıntılar dövründə alman alimlərinə yapon dəstəyi istəməsinə cavab olaraq, Hoşi Əczaçılıq Şirkətinin prezidenti Hoşi Hajime adlı yapon iş adamı, Kayzer Vilhelm Cəmiyyətinə ‘Yaponiya Fondu’ (Hoshi-Ausschuss) olaraq iki milyon reyxsmark bağışladı. Haberdən fondu idarə etməsi istəndi və Hoşi tərəfindən 1924-cü ildə Yaponiyaya dəvət edildi. Haber, Hoşi şirkətinə bir sıra kimyəvi lisenziyalar təklif etdi, lakin təkliflər rədd edildi. Fonddan gələn pullar Rixard Vilştetter, Maks Plank, Otto Han, Leo Silard və başqalarının işinə dəstək olmaq üçün istifadə edildi.[38]

1920-ci illərdə Haber dəniz suyundan qızıl çıxarmaq üçün bir-sıra metodlar axtardı və mövzu ilə bağlı bir sıra elmi məqalələr dərc etdi. İllərdir davam edən araşdırmalardan sonra dəniz suyunda əridilmiş qızılın konsentrasiyasının əvvəlki tədqiqatçılar tərəfindən edilən araşdırmalar nəticəsində nisbətən daha az olduğu və dəniz suyundan qızıl çıxarılmasının qənaətcil olmadığı qənaətinə gəlindi.[6]:91–98

1931-ci ildən Haber, Almaniyada Milli Sosializmin yüksəlməsindən, dostlarının, iş yoldaşlarının və ailəsinin mümkün təhlükəsizliyindən getdikcə daha çox narahat idi. 7 aprel 1933-cü il tarixli Peşəkar Dövlət Xidmətinin Bərpası Qanununa əsasən Kayser Wilhelm Cəmiyyətindəki yəhudi alimləri xüsusilə hədəf alındı. Zeitschrift für die gesamte Naturwissenschaft ın ("Bütün təbiət elmləri üçün jurnal") "Dahlemdə Kayzer Vilhelm İnstitutlarının qurulması yəhudilərin fiziki elmlərə axınının başlanğıcı idi. Kayzer Vilhelm İnstitutunun Fizika və Elektrokimya İnstitutunun müdirliyi, 0 zamanın yəhudi möhtəkiri Koppelin qardaşı oğlu yəhudi F. Haberə verildi" (Koppelin həqiqətdə Haberlə əlaqəsi yox idi.).[7]:277–280 Haber bu yüksəlişlərdən təəccübləndi, çünki Birinci Dünya müharibəsi dövründə xristianlığı qəbul etməsi və dövlətə göstərdiyi xidmətlər onu Alman vətənpərvəri olmasını düşündürdü. Bütün yəhudi işçilərini işdən çıxarmaq əmri verildi, Haber,gedəcəkləri yeri tapmaq üçün gedişlərini təxirə salmağa çalışdı. 30 aprel 1933-cü il tarixindən etibarən Haber, milli və Prussiya Təhsil Naziri Bernhard Rusta və Kayzer Cilhelm Cəmiyyətinin prezidenti Maks Plankdan Kayzer Vilhelm İnstitutunun direktoru vəzifəsindən çıxarılmasını və 1 oktyabr 1933-cü ildən etibarən universitetdə professor olaraq çalışmasını istədi. O, yəhudi olaraq qanunən öz vəzifəsində qalma haqqına sahib olsa da, artıq bunu etmək istəmədiyini bildirdi.[7]:280

Haber,oğlu Hermann da Haberin Almaniyadakı internat məktəbində oxuyan Şarlotte Natandan olan uşaqlarının ölkəni tərk etmələrini tələb etdilər. İngiltərə vətəndaşı oldu.[7]:181 Şarlotte və uşaqları 1933 və ya 1934-cü illərdə Birləşmiş Krallığa köçdülər. Müharibədən sonra Şarlottenin uşaqları İngiltərə vətəndaşı oldular.[7]:188–189

Ölümü

İsveçrənin Bazel şəhərindəki Hörnli qəbiristanlığında Fris Haber və Klara Haberin (née Immerwahr) qəbri.

