Qəşəm Novruz oğlu Aslanov (10 aprel 1934, Kəsəmən, Basarkeçər rayonu – 19 noyabr 1984, Bakı) — Azərbaycanın dövlət xadimi; Şuşa, Abşeron və İsmayıllı rayonlarının birinci katibi; SSRİ jurnalisti, SSRİ Jurnalistlər İttifaqının üzvü (1966).
Həyatı
Qəşəm Aslanov 10 aprel 1934-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olub.[1]
1949-cu ildə yeddi illik məktəbini bitirdikdən sonra Xanlar Pedaqoji Texnikumuna daxil olub.
1954-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika ixtisasına qəbul olub və 1959-cu ildə universiteti bitirib.
1955-ci ildə Qaraiman kənd məktəbinə dərs hissə müdiri göndərilib. Bundan sonra öz kəndlərində müəllim və dərs hissə müdiri işləyib.
15 oktyabr 1959-cu ildə Basarkeçər rayon komsomol komitəsinin birinci katibi[2], 1962-ci ildə rayonlararası "Sevan" qəzetində redaktor vəzifələrində çalışıb.
1962-ci ildə Basarkeçər rayon partiya komitəsinin katibinin ideoloji iş üzrə müavini seçilib. 1966-cı ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunub.
1966–1968-ci illərdə Moskvada Ali Partiya məktəbində oxuyub.
1968-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində inspektor, 1970–1972-ci illərdə "Azərbaycan gəncləri" qəzetinin baş redaktoru, 1972–1975-ci illərdə Şuşada birinci katib, 1975–1984-cü illərdə Abşeron və İsmayıllı rayonlarında birinci katib vəzifəsində işləyib.
"Saymazovun salamı", "Qeyrətin nağılları" adlı kitabları çap olunub, "Eloğlu" imzası ilə şeirlər yazıb.
1984-cü ildə avtomobil qəzasında həlak olub. Son mənzili Fəxri Xiyabandır.
Ailəsi
Xəzər Aslanovun atasıdır.
Əsərləri
- Qəşəm Aslanov. Saymazovun salamı (Miniatür və hekayələr), redaktoru İsmayıl İsmayılov // "Hayastan", Yerevan, 1968, 104 səh. 7000 nüsxə.
- Qəşəm Aslanov. Məğlub ölüm (povest, hekayə, miniatür və məqalələr) // Tərtib edəni Qeyrət Qəşəmoğlu, redaktoru və öz sözün müəllifi Almaz Ülvi // Bakı, "Azərbaycan" nəşriyyatı, 1997, 168 səh. 1000 nüsxə.
- Qəşəm ASLAN. Seçilmiş əsərləri (povest, hekayə, miniatür və məqalələr). Redaktoru və ön söz filologiya elmləri doktoru Almaz Ülvinindir // Bakı, "Nurlan", 2013. 252 səh. 500 nüsxə.
Haqqında yazılanlar
- Eldar İsmayıl. "Oğuz yurdun övladları", I kitab, Bakı, "Təbib", 1999.
- Almaz Ülvi, "Göyçə mahalı Kəsəmən" I kitab. Bakı, "CBS", 2011.
- Almaz ÜLVİ. Qəşəm Aslan — fitrətən fazil şəxsiyyət, gözəl publisist, düşündürücü yazıçı // "Bütöv Azərbaycan" qəzeti, 1 – 7 may 2013, səh. 1, 2 və 13.
Mənbə
İstinadlar
Rayon rəhbərlikləri |
---|
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
Qeyd 1: Abşeron rayonu 4 yanvar 1963-cü ildə təşkil olunmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. |
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
Qeyd 1: İsmayıllı rayonu 24 noyabr 1931-ci ildə təşkil olunmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. |
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
|
|