Emil Fişer
Emil Fişer (9 oktyabr 1852[1][2][…] – 15 iyul 1919[1][2][…], Berlin, Almaniya Federativ Respublikası[3]) — Almaniya kimyaçısı, 1902-ci il Kimya üzrə Nobel mükafatının laureatı.
Həyatı
O, 1852-ci ildə Almaniyanın Oyskirxen şəhərində dünyaya gəlmişdir. Bonn gimnaziyasını fərqlənmə diplomu ilə bitirmiş, oradakı universitetinə daxil olmuşdur. Dövrün məşhur alimləri-Fridrix Kekule, Avqust Kundt və Paul Qrotdan dərs almışdır. Müəllimi Kekulenin təsirilə kimyadan ayrılıb fizika sahəsinə keçsə də, 1872-ci ildə Strasburq Universitetində təhsilini davam etdirərkən Fişer yenidən kimya ilə maraqlanmağa başlamış, keçirdiyi müxtəlif təcrübələr nəticəsində fenilhidrazini (ətirli hidrazinlər qrupuna aiddir) ixtira edərək məşhurlaşmışdır. 22 yaşında elmlər doktoru adına layiq görülmüş və Strasburq Universitetində müəllim kimi fəaliyyətə başlamışdır.
Fəaliyyəti
Bir müddət burada çalışdıqdan sonra Münhen Universitetinə təyinat almış, burada bir sıra təcrübələr aparmışdır. Üzvi boyaların quruluşunu öyrənən alim onları fenilhidrazinin köməyilə araşdırmışdır. Uzun müddət Münhendə çalışdıqdan sonra Erlangen Universitetində kimya professoru vəzifəsinə keçmişdir. Orada da elmi tədqiqatlarını davam etdirən Fişer kofein, teobromin, quanin və sidik turşusu kimi üzvi birləşmələr üzərində təcrübələr aparmışdır. O, nuklein turşularının tərkibindəki quaninin rəngsiz kristal maddədən ibarət olduğunu ixtira etmiş və ona "purin" adını vermişdir.
Bu sahədə tədqiqatlarını davam etdirərək, purin qrupundan bir sıra üzvi birləşmələrin sintezinə müvəffəq olmuşdur. O yazırdı: "İnsan orqanizmi müdhiş laborotoriyadır. Burada ağlagəlməz sayda maddələrin sintezi baş verir. Zülallar, yağlar, karbohidratlar digər maddələri yaratmaq və onlara enerji vermək üçün parçalanırlar. Bəşəriyyət bu proseslərin sirrini açmaq istəyir, lakin biz məqsəddən hələ də xeyli uzaqdayıq. Bu sirləri açmaq üçün iki yol var, ya orqanizmin həyat fəaliyyəti nəticəsində əmələ gəlmiş maddələri tədqiq etmək, ya da hüceyrənin istehsal etdiyi maddələri sintez etməyə çalışmaq".
1885-ci ildə Vürtsburq Universitetində işləyən Fişer burada da purinlə bağlı tədqiqatlarını davam etdirmiş, həmçinin şəkər molekullarında stereokimyəvi problemlərlə də məşğul olmuşdur. 1874-cü ildə Yakob Vant-Qoffun karbon atomlarının asimmetrik yerləşməsi barədə hazırladığı nəzəriyyəyə əsaslanan Fişer şəkər qrupu atomlarının bütün mümkün transformasiya üsullarını tapmışdır.
1890-cı ildə o, laboratoriya şəraitində mannoza, fruktoza və qlükozanı sintez etməyə müvəffəq olmuşdu. Alim tədqiqatlar zamanı üzvi turşuları beşxlorlu fosforla birləşdirərkən yüksək reaksiya qabiliyyətlərinə malik yeni xloridləri aşkar etmişdir. Təcrübələr zamanı Fişer sidik turşusundan trixlopurini, onu kalium və yodlu hidrogenlə birləşdirərkən isə ksantini almışdı. Ksantini metil turşusu ilə birləşdirən zaman o, rəngsiz, kristallik, acı dadı olan və təbiətdə qəhvə dənələrində, çay yarpaqlarında mövcud olan kofeini əldə etmişdi. Sonrakı təcrübələr zamanı kimyəvi kofeinin təbii olanla eyniliyi aşkar edilmişdi.
