Yakob Vant-Hoff
Yakob Vant-Hoff |
---|
nid. Jacobus van 't Hoff | |
Doğum tarixi |
30 avqust 1852(1852-08-30)[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi |
1 mart 1911(1911-03-01)[1][2][…] (58 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi |
vərəm |
Dəfn yeri |
|
Elm sahələri |
fiziki kimya, üzvi kimya |
Elmi dərəcəsi |
|
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü |
- London Kral Cəmiyyəti (1897–),
- Göttingen Elmlər Akademiyası[d],
- Peterburq Elmlər Akademiyası,
- Fransa Elmlər Akademiyası,
- İsveç Kral Elmlər Akademiyası,
- Macarıstan Elmlər Akademiyası,
- Niderland Kral İncəsənət və Elmlər Akademiyası[d],
- Amerika İncəsənət və Elmlər Akademiyası,
- Rusiya Elmlər Akademiyası,
- Prussiya Elmlər Akademiyası[d],
- ABŞ Milli Elmlər Akademiyası (1901–)
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Yakob Henrik vant Hoff (nid. Jacobus Henricus van 't Hoff; 30 avqust 1852[1][2][…], Rotterdam, Cənubi Hollandiya[5][6] – 1 mart 1911[1][2][…], Berlin[6]) — Kimya üzrə Nobel mükafatı almış holland kimyaçı. Kimya üzrə Nobel mükafatının ilk laureatı.
Həyatı
1852-ci ildə Hollandiyanın Rotterdam şəhərində anadan olmuş Yakob Hendrik Vant-Qoff kimya elmi ilə uşaqlıqdan maraqlanmağa başlamışdır. Lakin valideynləri onun kimyaçı olmaq arzusuna qarşı çıxaraq, mühəndis ixtisası üzrə təhsil almağa məcbur etmişlər. O fəlsəfə, poeziya və riyaziyyat elmləri ilə də ciddi maraqlanmış, müəyyən təhsil almışdır.
Təhsilini başa vurduqdan sonra bir müddət qənd zavodunda çalışmış, nəhayət, Bonn Universitetinə daxil olaraq Fridrix Kekulenin rəhbərliyi altında kimya elminin sirlərinə yiyələnmişdir. Onun təhsil aldığı şəhərlər arasında Parisin də adı çəkilir. Dissertasiyasını Utrext Universitetində müdafiə etmiş, 1878-ci ildə isə Amsterdam Universitetinin kimya professoru elmi dərəcəsinə layiq görülmüşdür. Alim sonrakı 18 il ərzində bu universitetdə həftədə beş dəfə üzvi kimyadan, bir dəfə isə mineralogiya, kristalloqrafiya, geologiya və paleontologiyadan mühazirələr oxumuş, həmçinin kimyəvi laboratoriyaya rəhbərlik etmişdir.
Bu illərdə pedaqoji fəaliyyətlə yanaşı, elmi-tədqiqat işlərini də davam etdirmişdir. 1887-ci il də o, Vilhelm Ostvaldla birgə "Fiziki kimya jurnalı" adlı mətbu orqanı yaratmışdır. Bir qədər sonra isə alim Amsterdamdakı pedaqoji və inzibati fəaliyyətinin elmi-tədqiqat işlərinə mane olduğunu anlayaraq, Berlin Universitetinin fiziki kimya professoru vəzifəsi ilə bağlı təklifi qəbul etmiş və alim 1896-cı ildən etibarən Berlin Universitetində çalışmışdır.
Burada fiziki kimyanın istehsalata tətbiqi ilə məşğul olmuş və bu məqsədlə Stasfurt şəhəri ətrafındakı okean duzu yataqlarını tədqiq etmişdir. Həmin yataqlar Birinci Dünya müharibəsinədək bütün Almaniyanın şüşə, keramika, yuyucu vasitələr, sabun və gübrə istehsalının kalium ehtiyacını, demək olar ki, tamamilə təmin etmişdir.
