"Kitabi-Dədə Qorqud"da rast gəlinən yer-yurd adlarının izini Göyçə gölü boyunca hər tərəfdə tapmaq olar. Bu eposda Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlər azərbaycanlıların qədim yaddaşının və mədəniyyətinin izidir. Göyçə mahalı cənubdan – Ağlağan təpəsi, Dəlik, Çənlibel dağları, Səlimgədiyi, şimalda isə Murğuz, Şahdağ silsiləsi ilə əhatə olunmuşdur. Şah dağından baxanda bu mahal ortasına ayna salınmış güllü bir nəlbəkini xatırladırdı. Göyçə mahalı çox qədim zamanlardan bəri el şairlərinin vətəni olmuşdur. Göyçə mahalında yaşayıb-yaratmış saz ustaları aşıq sənətinə yenilməzlik gətirmişlər. Buranın əhalisi şad günlərdə, qəmli anlarda qədim qopuzun varisi olan sazı kökləmiş və onun sədaları ilə ürək çırpıntısını, daxili sızıltısını ifadə etmişdir. Göyçənin elə bir guşəsi yoxdur ki, orada türk-oğuz izlərinə rast gəlinməsin. Toxluca kəndindəki Qanqalı dağı, Göyərçin kəndinin örüşündə Qara Quzeyadlı dağı, Zod aşırımında soyuq bulaq uzaq keçmişdən bu günə kimi oğuz türklərinin daş yaddaşı idi. Göyçə elinin şifahi xalq ədəbiyyatı nümunələrindəki mifoloji varlıqlar haqqında inanclarının kökü qədim dövrə gedərək tanrıçılıq, şamançılıq dünyagörüşünə söykənir. Əyə inancı insanlara sağlamlıq, səadət, bərəkət gətirən ocaq hamisi sayılırdı. Qaraçuxa isə tale, bəxt tanrısıdır. Bu tanrıların simvolları xalça sənətinə də keçmiş, onun naxış-kompozisiya həllində iştirak etmişdir.
İrəvan ərazisindəki dilbər guşələrdən biri də Aşağı Qaranlıq bölgəsi idi. Tamamilə dağlıq ərazidə yerləşən bu bölgənin rəngarəng çiçəkləri sanki təbiətin özünün toxuduğu bir xalı idi. Yanıx, Yuxarı Alçalı, Əyricə, Xartlıq kəndlərində yaşayan Azərbaycan türkləri rəngarəng al-əlvan xalçalar ərsəyə gətirmiş, həmin nümunələr bu günə qədər gəlib çatmışdır.
Göyçə mahalının kəndləri
Bu siyahı 1829–1832-ci illərdə İ. Şopen tərəfindən aparılmış kameral siyahıyaalınmanın nəticələrinə əsasən tərtib edilmiş siyahılardan götürülmüşdür.[1]
Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1997-ci il tarixli "1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" fərmanı
Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı
Петрушевский И. П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI – начале XIX в., Ленинград, 1949
Байбуртян В. А., Армянская колония Новой Джульфы в XYII веке, Иряван, 1969
Тер-Мкртчян Л. Х., Армения под властью Надир шаха. Москва, 1963
Езов Г. А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898
Мамедов С. А., Азербайджан по источникам XV – первой половины XVIII вв., Бакы, 1993 Шопен И., #Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб 1852
Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989
Enikolopov İ. K., Qriboedov i Vostok, İrəvan 1954
Qлинка Н. С., Описания переселения армян Aзербайджанских в пределы России, M.1831
Kemal Beydilli, 1828–1829. Osmanlı – Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler, X T. T. K. konqresinde sunulan tebliğ, Ankara,1986
Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976
Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836
Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Tiflis, 1885
Величко В. Л., Кавказ. Русское дело и междуплеменные вопросы, С. Петербург, 1904
"Армянский геноцид". Миф и реальность. Справочник фактов и документов, Б.1992
Hüsyin Baykara., Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992
Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992
Заварян С., Экономические условия Карабаха и голод 1906–1907 г., Перевод с армянского, С. Петербург, 1907
Готлиб В. В., Тайная дипломатия во время первой мировой войны, М.1960
Suleyman Kocabas, Tarihte Turk-Rus Mucadelesi, Istanbul, 1989
Шахдин И., Дашнакцутюн на службе русской белогвардейщины и английского командования на Кавказе, Bakı, 1990
Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918–1920-ci illər, Bakı, 1993
Məmməd Sadıq Aran. "Qardaş köməyi" məqaləsi;1951; Bax: "Ədəbiyyət və incəsənət" qəzeti, 2 oktyabr 1990-cı il.
Azərbaycan Respublikası MDSPİHA, f.276, s.8, iş 463, v.23; Bax: Bəxtiyar Nəcəfov, Лицо врага (История Армянского национализма в Закавказье в конце XIX начале XX в.), Bakı, 1993
Грибоyедов А., Seçilmiş əsərləri, 2-ci cild, Moskva, 1977.
Kalvalı Həsənov, "And Yerimiz", Bakı-2001
İstinadlar
↑ 12Шопен И. И. "Исторический памятник состояния Армянской области в эпоху присоединения к Российской империи", SPb, 1852.
Mənbə
Vaqif Arzumanlı, Nazim Mustafa. "Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq". Bakı: Qartal, 1998