Frezer Stoddart

Frezer Stoddart
ing. James Fraser Stoddart
Doğum tarixi 24 may 1942(1942-05-24)[2][3][…] (82 yaş)
Doğum yeri
Elm sahələri Supramolekulyar kataliz[1], üzvi kimya[1], Stereokimya[1]
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Cəngavər bakalavrı
Kimya üzrə "Nobel" mükafatı
stoddart.northwestern.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Frezer Stoddart (24 may 1942[2][3][…], Edinburq) — Şotland və Amerika kimyaçısı, Şimal-Qərb Universitetinin professoru, Supramolekulyar kimya və nanotexnologiyalar sahəsində mütəxəssis, Jan-Pyer Savaj və Bernard Feringa ilə birlikdə 2016-cı il kimya üzrə Nobel mükafatçısı.[6][7][8]

Təhsil və erkən həyatı

Frezer Stoddart 24 may 1942-ci ildə Şotlandiyanın Edinburq şəhərində Tom və Jean Stoddartın ailəsində anadan olub.[9] S. Frezer etiraf edir ki, uşaqlıq illərində tapmacalara və oyuncaqla tikinti tikməyə həvəsinin olması,  onun molekulyar quruluşa marağının əsasını məhz bunun təşkil etdiyinə inanırdı.[10] Frezer Stoddart utancaq,  sakit və gənc idi.[11]

İbtidai təhsilini Midlotian ştatının Carrington şəhərindəki yerli kənd məktəbində almışdır. Daha sonra Edinburqdakı Melville Kollecində təhsilini davam etdirdi.[12][13]

O, 1960-cı ildə Edinburq Universitetində təhsil almağa başladı, burada ilkin olaraq kimya, fizika və riyaziyyatı mükəmməl öyrəndi. O, 1964-cü ildə kimya üzrə bakalavr dərəcəsi, daha sonra 1966-cı ildə[14] Edinburq Universitetinin Edmund Lengli Hirst və DMV Andersonun[15] rəhbərliyi altında akasiyalarda təbii qatranların tədqiqi mövzusunda tədqiqatlarına görə doktorluq dərəcəsi aldı.[16]

Karyerası

1967-ci ildə Milli Tədqiqat Şurasının elmi işçisi kimi Kuins Universitetinə (Kanada) getdi. 1970-ci ildə o, kimya üzrə müəllim kimi akademik heyətə qoşulmazdan əvvəl Imperial Chemical Industries (ICI) şirkətindən elmi işçi kimi Şeffild Universitetinə köçdü. 1978-ci ilin əvvəlində o, Los-Ancelesdəki Kaliforniya Universitetinin (UCLA) Kimya və Biokimya Departamentində Elmi Tədqiqat Şurasında baş elmi işçi kimi dəvət olundu. Daha sonra 1978-ci ildə Runcorndakı ICI Korporativ Laboratoriyasına köçürüldü.

O, ilk dəfə İngiltərədə mexaniki olaraq əlaqəli molekulları araşdırmağa başladı və nəticədə molekulyar maşınlara çevrildi.[17] Üç illik işinin sonunda o, Şeffildə[18] qayıtdı və burada 1982-ci ildə dosent vəzifəsinə yüksəldi. O, 1980-ci ildə Edinburq Universitetində[19] molekuldan kənar stereokimya sahəsində tədqiqatına görə fəlsəfə doktoru dərəcəsi almışdır. 1990-cı ildə Birmingem Universitetinin Üzvi kimya kafedrasına keçdi və orada Kimya fakültəsinin rəhbəri oldu (1993–1997il), buna qədər isə Koliforniya Universitetinə köçməzdən əvvəl 1997-ci ildə Nobel mükafatı laureatı Donald Kramdan sonra Sola Vinşteyni kimya professoru kimi orada əvəz etdi.[20][21] 2002-ci ilin iyul ayında o, Kaliforniya Nanosistemlər İnstitutunun (CNSI) birgə direktoru vəzifəsini icra etdi. 2003-cü ilin may ayından 2007-ci ilin avqust ayına kimi Fred Kavli adına olan Nanosistem Elmləri Departamentinin rəhbəri və CNSI-nin direktoru vəzifəsində çalışıb.[22]