Haber 1933-cü ilin avqustunda Dahlemdən ayrılaraq,qısa müddətliyinə Paris, İspaniya və İsveçrədə yaşadı. Bu səyahətlərdə sağlamlığı son dərəcə pisləşdi və nəticədə infarktdan əziyyət çəkdi.[7]:288

Bu vaxt I Dünya müharibəsi illərində Haberin İngiltərədəki tərəfdaşları və rəqibləri olan elm adamlarından bəziləri indi onun və digərlərinin Almaniyanı tərk etməsinə köməklik etdilər. Briqadir Harold Hartli,Ser Uilyam Cekson Papa və Frederik Corc Donnan, Haberin İngiltərənin Kembric şəhərinə rəsmi olaraq dəvət edilməsini təşkil etdilər.[7]:287–288 Orada,assistenti Josef Veys ilə Haber bir neçə ay yaşadı və çalışdı. Ernest Rezerford kimi alimlər Haberin zəhərli qaz müharibəsində iştirakını heç də bağışlamırdılar: Ruzherford onunla əl sıxışmaqdan açıq şəkildə imtina etdi.[39]

1933-cü ildə Haberin İngiltərədə qısa bir müddət qalması zamanı Xaim Veysman ona Fələstin mandatlığında,Rexovotdakı Ziv Araşdırma İnstitutunda (indiki Veysman İnstitutu) rəhbərlik təklif etdi. Təklifi qəbul etdi və 1934-cü ilin yanvarında bacısı Els Haber Freyhan ilə səyahət edərək Orta Şərqə getdi. Lakin xəstəliyinə yenildi və və 29 yanvar 1934-cü ildə 65 yaşında, ürək çatışmazlığından, Bazeldə, oteldə vəfat etdi.[7]:299–300

Haberin vəsiyətindən sonra Haber və Klaranın oğlu Hermann, 29 sentyabr 1934-cü ildə Haberin Bazelin Hörnli qəbiristanlığında yandırılaraq basdırılmasını təşkil etdi və Klaranın sümüklərinin Dahlemdən gətirilərək,27 yanvar 1937-ci ildə onunla bir yerdə dəfn etdilər.[7][40]

İrsi

Fris Haber böyük şəxsi kitabxanasını 29 yanvar 1936-cı ildə Fris Haber Kitabxanasını ayrıldığı Ziv İnstitutuna (Veysman İnstitutuna) vəsiyyət etdi. Hermann Haber kitabxanasının köçürməsinə köməklik etdi.[7]:182

1981-ci ildə Maks Plank Cəmiyyətinin Minerva təməli və Yerusəlim Yəhudi Universiteti öz Kimya İnstitutunun bazasında Fris Haber Molekulyar Dinamika Tədqiqat Mərkəzini qurdu. Məqsəd, İsrail-Alman molekulyar dinamikası sahəsində elmi əməkdaşlığın inkişafı idi. Mərkəzin kitabxanasına Fris Haber Kitabxanası da deyilir, lakin Ziv (indiki Veysman) İnstitutunun 1936-cı ildəki eyni kitabxanası ilə əlaqəsinin olub olmadığı aydın deyil.

İnstitut onun işləri ilə yaxından maraqlanmaraq , Dahlemdəki (Berlin ətrafı) keçmiş Kayzer Vilhelm Fiziki Kimya və Elektrokimya İnstitutu, 1953-cü ildə Fris Haber İnstitutu adlandırıldı və bu Maks Plank Cəmiyyətinin bir hissəsidir.

