Ermənistan SSR Mərkəzi İcraiyyə Komitəsinin 3 yanvar 1935-ci il tarixli qərarı ilə şəhərin adı dəyişdirilərək "Oktemberyan" (1917-ci il Oktyabr inqilabının şərəfinə), Ermənistan Respublikası prezidentinin 7 noyabr 1995-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək "Armavir" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin mərkəzidir.
Etimologiyası
"Sərdarabad" toponimi "bir vilayəti idarə edən və dövlət başçısı adından sərəncam vermək hüququna malik olan hakim" mənasında işlənən "sərdar" sözü ilə "abad" sözünün birləşməsindən əmələ gəlib "Sərdarın abad etdiyi, saldığı kənd" mənasını verir. Toponimin tərkibindəki "sərdar" və "abad" ifadəsi kəndin İrəvan xanı tərəfində inşa edildiyini göstərir. Həmin ərazi İrəvan xanlarının mülkü olmuşdur.[3]
Əhalisi
Sərdarabadda ermənilərlə yanaşı, 1897-ci ildə 44 nəfər azərbaycanlı yaşamışdır.[4] Azərbaycanlılar 1905–1906-cı illərdə erməni silahlı birləşmələrinin törətdikləri qırğınlar nəticəsində deportasiya olunmuşlar. Hazırda burada yalnız ermənilər yaşayırlar.[3]
Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.