Culio Natta (it. Giulio Natta; 26 fevral 1903[1][2][…] – 2 may 1979[1][2][…], Berqamo, İtaliya[3]) — Nobel mükafatı laureatı, italyan kimyaçı və elm xadimi. 1963-cü ildə yüksək polimerlərlə əlaqədar fəaliyyətlərinə görə Karl Ziqler ilə birlikdə Kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.
Həyatı
İlk illəri
Natta İtaliyanın İmperiya şəhərində anadan olmuşdur. 1924-cü ildə Milandakı Politecnico di Milanoda kimya mühəndisi adını almışdır. 1927-ci ildə isə yenə burada professor olmuşdur. 1933-cü ildə Paviya Universitetində professorluq etmiş və Ümumi Kimya İnstitutunun idarəçisi olmuşdur və 1935-ci ilə qədər burada qalmışdır. 1935-ci ildə Roma La Sapienza Universitetinə fizikokimya professoru olmaq məqsədiylə müraciət etmişdir.
Karyerası
1936 və 1938-ci illərdə Politecnico di Torinoda professorluq etmiş və Sənaye Kimya İnstitutunun idarəçisi olmuşdur. 1938-ci ildə Politecnico di Milano Universitetində kimya mühəndisliyi sahəsinin rəhbərliyinə gətirilmişdir. Nattanın Politecnico di Milanodakı işləri Karl Ziqlerin əvvəlki işlərinin inkişaf etdirilməsini təmin etdi və bu sayədə Ziqler-Natta katalizatoru inkişaf etdirildi. 1963-cü ildə yüksək polimerlər mövzusundakı işləri ilə Karl Ziqler ilə birlikdə Kimya üzrə Nobel mükafatının sahibi olmuşdur.
Şəxsi həyatı
Nattaya 1956-cı ildə Parkinson xəstəliyi diaqnozu qoyuldu. 1963-cü ildə vəziyyəti daha da pisləşdi və Stokholmdakı Nobel Mükafat Mərasiminə oğlunun köməyi ilə qatıldı və çıxışını yoldaşları etməli oldu. Culio Natta 76 yaşında İtaliyanın Berqamo şəhərində vəfat etdi.
İstinadlar
- ↑ 1 2 Giulio Natta // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Giulio Natta // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ www.accademiadellescienze.it (it.).