Bernard Feringa

Bernard Feringa
nid. Ben Feringa[1]
Doğum adı Bernard Lucas Feringa[1]
Doğum tarixi 18 may 1951(1951-05-18)[1][2] (73 yaş)
Doğum yeri
Elm sahələri üzvi kimya
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Commander of the Order of the Netherlands Lion
Kimya üzrə "Nobel" mükafatı
benferinga.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bernard Feringa (Bernard Lukas Ferinqa; 18 may 1951[1][2], Barger-Kompaskum[d][1]) — üzvi və supramolekulyar kimya sahəsində Hollandiyalı sintetik kimyaçı; Nobel mükafatçısı. 2011-ci ildən Hollandiya Kral Elmlər Akademiyasının vitse-prezidenti. 2016-cı il Kimya üzrə Nobel Mükafatının qalibi (Jan-Pyer SavajFrezer Stoddart ilə paylaşır).[5][6][7] Əsərləri əsasən stereokimya, homogen kataliz və molekulyar nanotexnologiyaya həsr olunub.

Bioqrafiyası

B. Ferinqa fermer Gert Ferinqa (1918–1993) və onun həyat yoldaşı Liz Ferinqa,  (Hake nəslindən olan) (1924–2013) ailəsində 18 may 1951-ci ildə Hollandiyanın Barger-Kompaskuum şəhərində anadan olub. B. Ferinqa katolik ailəsində on qardaşdan ikincisi idi. O, gəncliyini Almaniya sərhəddində, Burtange bataqlıqlarında Barger-Kompascuumda yerləşən ailə fermasında keçirib. O, hollandalman əsillidir

Onun əcdadlarına mühacir Johann Gerhard Beckel daxildir. O, Betti Ferinqa ilə evliydi və bu evlilikdən üç qızı var idi. O, Qroninqen yaxınlığındakı Patersvoldda yaşayır.[8]

Karyerası

B. Ferinqa 1974-cü ildə Qroningen Universitetində Elmlər üzrə Magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdır.[9] Daha sonra 1978-ci ildə həmin universitetdə "Fenolların asimmetrik oksidləşməsi. Atropoizomerləçmə və optik aktivlik" mövzusu üzrə fəlsəfə doktoru adını almışdır.[10] HollandiyadaBöyük Britaniyada Shell şirkətində qısa müddət işlədikdən sonra o, 1984-cü ildə Qroningen Universitetində müəllim, 1988-ci ildən isə professor Vaynberqdən sonra tam professor vəzifəsinə təyin edilib. Onun ilk karyerası homogen kataliz və oksidləşdirici kataliz, xüsusən də stereokimyaya yönəldi, asimmetrik hidrogenləşmədə istifadə edilən monofos liqand,[11] orqanometal reagentlərin asimmetrik konyuqasiya əlavələri, yüksək reaktiv reagentlər, yüksək reaktiv orqanolitium reagentləri  eləcə də üzvi fotokimya və stereokimya da daxil olmaqla, enantioselektiv kataliz sahəsinə böyük töhfələr verdi.

1990-cı illərdə B. Ferinqinin stereokimya sahəsindəki işi fotokimyaya əhəmiyyətli töhfələr verdi, işıqla işləyən ilk biristiqamətli molekulyar fırlanan mühərrikə[12] və daha sonra elektrik impulsları ilə idarə olunan molekulyar avtomobilə (sözdə nanokar) gətirib çıxardı.[13]

B. Ferinqa 30-dan çox patentə malikdir və bu günə qədər 650-dən çox resenziyalı elmi məqalə dərc etdirib, 30.000-dən çox istinad edilib və 90-dan çox H indeksinə malikdir.[14] O, karyerası ərzində 100-dən çox aspirant tələbəyə rəhbərlik edib.[15]

Üzvlükləri

Mükafatlar və fəxri fərmanları

  • 2003 — Körber Mükafatı
  • 2004 — Spinoza Mükafatı
  • 2005 — Prelog Medalı [Almaniya]
  • 2007 — James Flack Norris Mükafatı [Almanca]
  • 2008 ildə — Paracelsus Mükafatı [Almanca]
  • 2008 ildə — Prijs Akademiehoogleraren [Hollandiya]
  • 2009 ildə — Xirallıq Medalı[İngilis dili]
  • 2009 ildə  -Van 't Hoff Mükafat Mühazirəsi[22]
  • 2012 ildə — Chino del Duca Elmi Mükafatı [Almanca][23]
  • 2013 ildə  — Mari Skłodovska-Küri medalı
  • 2013 ildə — Naqoya Qızıl Medalı [Yaponca]
  • 2015 ildə — Gələcək üçün Kimya Solvay Mükafatı[24]
  • 2016 ildə  — Tetrahedron Mükafatı [İngiliscə][25]
  • 2016ildə  — Avqust Vilhelm Hoffman medalı [Almaniya]
  • 2016 ildə  — Kimya üzrə Nobel Mükafatı[26]
  • 2017 ildə  — Yüzillik Mükafatı

Sosial həyatı

2017-ci ildə o, Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərə (GMO) qarşı mübarizəni dayandırmağa çağıran bir məktub imzaladı.[27][28][29]