1892-ci ildə Berlin Universitetinin Kimya İnstitutunun direktoru təyin edilən alim ömrünün sonunadək bu vəzifəni yerinə yetirmişdi. Burada çalışarkən fermentlərlə də məşğul olmuş və onların yalnız özlərinə uyğun gələn maddələrlə reaksiyaya girdiyini aşkar etmişdir. Zülalların tədqiqatı zamanı, onların tərkibindəki aminturşuları tapmış, daha sonra peptidləri (aminturşuların kombinasiyalarını) sintez etmiş, hidroliz (kimyəvi əlaqənin pozulduğu və suyun birləşdiyi kimyəvi reaksiya) zamanı aminturşuların sayına və tiplərinə əsaslanaraq zülalların qırxdan artıq növünü sinifləndirmişdir.
Emil German Fişer 1902-ci ildə "saxarin və purin qrupu maddələrinin sintezi sahəsində əldə etdiyi uğura görə" Nobel Komitəsi tərəfindən Nobel Kimya Mükafatına layiq görülmüşdü. O, təltifetmə mərasimində gördüyü iş haqqında demişdir: "Təbiətin sirlərini qoruyan pərdə tədricən qalxmaqdadır, lakin bu fikri hələlik yalnız karbohidratlara aid etmək olar. Əldə edilmiş bütün uğurlara baxmayaraq üzvi kimya elmi daha çətin maddələri-zülalları tam öyrənməyənədək həyatın sirri ortadan qalxmayacaqdır".
Fişer Rokfeller fondunun yardımı ilə 1911-ci ildə Fiziki Kimya və Elektrokimya, üç il sonra isə Kömürün Araşdırılması İnstitutlarını yaratmışdır, lakin Birinci Dünya müharibəsi zamanı kimyəvi maddələr çatışmadığına görə laboratoriya işini dayandırmışdı.
Elmi – təşkilati fəaliyyəti
- Prussiya Elmlər Akademiyasının üzvü və Almaniya Kimya Cəmiyyətinin prezidenti olmuşdur.
- 1899-cu ildə Fişer Peterburq Elmlər Akademiyasının xarici müxbir üzvü seçilmişdir.
Təltif və mükafatları
- Emil Fişer London Kral Cəmiyyətinin Devi medalı,
- Prussiyanın "Xidmətlərinə görə" və Maksimillian ordenləri,
- Oslo, Mançester, Brüssel və Kembric universitetlərinin fəxri doktoru adına layiq görülmüşdür.
- Elmə verdiyi töhfələrə görə Fişer 1906-cı ildə Alman kimya cəmiyyətinin Hoffman adına medalına layiq görülmüşdür,
- 1913-cü ildə Franklin Institutunun Eliot Kresson Qızıl medalına layiq görülmüşdür.
Elmi kəşfləri
- 1875-ci il - fenil hidrazinin sintezi. Bu birləşmə aldehid və ketonlar üçün reaktiv kimi istifadə olunmuş, sonra da mo- nosaxaridlərin identifikasiyası üçün tətbiq edilmişdir.
- 1882-ci il - purin birləşmələrinin qurulu- şunun öyrənilməsi. Bu işlər sonralar kofeinin, teobrominin və s. sintezinə gətirib çıxardı.
- 1884-cü ildən başlayaraq karbohidratların miqyaslı tədqiqi, tərkibin və strukturun təyin edilməsi, nomenklaturanın işlənib hazırlanması.
- 1890-cı il - üzüm və meyvə şəkərinin sintezi.
- 1894-cü il - kimyəvi birləşmələrin sintezi üçün fermentlərin istifadəsi.
- 1899-cu ildən başlayaraq zülalların kimyası üzrə tədqiqatlar.
- 1901-ci il – amin turşuların analizinin efır metodunun işlənib hazırlanması, valin, prolin və oksiprolin amin turşuların kəşfı.
- 1902-cü il - dietilbarbitur turşusunun (veronal, barbital) kəşfi.
- 1907-ci il - polipeptidlərin kəşfi.
Ölümü
1919-cu ildə ölmüşdür.
