Şəki — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.[2]
Rayon mərkəzindən 6 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3] qeyd edilmişdir.
Toponim kimmerlərin tərkibində gələn sak[4][5] əsasında əmələ gəlmişdir. Şəki sak // saka etnoniminin fonetik variantıdır. Albaniya dövründə Səhl ibn Sumbat Şəki hakimi deyə keçir .
Q. Qeybullayev saka türk etnoniminin həm də şaka formasında olduğu göstərir[6]. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Kənddə 1831-ci ildə 148 nəfər, 1873 - cü ildə 445 nəfər, 1886-cı ildə 657 nəfər, 1897-ci ildə 1191 nəfər, 1908-ci ildə 1605 nəfər, 1914 - cü ildə 1584 nəfər nəfər azərbaycanlı yaşamışdır[7].
1918-ci ilin avqust ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya, edilmişdir[8].
Xaricdən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 282 nəfər, 12 erməni, 1926-cı ildə 385 nəfər azərbaycanlı, 407 nəfər erməni, 1931-ci ildə 557 nəfər azərbaycanlı, 510 nəfər erməni yaşamışdır[7].
1988-ci ilin noyabr ayında azərbaycanlılar tamamilə deportasiya olunmuşdur. İndi burada təkcə ermənilər yaşayır.