2008-ci ildə Mexanostereokimya Qrupunu qurdu və Şimal-Qərb Universitetində Kimya üzrə Qəyyumlar Şurasının professoru təyin edildi.[23] 2010-cu ildə Şimal-Qərb Universitetində İnteqrasiya edilmiş Sistemlər Kimyası Mərkəzinin (CCIS) direktoru oldu.[24] 2021-ci ildə o, hidrogenin saxlanması və daşınması ilə bağlı problemlərin həllinə həsr olunmuş H2MOF startapının həmtəsisçisi oldu.[25] 2023-cü ildə HonqKonq Universitetində Kimya Departamentinin professoru kimi işə başlayıb.[26]

Frezer Stoddart-35 il ərzində onun laboratoriyalarında 300-ə yaxın aspirant və doktorantlar yetişdirib.[27]

Şəxsi həyatı

F. Stoddart ABŞBöyük Britaniya vətəndaşıdır. F. Stoddart 1968-ci ildə  Norma Aqnes Şolan ilə evliənmişdi.[28][29][30] F. Stoddartın  həyat yoldaşı Şeffild, BirmingemKaliforniya, Los-Anceles universitetlərində tədqiqat işlərinin aparılmasında köməklik göstərib və burada A. Norma biokimya üzrə fəlsəfə doktoru dərəcəsi alıb.[31] Bu evlilikdən onlarən iki qızı var: Fiona və Alison. 2004-cü ildə Norma Aqnes xərçəngdən ölüb.[32]

Üzvlükləri

Mükafatları

Frezer Stoddart 1992–2002-ci illər arasında ən çox istinad edilən 6-cı kimyaçı idi.[33] 100-dən yuxarı H indeksinə malikdir.[34]

  • 2004-cü il -Naqoya Qızıl Medalı
  • 2007-ci il -Kral Faysal Beynəlxalq Mükafatı
  • 2007-ci il -Albert Eynşteyn Mükafatı
  • 2008-ci il Devi medalı
  • 2008-ci il -Artur Koup Mükafatı
  • 2014-cü il -Yüzillik Mükafatı
  • 2016-cı il — Kimya üzrə Nobel Mükafatı

Sosial fəaliyyəti

2016-cı ildə o, Nobel mükafatı laureatlarının Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərlə (GMO) mübarizəni dayandırmağa çağıran açıq məktubu imzaladı.[35][36][37]