Mükafatları və təltifləri

İstinadlar

  1. "Fritz Haber". NNDB.com. 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-09.
  2. Bowlby, Chris. "Fritz Haber: Jewish chemist whose work led to Zyklon B". BBC News. 12 April 2011. 18 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 January 2021.
  3. 1 2 NNDB (ing.). 2002.
  4. Find a Grave (ing.). 1996.
  5. 1 2 "Milyonları xilas edib, həyatına son qoyan elm adamı" (az.). 2021-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-03.
  6. 1 2 3 4 5 6 7 Morris Goran, The Story of Fritz Haber, Norman: Univ. of Oklahoma Press, 1967.
  7. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 Stoltzenberg, Dietrich. Fritz Haber : Chemist, Nobel laureate, German, Jew. Philadelphia: Chemical Heritage Foundation. 2004. ISBN 978-0-941901-24-6.
  8. Charles, Daniel. Master mind : the rise and fall of Fritz Haber, the Nobel laureate who launched the age of chemical warfare (1.). New York, NY: Ecco. 2005. ISBN 978-0-06-056272-4. 7 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 September 2014.
  9. "Ueber einige Derivate des piperonals (cover)". 8 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 September 2014.
  10. 1 2 "Fritz Haber – Biographical". Nobelprize.org. Nobel Media AB 2014. 12 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 September 2014.
  11. 1 2 Hager, Thomas. The Alchemy of Air. New York City: Three Rivers Press. 2008. səh. 90. ISBN 978-0-307-35179-1.
  12. Technology & economics: Papers commemorating Ralph Landau's service to the National Academy of Engineering. Washington, D.C.: National Academy Press. 1991. səh. 110. ISBN 978-0-309-04397-7.
  13. 1 2 Albrecht, Jörg (2008) "Brot und Kriege aus der Luft" Arxivləşdirilib 2022-05-03 at the Wayback Machine. Frankfurter Allgemeine Sonntagszeitung. p. 77 (Data from "Nature Geosience").
  14. Collier, Simon; Sater, William F. A history of Chile, 1808–2002 (2nd). Cambridge, England: Cambridge University Press. 2004. ISBN 0521827493.
  15. "The Nobel Prize in Chemistry 1918". Nobelprize.org. Nobel Media AB 2014. 7 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 September 2014.
  16. Smil, Vaclav. Enriching the Earth Fritz Haber, Carl Bosch, and the Transformation of World Food Production. Cambridge, Massachusetts: The MIT Press. February 27, 2004. səh. 231. ISBN 978-0262693134.
  17. Benzenhöfer, U; Passie, T. "The early history of "Ecstasy"" (PDF). Der Nervenarzt. 77 (1). 2006: 95–6, 98–9. doi:10.1007/s00115-005-2001-y. PMID 16397805. 2009-09-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-12.
  18. Grundmann, Siegfried. The Einstein Dossiers. Berlin: Springer. 2005.
  19. Gross, Daniel A. "Chemical Warfare: From the European Battlefield to the American Laboratory". Distillations. 1 (1). Spring 2015: 16–23. 22 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 March 2018.
  20. Richter, Donald C. Chemical Soldiers: British Gas Warfare in World War I. University Press of Kansas: 1992. Page 6.
  21. Novak, Igor. Science and History // Science : a many-splendored thing. Singapore: World Scientific. 2011. 247–316. doi:10.1142/9789814304757_0004. ISBN 978-9814304740.
  22. Coffey, Patrick. Cathedrals of Science: The Personalities and Rivalries That Made Modern Chemistry. Oxford University Press. 29 August 2008. 102–. ISBN 978-0-19-971746-0. 3 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2021.
  23. Gad, Shayne C.; Kaplan, Harold L. Combustion Toxicology. CRC Press. 2 October 1990. 99–. ISBN 978-1-4398-0532-9. 3 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2021.
  24. Salem, Harry; Katz, Sidney A. Inhalation Toxicology, Third Edition. CRC Press. 2014. 130–. ISBN 978-1-4665-5273-9. 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-10.
  25. Haber, Fritz (1924). Die Chemie im Kriege: Fünf Vorträge (1920–1923) über Giftgas, Sprengstoff und Kunstdünger im Ersten Weltkrieg. Berlin: Comino Verlag (reprint 2020), p. 50. ISBN 978-3-945831-26-7
