Arne Tiselius

Arne Tiselius
isv. Arne Wilhelm Kaurin Tiselius
Doğum tarixi 10 avqust 1902(1902-08-10)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 29 oktyabr 1971(1971-10-29)[3][1][…] (69 yaşında)
Vəfat səbəbi ürək tutması
Elm sahəsi biokimya
İş yeri
Təhsili
Elmi rəhbəri Teodor Svedberq
Üzvlüyü
Mükafatları Kimya üzrə "Nobel" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arne Tiselius (10 avqust 1902[1][2][…], Stokholm[3]29 oktyabr 1971[3][1][…]) — isveç kimyaçısı.

Həyatı

İsveç kimyaçısı Arne Vilhelm Kaurin Tiselius 1902-ci ilin avqustun 10-da Stokholmda anadan olmuşdur. 1925-ci ildə Upsal universitetini bitirmişdir. Həmin universitetdə işləmiş, 1938-ci ildən professor vəzifəsində çalışmış, 1951-ci ildən biokimya institutunun direktoru olmuşdur. 1946-1950-ci illərdə təbiət elmləri sahəsində tədqiqatlar sahəsində İsveç dövlət şurasının sədri olmuşdur. O, 1971-ci ilin oktyabrın 29-da vəfat etmişdir.

Elmi fəaliyyəti

Əsas elmi işləri adsorbsiya və elektroforezə həsr olunmuşdur.

1931-1935-ci illərdə frontal adsorbsiyalı xromatoqrafiya üsulunu yaratmışdır. Bu üsulun köməyi ilə aminturşular, peptidlər, karbohidratlardan ibarət qarışığın keyfiyyət və miqdari analizini apara bilmişdir. 1935-ci ildə elektroforez sahəsində apardığı tədqiqatlar nəticəsində biokalloidlərin müxtəlif modifikasiyalı elektroforetik analizini işləyib hazırlamışdır (mikroelektroforez, kağız üzərində elektroforez, immunoelektroforez). Biokimyada bir sıra tətbiqi məsələləri həll etmək üçün elektroforetik üsulu tətbiq etmişdir. Belə məsələlərə normal və pataloji zərdabların tədqiqi və ayrılması, təmiz zülalların və qarışıqlarının, fermentlərin, nukleoproteid-lərin, nuklein turşularının və aminturşuların tədqiqi və ayrılması aiddir. İmmunoelektroforezin köməyi ilə qanın normal zərdabının zülal strukturunun öyrənilməsinin əsasını qoydu və qan zərdabından 3 müxtəlif zülalı ayırdı (indi qan zərdabından 20-dən çox zülal tapılmışdır).

İş fəaliyyəti

1951-1955-ci illərdə Beynəlxalq nəzəri və tətbiqi kimya ittifaqının prezidenti olmuşdur. 1960-1971-ci illərdə kimya üzrə Nobel komitəsinin prezidenti olmuşdur. Bir çox elmlər akademiyalarının və elmi cəmiyyətlərin üzvü olmuşdur.

Nobel ilə mükafatlandırılma

Tiselius 1948-ci ildə “elektroforezin və adsorbsiyalı analizin tədqiqinə, xüsusən zərdabın zülallarının kompleks təbiəti ilə əlaqədar olan kəşfə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.

İstinadlar

  1. 1 2 3 4 Arne Tiselius // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Arne Wilhelm Kaurin Tiselius // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 3 4 Тиселиус Арне // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 http://czlonkowie.pan.pl/czlonkowie/sites/WynikiWyszukiwania.html?s=TISELIUS,%20Arne%20.
  5. 1 2 www.pas.va (ing.).

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!