İstinadlar

  1. 1 2 3 4 5 6 Stoddart, J. F. // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 Rogers K. J Fraser Stoddart // Encyclopædia Britannica (ing.).
  3. 1 2 James Fraser Stoddart // Brockhauz Ensiklopediyası (alm.).
  4. 1 2 Montenegro A. ORCID Public Data File 2023. 2023. doi:10.23640/07243.24204912.V1
  5. 1 2 Fellows Directory (brit. ing.).
  6. Нобелевскую премию по химии присудили за синтез молекулярных машин. INTERFAX. RU (5 октября 2016). Дата обращения: 6 октября 2016. Архивировано 6 октября 2016 года.
  7. Нобелевскую премию по химии дали за "самые маленькие машины". РБК (5 октября 2016). Дата обращения: 6 октября 2016. Архивировано 5 октября 2016 года.
  8. Федорова О. Невидимые машины завоёвывают мир // Наука и жизнь. — 2016. — № 12. — С. 2–7. — ISSN 0028–1263. — URL: http://www.nkj.ru/archive/articles/30093/ Архивная копия от 8 января 2017 на Wayback Machine
  9. Capecelatro, Alex N. (2007). "От Auld Reekie до City of Angels и все Meccano между ними: Взгляд на жизнь и разум сэра Фрейзера Стоддарта" (PDF). UCLA USJ. 20. Архивировано из оригинала (PDF) 31 марта 2016 года. Получено 27 мая 2016 года.
  10. Capecelatro, Alex N. (2007)."От Старого Рики до Города Ангелов и всего конструктора между ними: Взгляд на жизнь и разум сэра Фрейзера Стоддарта"(PDF). UCLA USJ.20. Архивировано изоригинала(PDF)31 марта 2016 г.. Получено 27 мая 2016 г.
  11. "Сэр Дж. Фрейзер Стоддарт – Факты". NobelPrize.org. Получено 18 ноября 2018 г.
  12. Capecelatro, Alex N. (2007)."От Старого Рики до Города Ангелов и всего конструктора между ними: Взгляд на жизнь и разум сэра Фрейзера Стоддарта"(PDF). UCLA USJ.20. Архивировано изоригинала(PDF)31 марта 2016 г.. Получено 27 мая 2016 г.
  13. "It's all Kids Stuff" . FP News, Журнал и Ежегодный Обзор Клуба Стюарта и Мелвилла FP . Клуб бывших учеников Дэниела Стюарта и Мелвилла. Декабрь 2014 г. С. 13–14 . Получено 29 июля 2015 г.
  14. Стоддарт, Джеймс Фрейзер (1967). Исследования растительных камедей группы Acacia (диссертация на степень доктора философии). Эдинбургский университет.
  15. "Джеймс Фрейзер Стоддарт: резюме, полная версия"(PDF).stoddart.northwestern.edu. Архивировано изоригинала(PDF)5 октября 2016 г.
  16. "2005 – Профессор Дж. Фрейзер Стоддарт". Эдинбургский университет. Получено 26 мая 2016 г.
  17. "Сэр Дж. Фрейзер Стоддарт – Факты". NobelPrize.org. Получено 18 ноября 2018 г..
  18. Маркус, Дженнифер (4 января 2007 г.)."Дж. Фрейзер Стоддарт из Калифорнийского университета в Лос-Анджелесе добавляет рыцаря-бакалавра в свой список почетных званий". UCLA Newsroom. Архивировано изоригинала18 февраля 2019 г.. Получено 27 мая 2016 г.
  19. Стоддарт, Джеймс Фрейзер (1980). Некоторые приключения в стереохимии (диссертация доктора наук). Эдинбургский университет. hdl : 1842/14487 . OCLC 605975820 . Значок открытого доступа
  20. "Фрейзер Стоддарт награжден Международной премией имени короля Фейсала за науку 2007 года". Калифорнийский институт наносистем. 17 января 2007 г. Архивировано изоригинала10 февраля 2007 г.
  21. Вольперт, Стюарт (6 ноября 2003 г.)."Химик из Калифорнийского университета в Лос-Анджелесе Фрейзер Стоддарт назначен директором Калифорнийского института наносистем". UCLA Newsroom. Архивировано изоригинала6 октября 2016 г.. Получено 26 мая 2016 г.
  22. Вольперт, Стюарт (6 ноября 2003 г.)."Химик из Калифорнийского университета в Лос-Анджелесе Фрейзер Стоддарт назначен директором Калифорнийского института наносистем". UCLA Newsroom. Архивировано изоригинала6 октября 2016 г.. Получено 26 мая 2016 г.
  23. "Сэр Фрейзер Стоддарт удостоен Нобелевской премии по химии" . news.northwestern.edu .
  24. "Джеймс Фрейзер Стоддарт: Curriculum Vitae, Полная версия" (PDF). stoddart.northwestern.edu. Архивировано из оригинала (PDF) 5 октября 2016 г.
  25. "Наши основатели" . H2MOF . Получено 4 июля 2024 г.
  26. "Нобелевский лауреат, профессор сэр Фрейзер Стоддарт присоединяется к HKU в качестве заведующего кафедрой химии — Все новости — Медиа — HKU" .
  27. "It's all Kids Stuff" . FP News, Журнал и Ежегодный Обзор Клуба Стюарта и Мелвилла FP . Клуб бывших учеников Дэниела Стюарта и Мелвилла. Декабрь 2014 г. С. 13–14 . Получено 29 июля 2015 г.
  28. "СТОДДАРТ, сэр (Джеймс) Фрейзер" . Кто есть кто . Том 1997 (онлайн-Oxford University Press). Оксфорд: A & C Black. (Требуется подписка или членство в публичной библиотеке Великобритании .)
  29. "Выпускник представляет новую премию для аспирантов". Эдинбургский университет. Архивировано изоригинала1 июля 2016 г.. Получено 27 мая 2016 г.
  30. "Норма Стоддарт (некролог)". The Scotsman. 16 февраля 2004 г.. Получено 27 мая 2016 г..
  31. "Некролог – Норма Агнес Стоддарт" . Los Angeles Times . 14 января 2004 . Получено 18 ноября 2018 .
  32. "Сэр Дж. Фрейзер Стоддарт – Факты". NobelPrize.org. Получено 18 ноября 2018 г.
  33. in-cites Архивировано 21 ноября 2008 года.
  34. Источник. Дата обращения: 12 января 2016. Архивировано 4 марта 2016 года.
  35. James Stoddart | Royal Society. Дата обращения: 12 января 2016. Архивировано 15 августа 2016 года.
  36. 107 Nobel laureates sign letter blasting Greenpeace over GMOs. Дата обращения: 6 ноября 2016. Архивировано 29 июня 2016 года.
  37. Laureates Letter Supporting Precision Agriculture (GMOs). Дата обращения: 6 ноября 2016. Архивировано 7 июля 2016 года.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!