Tarixən Quqark əyalətinə daxil olmuşdur. Sonra (VIII-X əsrlərdə) Baqratilərin, Zakarianların, XI əsrdən sonra səlcuqların, monqol-tatarların tərkibinə daxil olmuş, XVIII əsrdə Nadir şah Əfşarın tabeliyi altında olmuşdur.
XIX əsr və XX əsrin əvvəllərində Tiflis quberniyasının Loru-Borçalı qəzasında, 1920-29 - cu illərdə Loru-Pəmbək qəzasının tərkibinə daxil olmuşdur. Borçalı çayının sahilində yerləşir. Qafqazın beş verstlik xəritəsində qeyd edilmişdir.
Əhalisi
Əsas sakinləri azərbaycanlılar olmuşdur. Burada azərbaycanlılarla yanaşı, yunanlar və ermənilər də yaşamışdır. Ermənilər buraya 1828-ci ildən sonra köçürülmüşdür. 1831-ci ildə 24 nəfər azərbaycanlı, 1873 - cü ildə 143 nəfər azərbaycanlı, 70 nəfər erməni, 1886-cı ildə 132 nəfər azərbaycanlı, 46 nəfər erməni, 989
nəfər yunan, 1897-ci ildə 187 nəfər azərbaycanlı, 104 erməni, 1100 nəfər yunan yaşamışdır [5]
1918-20-cı illərdə azərbaycanlılar öz doğma torpaqlarından ermənilər tərəfindən qovulmuşdur. 1920-ci il noyabrın 29-da indiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlıların sağ qalanları geri qayıtmışlar. 1922-ci ildə 24 nəfər azərbaycanlı, 87 nəfər erməni, 1242 nəfər yunan, 1926-cı ildə 40 nəfər azərbaycanlı, 6563 nəfər erməni, 1500 nəfər yunan, 1931-ci ildə 272 nəfər azərbaycanlı, 538 nəfər erməni, 1351 nəfər yunan 1970-ci ildə 278 nəfər azərbaycanlı, 21835 nəfər erməni və yunan yaşamışdır.[6]
Azərbaycanlılar 1988-ci ildə ermənilər tərəfindən qovulmuşlar. Yunanlar filiz mədənlərində işləmək üçün bura 1790-cı ildə gəlmişdir. Toponim borçalı türk tayfasına mənsub allahverdi etnonimi adı əsasında əmələ gəlmişdir
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19.IX.1969 - cu il fərmanı ilə adı dəyişdirilib Tumanyan (erməni yazıçısı Hovanes Tumanyan) qoyulmuşdur.
Vahid Novruzov - Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, iqtisad elmləri doktoru, Professor (2000)
↑Ермәнистан ССР хәритәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 96–97.
↑Туманјан Һовһанес // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: Спутник—Фронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 370.
↑Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, 188 səh.