  26. Szöllösi-Janze, M. "Pesticides and war: the case of Fritz Haber". European Review. 9 (1). 2001: 97–108. doi:10.1017/S1062798701000096.
  27. Shapin, Steven. "Tod aus Luft". London Review of Books. 28 (2). 26 January 2006: 7–8. 20 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 April 2017.
  28. Charles, Daniel. Between genius and genocide : the tragedy of Fritz Haber, father of chemical warfare. London: Pimlico. 2006. ISBN 978-1844130924.
  29. 1 2 Creese, Mary R. S. Creese; Creese, Thomas M. Ladies in the Laboratory II: West European women in science, 1800 – 1900 : a survey of their contributions to research. Lanham, Md.: Scarecrow Press. 2004. 143–145. ISBN 978-0810849792. 2021-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.
  30. 1 2 Friedrich, Bretislav; Hoffmann, Dieter. "Clara Haber, nee Immerwahr (1870-1915): Life, Work and Legacy". Zeitschrift für Anorganische und Allgemeine Chemie. 642 (6). March 2016: 437–448. doi:10.1002/zaac.201600035. PMC 4825402. PMID 27099403.
  31. 1 2 Carty, Ryan. "Casualty of War". Chemical Heritage Magazine. 30 (2). 2012. 20 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2018.
  32. Hobbes, Nicholas. Essential Militaria. Atlantic Books. 2003. ISBN 978-1-84354-229-2.
  33. Albarelli, H.P. A terrible mistake : the murder of Frank Olson, and the CIA's secret cold war experiments (1st). Walterville, OR: Trine Day. 2009. ISBN 978-0-9777953-7-6. İstifadə tarixi: 9 September 2014.
  34. Huxtable, R. J. "Reflections: Fritz Haber and the ambiguity of ethics" (PDF). Proceedings Western Pharmacology Soc. 45. 2002: 1–3. PMID 12434507. 7 April 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2 April 2014.
  35. Stern, Fritz; Charles, Daniel; Nasser, Latif; Kaufman, Fred. "How Do You Solve a Problem Like Fritz Haber?". Radiolab (Müsahibə). Interviewed by Jad Abumrad, Robert Krulwich. New York, NY: WNYC. 9 January 2012. 20 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2014.
  36. Clapp, Susannah. "The Forbidden Zone review – poisoned by a 'higher form of killing'". the Guardian (ingilis). 5 June 2016. 29 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 September 2018.
  37. "Lutz F. Haber (1921–2004)" (PDF). University of Illinois at Urbana-Champaign. 12 June 2010 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 11 February 2008.
  38. Sprang, Christian; Kato, Tetsuro. Japanese-German Relations 1895-1945. Routledge. 2006. səh. 127. ISBN 041545705X.
  39. "Remembering Controversial Chemist Fritz Haber". The Chemical Blog. Archived from the original on 16 October 2014. İstifadə tarixi: 23 January 2017.
  40. A photograph of their gravestone in Hörnli Cemetery, Basel can also be found in the book written by Stoltzenberg.
  41. "Book of Members, 1780–2010: Chapter B" (PDF). American Academy of Arts and Sciences. 28 September 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 September 2014.
  42. Colby, Frank. The New International Year Book: A Compendium of the World's Progress for the year 1918. New York: Dodd, Mead and Company. 1919. səh. 125. 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
  43. 1 2 Wisniak, Jaime. "Fritz Haber – A Conflict Chemist" (PDF). Indian Journal of History of Science. 37 (2). 2002: 153–173. 17 October 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 16 September 2014.
  44. Fegley, Bruce; Osborne, Rose. Practical chemical thermodynamics for geoscientists. New York: Academic Press. 2008. səh. 43. ISBN 978-0122511004. 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
  45. "Fritz Haber". www.nasonline.org. 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
  46. Report of the National Academy of Sciences. Washington: U.S. Govt. Print. Off. 1935. səh. 11. 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
  47. "Fritz Haber". National Academy of Sciences. 29 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 September 2014.

Həmçinin bax

Ədəbiyyat

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!