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 10 Catalogus Professorum Academiae Groninganae. 2014.
  2. 1 2 Gregersen E. Bernard Feringa // Encyclopædia Britannica (ing.).
  3. 1 2 http://www.rug.nl/staff/b.l.feringa/cv.
  4. 1 2 https://royalsociety.org/news/2020/04/outstanding-scientists-elected-as-fellows-and-foreign-members-of-the-royal-society/.
  5. Нобелевскую премию по химии присудили за синтез молекулярных машин. INTERFAX. RU (5 октября 2016). Дата обращения: 6 октября 2016. Архивировано 6 октября 2016 года.
  6. Нобелевскую премию по химии дали за "самые маленькие машины". РБК (5 октября 2016). Дата обращения: 6 октября 2016. Архивировано 5 октября 2016 года.
  7. Федорова О. Невидимые машины завоёвывают мир // Наука и жизнь. — 2016. — № 12. — С. 2–7. — ISSN 0028–1263. — URL: http://www.nkj.ru/archive/articles/30093/ Архивная копия от 8 января 2017 на Wayback Machine
  8. См. немецкую и голландскую Википедию.
  9. Марианна. "Проф. Б. Л. (Бен) Феринга" . www.nwo.nl . Архивировано из оригинала 5 октября 2016 г. . Получено 27 мая 2017 г.
  10. Асимметричное окисление фенолов. Атропоизомерия и оптическая активность . Архивировано из оригинала 6 января 2015 г. Получено 6 января 2015 г.
  11. Ван Ден Берг, М.; Миннаард, Эй Джей; Шудде, Е. П.; Ван Эш, Дж.; Де Врис; АХМ; Де Врис, JG; Феринга, Б. Л. (2000). "Высокоэнантиоселективное гидрирование, катализируемое родием, с монодентатными лигандами" (PDF) . Журнал Американского химического общества . 122 (46): 11539–11540. дои : 10.1021/ja002507f . hdl : 11370/3c92d080-f024–45fe-b997-b100634bd612 . S2CID 95403641 .  
  12. Феринга, Бен Л.; Комура, Нагатоши; Зийлстра, Роберт У. Дж.; ван Делден, Ричард А.; Харада, Нобуюки (1999)."Однонаправленный молекулярный ротор с приводом от света"(PDF). Природа.401(6749): 152–155. Бибкод:1999Natur.401..152K.дои:10.1038/43646.hdl: 11370/d8399fe7–11be-4282–8cd0–7c0adf42c96f . ПМИД10490022. S2CID4412610.  
  13. Кудернац, Тибор; Руангсупапичат, Ноппорн; Паршау, Манфред; Масиа, Беатрис; Катсонис, Натали; Арутюнян, Сюзанна Р.; Эрнст, Карл-Хайнц; Феринга, Бен Л. (2011). "Электрически управляемое направленное движение четырехколесной молекулы на металлической поверхности". Nature.479(7372): 208–211. Bibcode:2011Natur.479..208K.doi:10.1038/nature10587. PMID22071765. S2CID6175720.  
  14. . "webofknowledge.com" . Webofscience™ . Thomson Reuters . Получено 24 января 2015 г. .
  15. "Профессор химии Бен Феринга руководит своим 100-м аспирантом" . Университет Гронингена . 12 декабря 2013 г. Получено 15 января 2015 г.
  16. Feringa, Prof. dr. B. L. (Ben) — KNAW. Дата обращения: 10 сентября 2016. Архивировано 17 марта 2016 года.
  17. Academy of Europe: Feringa Ben. Дата обращения: 10 сентября 2016. Архивировано 19 сентября 2016 года.
  18. Press Releases — American Academy of Arts & Sciences. Дата обращения: 10 сентября 2016. Архивировано 25 июня 2018 года.
  19. National Academy of Sciences Elects Members and Foreign Associates; Historic Number of Women Elected to Its Membership Архивная копия от 19 июня 2020 на Wayback Machine, 30 апреля 2019  (англ.)
  20. Ben Feringa Архивная копия от 23 мая 2020 на Wayback Machine (англ.)
  21. The American Philosophical Society Welcomes New Members for 2024. Дата обращения: 22 мая 2024. Архивировано 22 мая 2024 года.
  22. Van 't Hoff Award Lectures — KNAW. Дата обращения: 24 октября 2016. Архивировано 25 октября 2016 года.
  23. Fondation Simone et Cino del Duca | Grands Prix 2012. Дата обращения: 10 сентября 2016. Архивировано из оригинала 8 декабря 2014 года.
  24. The 2015 Prize | Solvay. Дата обращения: 27 октября 2017. Архивировано 27 октября 2017 года.
  25. Tetrahedron Prize for Creativity. Дата обращения: 23 сентября 2016. Архивировано 5 октября 2016 года.
  26. Press Release: The Nobel Prize in Chemistry 2016. Дата обращения: 5 октября 2016. Архивировано 12 июля 2018 года.
  27. 107 Nobel laureates sign letter blasting Greenpeace over GMOs. Дата обращения: 12 июня 2017. Архивировано 29 июня 2016 года.
  28. Laureates Letter Supporting Precision Agriculture (GMOs). Дата обращения: 12 июня 2017. Архивировано 7 июля 2016 года.
  29. Список нобелевских лауреатов подписавших письмо. Дата обращения: 12 июня 2017. Архивировано 2 сентября 2017 года.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!