Vant-Qoff biokimyanın bəzi sahələrinin, məsələn, canlı orqanizmlərin həyat fəaliyyəti üçün zəruri olan kimyəvi proseslərdə katalizator rolunu oynayan fermentlərin tədqiqatı ilə də məşğul olmuşdur.
Nobel mükafatına doğru
1901-ci ildə onun elmi fəaliyyətini əsas götürən Nobel Komitəsi, Vant-Qoffu kimya sahəsi üzrə ilk laureat elan etmişdir. Diplomda onun mükafat almasının səbəbi kimi kəşf etdiyi kimyəvi dinamika (Kimyəvi dinamika kimyəvi reaksiyaların hazırlanmasında, aparılmasında, sürətində, tarazlığında və onun dəyişdirilməsində, elektrolitik dissosiasiyada, kənar təsirlərin rolunu öyrənən elmdir. Bu proseslərin hər biri müəyyən həcmdə və təzyiq altında baş verir. Fiziki kimya elminin xüsusi bir sahəsi "termodinamikanın əsasları" adlanır. Yuxarıda sadalanan kimyəvi sahələrin hər biri kimyəvi termodinamikanın qanunlarına əsaslanır) və mayelərdə osmotik təzyiq (osmotik daxildən xaricə olan təzyiq deməkdir, yəni məsələn bitkinin kökü bu təzyiq vasitəsilə torpaqdan suyu özünə çəkir) qanunlarının əhəmiyyətli olması əsas göstərilmişdir. Vant-Qoffa mükafatı İsveç Kral Elmlər Akademiyası adından təqdim edən Odner onu stereokimyanın banisi və kimyəvi dinamika elmi üzrə işlər görənlərdən biri adlandırmış, həmçinin alimin tədqiqatlarının fiziki kimya elmi üçün son dərəcə vacib nəticələr verdiyini vurğulamışdır.
Vant-Qoff Nobel mükafatından əlavə, 1893-cü ildə London Kral cəmiyyətinin "Devi" medalı, 1911-ci ildə Prussiya Elmlər Akademiyasının "Helmhols" medalı ilə təltif edilmişdir. O, Niderlandın Kral, Amerikanın Milli, Fransa və Prussiyanın isə Elmlər Akademiyalarının, Britaniya və Amerika Kimya Cəmiyyətlərinin üzvü, Çikaqo, Harvard və Yell Universitetlərinin fəxri doktoru adlarına layiq görülmüşdür.
Fəlsəfə və poeziyaya da ciddi maraq göstərən Vant-Qoff 1911-ci il martın 1-də Berlində vərəm xəstəliyindən vəfat etmişdir.
Həmçinin bax
|
---|
1901 - Yakob Vant-Hoff • 1902 - Emil Fişer • 1903 - Svante Arrenius • 1904 - Uilyam Ramzay • 1905 - Adolf fon Bayer • 1906 - Anri Muassan • 1907 - Eduard Buxner • 1908 - Ernest Rezerford • 1909 - Vilhelm Ostvald • 1910 - Otto Vallax • 1911 - Mariya Küri • 1912 - Viktor Qrinyar, Pol Sabatye • 1913 - Alfred Verner • 1914 - Teodor Riçards • 1915 - Rixard Vilştetter • 1916-17 verilməmişdir • 1918 - Fris Haber • 1919 verilməmişdir • 1920 - Valter Nernst • 1921 - Frederik Soddi • 1922 - Frensis Aston • 1923 - Frits Preql • 1924 verilməmişdir • 1925 - Rixard Ziqmondi • 1926 - Teodor Svedberq • 1927 - Henrix Viland • 1928 - Adolf Vindaus • 1929 - Artur Qarden, Hans fon Eyler-Helpin • 1930 - Hans Fişer • 1931 - Karl Boş, Fridrix Bergius • 1932 - İrvinq Lenqmür • 1933 verilməmişdir • 1934 - Harold Yuri • 1935 - Frederik Jolio-Küri, İren Jolio-Küri • 1936 - Peter