Tomas Steys (ing. Thomas Steitz; 23 avqust 1940[1][2][…], Miluoki, Viskonsin[4][5][…] – 9 oktyabr 2018[3]) — amerikalı biokimyaçı, 2009-cu ildə Venkatraman Ramakrişnan və Ada Yonat ilə bərabər "Ribosomun strukturu və funksiyası üzrə tədqiqatlarına görə" kimya üzrə Nobel mükafatı laureatı adına layiq görülmüşdür.[7]
ABŞ Milli Elmlər Akademiyasının (1990-cı ildən),[8] Amerika İncəsənət və Elmlər Akademiyasının (1990-cı ildən), London Kral Cəmiyyətinin (2011-ci ildən) əcnəbi üzvüdür.[9]
Bioqrafiyası
Tomas Steys 23 avqust 1940-cı ildə Miluokidə (ABŞ) anadan olmuşdur. O, Lourens Kollecində (Appleton, Viskonsin) kimya üzrə bakalavr dərəcəsini (BA, 1962), Harvard Universitetində molekulyar biologiya və biokimya üzrə doktorluq dərəcəsini (Ph. D.) almışdır.
Kimya professoru kimi T. Steys 1986-cı ildən Yel Universitetində və Howard Hughes Tibb İnstitutunda molekulyar biofizika və biokimya kafedralarında çalışmışdır. O, Yel Universitetinin molekulyar biofizika və biokimya üzrə professoru olan Joan A. Steitz ilə evlənmişdir. Onlar Konnektikut ştatının Branford şəhərində yaşayırdılar və Con adlı bir oğulları var idi.
Mükafatları
- 1980-ci il — Amerika Kimya Cəmiyyəti adından Pfizer Mükafatı[10]
- 2001-ci il — Peter Moore və Harri F. Noller ilə bərabər Rosenstiel Mükafatı
- 2001-ci il — Amerika Elmin İnkişafı Assosiasiyası (AAAS) adından Nyukomb Klivlend Mükafatı
- 2001-ci il — Lawrence Universitetinin Lucia R. Briggs adına Görkəmli Nailiyyət Mükafatı
- 2006-cı il — Keyo Mükafatı
- 2007-ci il — Beynəlxalq Gairdner Mükafatı
- 2009-cu il — Venkatraman Ramakrişnan və Ada Yonat ilə bərabər "Ribosomun strukturu və funksiyalarının tədqiqinə görə" Kimya üzrə Nobel mükafatı
- Digərləri[11]
Sosial fəaliyyəti
2016-cı ildə o, Qrinpis, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərə (GMO) qarşı mübarizəni dayandırmağa çağıran bir məktub imzalamışdır.[12][13][14]
İstinadlar