Əfsərli

Əfsərli
Ölkə  Ermənistan

Əfsərli — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.[1]

Tarixi

Rayon mərkəzindən 17 km məsafədə yerləşir. 1960-cı ildə ləğv edilmişdir.

Toponim əfşar qədim türk tayfasının adına[2][3][4] mənsubluq bildirən -li şəkilçisinin artırılması əsasında əmələ gəlib "əfşar tayfasına mənsub olan yer, ərazi, kənd" mənasını ifadə edir. ş~s və a~ə səs dəyişməsi Azərbaycan dili üçün qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Oxçu çayının sahilində, dağlıq ərazidə yerləşmişdir. Kəndin digər adı "Əvsərli"dir.

Kənddə 1897-ci ildə 92 nəfər, 1926-cı ildə 76 nəfər 1959-cu ildə 101 nəfər azərbaycanlı yaşamışdır. 1960-cı ildə kənd ləğv edilmişdir. Toponim avşar (avsar, Azərbaycan dilində ş~s səs əvəzlənməsi qanunauyğundur) türk tayfasının adına mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlmişdir. "Əfşar" (avşar) tayfasına mənsub olan "yer" mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Hidronimi

Əfsərli çayı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda çay. Hidronim əfşar türk tayfasının adı[5] əsasında əmələ gəlmişdir. Etnohidronimdir.

İstinadlar

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. Kaşğari M. "Divani — lügat — it türk", I cilt, Ankara, 1992. s.56
  3. Гейбуллаев Г.А. К этногенезу азербайджанцев, т.1., Баку, "Элм", 1991. s.40
  4. Qızılbaşlar tarixi (tərcümə və şərhlər M. Ə. Məhəmmədindir), Bakı, "Azərbaycan", 1993. s.32
  5. Kaşğari M. "Divani — lügat — it türk", I cilt, Ankara, 1992. s.56

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!