Debay • 1937 - Volter Xouors, Paul Karrer • 1938 - Rixard Kun • 1939 - Adolf Butenandt, Leopold Rujiçka • 1940-42 verilməmişdir • 1943 - Georq de Heveşi • 1944 - Otto Qan • 1945 - Artturi Virtanen • 1946 - Ceyms Samner, Con Nortrop, Uendell Stenli • 1947 - Robert Robinson • 1948 - Arne Tiselius • 1949 - Uilyam Ciok • 1950 - Otto Dils, Kurt Alder • 1951 - Edvin Makmillan, Qlenn Siborq • 1952 - Arçer Martin, Riçard Sinq • 1953 - German Ştaudinger • 1954 - Laynus Polinq • 1955 - Vinsent dü Vinyo • 1956 - Siril Hinşelvud, Nikolay Semyonov • 1957 - Aleksander Todd • 1958 - Frederik Senger • 1959 - Yaroslav Geyrovski • 1960 - Uillard Libbi • 1961 - Melvin Kalvin • 1962 - Maks Peruts, Con Kendrü • 1963 - Karl Tsiqler, Culio Natta • 1964 - Doroti Kroufut-Hojkin • 1965 - Robert Vudvord • 1966 - Robert Malliken • 1967 - Manfred Eygen, Ronald Norriş, Corc Porter • 1968 - Lars Onsager • 1969 - Derek Barton, Odd Hassel • 1970 - Luis Leluar • 1971 - Gerxard Hertsberq • 1972 - Kristian Anfinsen, Stanford Mur, Uilyam Stayn • 1973 - Ernst Fişer, Cefri Uilkinson • 1974 - Pol Flori • 1975 - Con Kornfort, Vladimir Preloq • 1976 - Uilyam Lipskomb • 1977 - İlya Priqojin • 1978 - Piter Mitçell • 1979 - Herbert Braun, Georq Vittiq • 1980 - Pol Berq, Volter Gilbert, Frederik Senger • 1981 - Keniti Fukui, Roald Hofman • 1982 - Aaron Kluq • 1983 - Henri Taube • 1984 - Robert Merrifild • 1985 - Herbert Hauptman, Cerom Karle • 1986 - Dadli Herşbax, Yan Li, Con Polani • 1987 - Donald Kram, Jan Len, Çarlz Pedersen • 1988 - Yohann Dayzenhofer, Robert Huber, Xartmut Mixel • 1989 - Sidni Oltmen, Tomas Çek • 1990 - Elays Kori • 1991 - Riçard Ernst • 1992 - Rudolf Markus • 1993 - Keri Mullis, Maykl Smit • 1994 - Corc Olax • 1995 - Paul Krutsen, Mario Molina, Şervud Rouland • 1996 - Robert Kerl, Harold Kroto, Riçard Smell • 1997 - Pol Boyer, Con Uoker, Yens Skou • 1998 - Volter Kon, Con Popl • 1999 - Əhməd Zevail • 2000 - Alan Higer, Alan Makdayarmid, Xideki Şırakava • 2001 - Uilyam Nouls, Ryori Noyori, Karl Şarpless • 2002 - Con Fenn, Koiçi Tanaka, Kurt Vütrix • 2003 - Piter Eyqr, Roderik Makkinnon • 2004 - Aaron Sixanover, Avram Herşko, İrvin Roz • 2005 - Robert Qrubbs, Riçard Şrok, İv Şoven • 2006 - Rocer Kornberq • 2007 - Gerxard Ertl • 2008 - Osama Simomura, Martin Çalfi, Rocer Tsien • 2009 - Venkatraman Ramakrişnan, Tomas Steys, Ada Yonat 2015- Əziz Sancar • 2016- Jan-Pyer Savaj, Frezer Stoddart, Bernard Feringa • 2017- Jak Düboşe, Yoahim Frank, Riçard Henderson • 2018- Frensis Arnold, Corc Smit, Qreq Uinter • 2019- Con Qudenaf, Stenli Uittingem , Akira Yosino • 2020- Emmanüel Şarpantye, Cennifer Dudna |
İstinadlar
| |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|
Şəcərə və nekropolistika | |
---|
|
|
|