Pircavidan

Pircavidan
Ölkə  Ermənistan

Pircavidan və ya Pir DavudanYelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd.[1]

Tarixi

Pircavidan Qafandan 37 km şimal-qərbdə, Oxçu çayının sağ sahilində yerləşir.

Kəndin adı mənbələrdə Pirdavdan[2], Pirdovudan[3] formalarında qeyd edilir. Lakin kəndin əsl adı «Pircavidan»dır.

Kənddə 1831-ci ildə 17 nəfər, 1873-cü ildə 135 nəfər, 1886-cı ildə 223 nəfər, 1897-ci ildə 254 nəfər, 1904-cü ildə 231 nəfər, 1914-cü ildə 360 nəfər azərbaycanlı yaşamışdır[4]. 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur.

İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 19 nəfər azərbaycanlı yaşamışdır[5]. Sonralar kənd Gecalan şəhərinə birləşdirilmiş və xüsusi yaşayış məntəqəsi kimi ləğv edilmişdir.

Toponim Babəkin qəhrəmanlarından olan Cavidanın adı ilə bağlıdır və «Cavidana aid olan pir, Cavidan piri» mənasını ifadə edir. Antropotoponimdir. Qafan rayonu ərazisində Babəkin Bəzzeyn qalasının olması fikrimizə bir doğruluq gətirir. Quruluşca mürkkəb toponimdir.

XIX əsrin sonunda 8-ci imam Rzanın nəvəsi Mir Davudun məqbərəsi yerləşib. Hər iki abidə ermənilər tərəfindən dağıdılıb.

İstinadlar

  1. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  2. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.62
  3. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.202
  4. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.62-64, 136-137
  5. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s. 136-137

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!