İstinadlar
|
---|
1901 - Yakob Vant-Hoff • 1902 - Emil Fişer • 1903 - Svante Arrenius • 1904 - Uilyam Ramzay • 1905 - Adolf fon Bayer • 1906 - Anri Muassan • 1907 - Eduard Buxner • 1908 - Ernest Rezerford • 1909 - Vilhelm Ostvald • 1910 - Otto Vallax • 1911 - Mariya Küri • 1912 - Viktor Qrinyar, Pol Sabatye • 1913 - Alfred Verner • 1914 - Teodor Riçards • 1915 - Rixard Vilştetter • 1916-17 verilməmişdir • 1918 - Fris Haber • 1919 verilməmişdir • 1920 - Valter Nernst • 1921 - Frederik Soddi • 1922 - Frensis Aston • 1923 - Frits Preql • 1924 verilməmişdir • 1925 - Rixard Ziqmondi • 1926 - Teodor Svedberq • 1927 - Henrix Viland • 1928 - Adolf Vindaus • 1929 - Artur Qarden, Hans fon Eyler-Helpin • 1930 - Hans Fişer • 1931 - Karl Boş, Fridrix Bergius • 1932 - İrvinq Lenqmür • 1933 verilməmişdir • 1934 - Harold Yuri • 1935 - Frederik Jolio-Küri, İren Jolio-Küri • 1936 - Peter Debay • 1937 - Volter Xouors, Paul Karrer • 1938 - Rixard Kun • 1939 - Adolf Butenandt, Leopold Rujiçka • 1940-42 verilməmişdir • 1943 - Georq de Heveşi • 1944 - Otto Qan • 1945 - Artturi Virtanen • 1946 - Ceyms Samner, Con Nortrop, Uendell Stenli • 1947 - Robert Robinson • 1948 - Arne Tiselius • 1949 - Uilyam Ciok • 1950 - Otto Dils, Kurt Alder • 1951 - Edvin Makmillan, Qlenn Siborq • 1952 - Arçer Martin, Riçard Sinq • 1953 - German Ştaudinger • 1954 - Laynus Polinq • 1955 - Vinsent dü Vinyo • 1956 - Siril Hinşelvud, Nikolay Semyonov • 1957 - Aleksander Todd • 1958 - Frederik Senger • 1959 - Yaroslav Geyrovski • 1960 - Uillard Libbi • 1961 - Melvin Kalvin • 1962 - Maks Peruts, Con Kendrü • 1963 - Karl Tsiqler, Culio Natta • 1964 - Doroti Kroufut-Hojkin • 1965 - Robert Vudvord • 1966 - Robert Malliken • 1967 - Manfred Eygen, Ronald Norriş, Corc Porter • 1968 - Lars Onsager • 1969 - Derek Barton, Odd Hassel • 1970 - Luis Leluar • 1971 - Gerxard Hertsberq • 1972 - Kristian Anfinsen, Stanford Mur, Uilyam Stayn • 1973 - Ernst Fişer, Cefri Uilkinson • 1974 - Pol Flori • 1975 - Con Kornfort, Vladimir Preloq • 1976 - Uilyam Lipskomb • 1977 - İlya Priqojin • 1978 - Piter Mitçell • 1979 - Herbert Braun, Georq Vittiq • 1980 - Pol Berq, Volter Gilbert, Frederik Senger • 1981 - Keniti Fukui, Roald Hofman • 1982 - Aaron Kluq • 1983 - Henri Taube • 1984 - Robert Merrifild • 1985 - Herbert Hauptman, Cerom Karle • 1986 - Dadli Herşbax, Yan Li, Con Polani • 1987 - Donald Kram, Jan Len, Çarlz Pedersen • 1988 - Yohann Dayzenhofer, Robert Huber, Xartmut Mixel • 1989 - Sidni Oltmen, Tomas Çek • 1990 - Elays Kori • 1991 - Riçard Ernst • 1992 - Rudolf Markus • 1993 - Keri Mullis, Maykl Smit • 1994 - Corc Olax • 1995 - Paul Krutsen, Mario Molina, Şervud Rouland • 1996 - Robert Kerl, Harold Kroto, Riçard Smell • 1997 - Pol Boyer, Con Uoker, Yens Skou • 1998 - Volter Kon, Con Popl • 1999 - Əhməd Zevail • 2000 - Alan Higer, Alan Makdayarmid, Xideki Şırakava • 2001 - Uilyam Nouls, Ryori Noyori, Karl Şarpless • 2002 - Con Fenn, Koiçi Tanaka, Kurt Vütrix • 2003 - Piter Eyqr, Roderik Makkinnon • 2004 - Aaron Sixanover, Avram Herşko, İrvin Roz • 2005 - Robert Qrubbs, Riçard Şrok, İv Şoven • 2006 - Rocer Kornberq • 2007 - Gerxard Ertl • 2008 - Osama Simomura, Martin Çalfi, Rocer Tsien • 2009 - Venkatraman Ramakrişnan, Tomas Steys, Ada Yonat 2015- Əziz Sancar • 2016- Jan-Pyer Savaj, Frezer Stoddart, Bernard Feringa • 2017- Jak Düboşe, Yoahim Frank, Riçard Henderson • 2018- Frensis Arnold, Corc Smit, Qreq Uinter • 2019- Con Qudenaf, Stenli Uittingem , Akira Yosino • 2020- Emmanüel Şarpantye, Cennifer Dudna |
|
|