1747-ci ildə Nadir şah Əfşarın sui-qəsdlə öldürülməsi nəticəsində yaranmış yarımmüstəqil feodal dövlətlərdən biri də Borçalı sultanlığı (1747-1801) idi. Yarandığı zaman Qazax və Şəmşəddil sultanlıqları kimi Borçalı sultanlığı da Gəncə xanlığının tərkibinə daxil oldu. Bu zaman Gəncə hakimi Şahverdi xan Ziyadoğlu-Qacar (1747-1756) idi. 1752-ci ildə Şəki hakimi Hacı Çələbi xan Borçalı, Qazax və Şəmşəddil sultanlıqları və Gəncə xanlığını özündən asılı vəziyyətə saldı. 1755-ci ildə Hacı Çələbi xanın ölməsi ilə təkrar Gəncə xanlığının tabeçiliyinə keçən Borçalı sultanlığı Məhəmmədhəsən xan Ziyadoğlu-Qacarın (1756-1778) hakimiyyəti zamanı Gəncə xanlığının tərkibində qalmışdır. Məhəmmədhəsən xan Ziyadoğlu-Qacarın ölümü ilə Borçalı, Qazax və Şəmşəddil sultanlıqları Kartli-Kaxeti çarı II İrakli tərəfindən işğal olundu. 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Tiflisə yürüşündə iştirak edən Cavad xan Qacar Borçalı, Qazax və Şəmşəddil sultanlıqlarını Gəncə xanlığının tabeliyinə qaytardı. 30 yanvar 1801-ci ildə Rusiya İmperiyasının himayəsinə girən Kartli-Kaxeti çarı XII David rus ordusunun köməyi ilə Borçalı, Qazax, Şəmşəddil sultanlıqlarını işğal etdi. 1802-ci ildə Rusiya İmperatoru I Aleksandrın əmri ilə Kartli-Kaxeti çarlığı ləğv olundu. Onun ərazisində 5 qəzanı (уезд) əhatə edən Gürcü quberniyası təşkil edildi. Həmçinin yeni işğal edilmiş üç tatar sultanlığı da ləğv edilmiş və onların yerində üç tatar distansiyası yaradılaraq mərkəzi Tiflis şəhəri olan Gürcü quberniyasının tərkibinə verilmişdi. 10 aprel 1840-cı ildə Gürcüstan quberniyası ləğv edildi, onun yerində Gürcüstan-İmeretiya quberniyası yaradıldı. Bu zaman Borçalı distansiyası da ləğv edilərək torpaqları ərazisi genişləndirilimiş Tiflis qəzasının tərkibnə daxil edilmişdir. 14 dekabr 1846-ci ildə Gürcüstan-İmeretiya quberniyası ləğv edilərək onun ərazisinin bir hissəsində Kutais quberniyası, digər hissəsində isə Tiflis quberniyası yaradıldı. Borçalı ərazisi 1880-ci ilədək Tiflis quberniyasının Tiflis qəzasının tərkibində qalmışdır.
1835-ci ilə aid məlumata əsasən Gürcüstan quberniyasının Borçalı distansiyasının ərazisi 6.000 verst² idi.[2] Bu ümumi ərazisi 40.000[2] verst² olan Gürcüstan quberniyası ərazisinin təxminən 15 %-nə bərabər idi.
1 yanvar 1915-ci il tarixinə Borçalı qəzası 6036.96 verst² ərazini əhatə edirdi.[3] Bu göstərici Tiflis quberniyasının 35904.14[3] verst² olan ümumi ərazisnin təxminən 17 %-nə bərabər idi.
1 yanvar 1926-cı il tarixinə olan məlumata əsasən Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının tərkib hissəsi olan Gürcüstan Sovet Sosialist Respublikasının Borçalı qəzası 2.348 km² ərazini əhatə edirdi.[4] Bu göstərici Gürcüstan Sovet Sosialist Respublikasının 51.739[4] km² olan ümumi ərazisinin 4.54 %-nə bərabər idi. BSE-nin I nəşri, VII cildində verilən məlumata əsasən isə Borçalı qəzası 2.970 km² ərazini əhatə edirdi.[5]
Əhali
1804-cü ildə rus ordusunun apardığı kameral siyahıyaalmaya əsasən Rusiya İmperiyası himayəsində olan Kartli-Kaxeti çarlığının Borçalı distansiyasında 17.759 nəfər (9.396 nəfəri kişilər, 8.363 nəfəri qadınlar) əhali yaşayırdı.[6] Onların 16.195 nəfərini (7.832 nəfəri kişilər, 8.363 nəfəri qadınlar) qara papaq turkleri (azərbaycanlılar) təşkil edirdi.[7]
1835-ci ilə olan məlumata əsasən Borçalı distansiyasında hər iki cinsdən toplam 25 min nəfər əhali yaşayırdı.[2]
↑ 123Статистическое описание Закавказского края. В двух частях одной книгой с присовокуплением статьи "Политическое состояние Закавказского края в исходе XVIII века и сравнение онаго с нынешним". Составитель Орест Евецкий. Напечатано в Типографии Штаба отдельного Корпуса Внутренне стражи, Санкт-Петербург, 1835 г.: Часть 2.Статистическое описание провинций составляющий край Закавказский. Глава I. Грузия, 126.Пространство и население, стр. 130
↑ 12Тифлис, Канцелярии Наместника Кавказского. 1915. "Кавказский календарь на 1916 год"./Оглавление: Глава — Отдел статистики: Пространство и население Кавказского края к 1-му января 1915 г., стр. 42
↑ 12Народный Комиссариат Внутренних дел. Статистический отдел. Москва. 1926. Территориальное и административное деление Союза ССР на 1 января 1926 года.,стр. 196
↑Большая Советская Энциклопедия. Первое издание. Том седьмой. Больница - Буковина. Москва, 31 августа 1927 года, стр. 200
Orijinal mətn (rus.)
БОРЧАЛИНСКИЙ УЕЗД, Грузинской ССР, центр—г. Люксембург (б. Екатериненфельд). Площадь 2.970 км²; 86.494 ж. (1926).
↑Адольф Петрович Берже. Акты, собранные Кавказской Археографической комиссией.
↑Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Первая всеобщая перепись населения Российской Империи 1897 г. Распределение населения по родному языку и уездам Российской Империи кроме губерний Европейской России-Борчалинский уезд - весArxivləşdirilib 2012-08-29 at the Wayback Machine-Источник: Первая Всеобщая перепись населения Российской Империи 1897 г. Таблица XIII. Распределение населения по родному языку. (Губернские итоги). Т.Т.51-89. С.-Петербург: 1903-1905
↑Тифлис, Канцелярии Наместника Кавказского. 1915. "Кавказский календарь на 1916 год"./Оглавление: Глава — Отдел статистики: Пространство и население Кавказского края к 1-му января 1915 г., 42-45 стр.